Dörd nümayəndə hansı meyarlar əsasında seçİlmİşdİr?
Məsum İmamlar daim hikmət əsasında hərəkət etmiş, öz nümayəndələrini konkret meyarlar əsasında seçmişlər:
1. Ən üstün səviyyədə təqiyyə və sirr saxlama – Həzrət Mehdinin (ə) birinci səfiri Osman ibn Səid özünü Abbasi rejimindən qorumaq üçün maksimum səviyyədə təqiyyə edirdi. O, bu məqsədlə heç bir məzhəbi və siyasi söhbətdə aşkar mübahisəyə girişmirdi. ...
Həzrət Mehdİnİn (ə) qeyb dövründə olmasının faydaları nədİr?
İndi ki, həzrət Məhdi (ə) haqqında söhbətimiz bura yetişdi, onda ona aid olan əsas suallardan birinə cavab verməyimiz yerinə düşər. Sual budur ki, İmamın (ə) qeyb dövründə olmasının nə kimi faydası var? Başqa sözlə desək, İmamın (ə) qeyb dövründə yaşaması bir rəhbər kimi ümumi həyat tərzi deyil, xüsusi yaşayışdır....
Bulud arxasındakı günəşlə qeybdə olan İmamın hansı oxşarlığı var?
Sahibəzzamanın (ə.f) İshaq ibn Yaquba cavabında buyurulur: “Qeyb dövründə mənim vasitəmlə fayda əldə etmək bulud arxasında günəşdən faydalanmaq kimidir.” “Bihar”, c. 53, s. 180....
İmamın (ə) hadİlİk, tərbİyəçİlİk vəzİfəsİ onun qeybdə olması İlə bİr araya sığırmı?
Kəlam, fəlsəfə və irfan kitablarına müraciət etdikdə İmamətin iki təfsiri ilə rastlaşırıq:
1. Kəlam əsasında tərif: İmamət dini və dünyəvi işlərə bir nəfər vasitəsi ilə rəyasətdir. ...
Yer üzünü fəsad bürüdüyü halda nə üçün o Həzrət (ə) zühur etmİr?
Fəsadın yer üzünü bürüməsi zühur üçün şərt olsa da, kafi şərt deyil. Həzrətin (ə) məqsədlərindən biri yer üzündə haqq-ədalətin genişlənməsidir. Əlbəttə ki, bunun üçün müəyyən şərtlər ödənməlidir. Bəzi şərtləri nəzərdən keçirək: ...
Sonuncu İmam (əc) harada məskunlaşıb?!
Hədislərdən belə məlum olur ki, o Həzrət (ə) camaat arasında yaşayır.
Südeyr Seyrufi, İmam Sadiqdən (ə) nəql edir ki, Həzrət buyurdu: “ Sahibul-əmrin (ə), həzrət Yusiflə (ə) oxşarlığı var. Ona görə ki, Yusifin (ə) qardaşları ağıllı və bilikli olduqları və öncə onunla ünsiyyətdə olsalar da, onun yanına daxil olanda o özünü tanıtdırmayınca onu tanımadılar. ...
Həzrət Mehdİ (ə) evlənİbdİrmİ?
Həzrət Mehdinin (ə) evlənməsi haqda iki nəzəriyyə irəli sürülmüşdür. Əgər biz bir mənalı olaraq evlənmədiyini söyləsək, heç bir eybi yoxdur. Çünki, o Həzrət (ə) qeybdə olmasına əngəl olacaq heç bir iş görməmişdir. Necə ki, evlənmək qeybət sirrilə ziddiyyət təşkil edərək o Həzrətin ifşa olunmasına səbəb olardı.
Deyİlənlərə görə, İmam (əc) “Xəzra” adasında yaşayır. Bu, doğrudurmu?
Yəqinliklə deyə bilərik, əgər “Xəzra” adasının varlığı həqiqət olsa belə, İmam orada yaşamır. Çünki, «Nüdbə» duasında oxu-yuruq: “Canım sənə qurban, qaibsən, amma bizdən uzaqda deyilsən...
İntİzar nə deməkdİr və hansı xüsusİyyətlərİ var?
İntizar insanda hazırlıq yaradan ruhi bir keyfiyyətdir. İntizarın ziddi ümidsizlikdir. İnsanda intizar hissi gücləndikcə onun hazırlığı da artır. Əgər insan kiminsə yolunu gözləyirsə, vəd olunmuş vaxt yaxınlaşdıqca görüşə hazırlıq da yüksəlir. ...
İddİa olunur kİ, “İmam Zaman (ə) qeybətdə olduğu məkan olan sərdabədən zühur edəcək” doğrudurmu?
Abbasi xəlifəsi Mötəzidin xilafətinin başlanğıcında, hicri 279-cu ildə İmam Həsən Əsgərinin (ə) evində iki dəfə axtarış aparıldı. Bir dəfə Mötəzid üç nəfəri məxfi olaraq Həzrətin (ə) evinə göndərdi və göstəriş verdi ki, evdə kimi görsələr, öldürsünlər və başını xəlifəyə gətirsinlər. Bu üç nəfər evə daxil oldular və evdə gözəl pərdəli bir məxfi otaq tapdılar. ...