Məgər Allahdan qeyrisinə səcdə etmək olarmı?


Səcdə öz-özlüyündə ibadət hesab olunmur. Əslində səcdə - təzimin bir növüdür. Necə ki, Yusifin (ə) dastanında ona səcdə edirlər. Bu səcdə ibadət hesab olunmur. Ona görə də mələklərin Həzrət Adəmə (ə) səcdə etməkləri sadəcə İlahi əmrə itaət xarakteri daşıyırdı, ibadət deyildi. Və okəs ki, Allahın əmrinə itaət etməz, onu dindar adlandırmaq olmaz. Bəzən belə sözlər eşidirik ki, İblis (lən) Allahdan qeyrisinə səcdə etməkdən boyun qaçırtmışdır. Halbuki, bu, batil bir fikirdir. İblis əslində Allaha itaətsizlik üzündən bu əməldən boyun qaçırtmışdır. Ondan qeyrisinə səcdə etmək səbəbindən deyil...


Niyə bəzən möminlər məğlub olurlar?


Mühüm olanı budur ki, tarix boyu bütün İlahi peyğəmbərlər (ə) və Məsum İmamlar (ə) öz hədəflərini həyata keçirə bilmişdilər, baxmayaraq ki, şəhid olmuşdular. Ancaq özlərindən sonra qoyub getdikləri miras, onların məktəbini davam etdirmiş və hədəflərini yerinə yetirmişdir. Qələbə sözünün başqa bir mənası da düşmənə tədricən qələbə çalmaqdır. Bəzən bir nəsil gəlir və qələbə çala bilmir, ancaq ondan sonrakı nəsil bu hədəfi yerinə yetirir. Bunun özü də qələbə hesab olunur. Ühüd döyüşündə Peyğəmbər (s) səhabələrinə qələbə müjdəsini vermişdi. Müharibənin ilk əvvəlində qələbə çalmışdılar. Ancaq bir dəstə qənimət toplamaq arzusu ilə öz vəzifələrini unutduqları üçün döyüşü uduzurlar.




Təmiz qəlbə malik olmaq kifayətdir, yoxsa namaz qılmaq vacibdir?


Bu suallarla bağlı bir neçə nöqtəyə işarə etməliyik:
1. Bu, təbiidir ki, İslam dini keyfiyyətə kəmiyyətdən daha çox üstünlük verir. Zahirdən çox, batinə daha çox diqqət edir.
2. Zahir ilə batinin bir-birinə təsirini inkar etmir. Belə ki, gözəl geyim insanın sevincli və şad olmasına səbəb olar. Bədənin çirkli və üfunətli iy verməsi ruhu incidər və onda ikrah hissi yaradar.
3. Bu iki amildən də mühüm olanı budur ki, zahiri hifz etməyin, batini hifz etməyə təsiri böyükdür. Misal üçün, əgər bananın qabığını soysanız, onu uzun müddət saxlaya bilməzsiniz. Əgər xurmanın qabığını soysanız, onun daxili tez büzüşər və quruyar. Bu deyilən üç amil ibadətin zahir və batininə də şamil edilir. Dinin zahiri meyvə qabığı kimi olsa da, mühüm olan – dinin batinidir və qəlbin pak olmasıdır. Ancaq onu da qeyd etməliyik ki, əgər zahir qorunmazsa, batin tez bir zamanda zərər görəcəkdir.


İnsan sağ olan zaman ruhu bədənindən çıxırmı?


İnsan varlığının həqiqəti – onun ruhundadır. Əgər ruh olmazsa, insan bədəni hərəkətsiz və ölü kimi olar. Necə ki, insan ölən zaman ruhu bədənindən çıxar, yuxu zamanı da ruhu bədənindən çıxar. Bu fərqlə ki, ölən zaman insan ruhunun bədən ilə olan əlaqəsi tamamilə kəsilər, ancaq yatan zaman ruh bədəndən ayrılsa da, yenidən bədənə qayıdar. İnsan yatan zaman dərk və şüur qüvvəsi işdən qalar və qalan bədən orqanları öz fəaliyyətlərini zəiflədərlər. Ancaq bədənin yaşaması üçün zəruri olan orqanlar həmişə fəaliyyətdə olar, ürək kimi, qan dövranı kimi, nəfəs almaq kimi... İnsan yatan zaman ruhu bədənindən çıxdığı üçün, xarici dünya ilə əlaqəsi olmaz. Əksinə, axirət dünyasına gedər və orada baş verənlərdən xəbər tutar. Əlbəttə ki, bu mövzu sadiq yuxulara şamil edilir. Ancaq yatan zaman insan ruhunun bədənindən necə ayrılması bizim üçün hələ də həll olunmamış bir məsələ kimi qalmışdır.


Cümə namazında niyə 2 qunut tutulur?


İmam Sadiq (ə) bu haqda buyurur: “Bütün namazlarda qunutlar rükudan əvvəl olur. Cümə namazından başqa ki, birinci qunutu rükudan əvvəldir, ikinci qunutu isə rükudan sonradır”. Niyə cümə namazında iki qunut tutulur?Bəli, bu iki qunut cümə namazını başqa namazlardan fərqləndirir və əhkama yenilik qatır. Bu qunutların iki üstünlüyü vardır:
1. İnsanlar üçün yeni bir əməl olduğu üçün onu fərqli halla yerinə yetirirlər.
2. Onlara xatırladır ki, bu ibadət başqa ibadətlərdən daha üstündür.
İnsan hər nə qədər cümə namazını unutsa, bir şeyi yadda saxlayar ki, onun qılınma qaydası başqalarından fərqlidir. Bu namaz – adi namaz deyildir.


Niyə İmam Hüseynə (ə) “Allahın qanı” deyirlər?


Cavabında deyə bilərik ki, Allah Təbarəkə və Təala maddi deyildir və onun bədəni olmadığı üçün, qanı da ola bilməz. Bu ibarə sadəcə bir bənzətmədir.
Yəni, necə ki, qan insan bədəni üçün həyati əhəmiyyət daşıyır, onun həyatını və ölümünü müəyyən edir, İmam Əli (ə) və oğlu İmam Hüseyn (ə) də dinimiz üçün bu cür əhəmiyyətə malikdirlər. Əgər Əli (ə) olmasaydı, İslam olmazdı. Əgər Hüseyn (ə) olmasaydı, Əhli-Beyt (ə) məktəbi qalmazdı. Ancaq İmam Hüseyn (ə) bu xüsusiyyətə malikdir. Atası Əli (ə) Sarəllah olsa da, ibni Sarihi deyildir. O zamana qədər ki, İmam Hüseynin (ə) eşqi qəlblərdə və adı dillərdədir, Allah unudulmaz və yada salınar. İmam (ə) bütün hər şeyini Allah yolunda fəda etdi. Zamanın riyakarlarının xar və zəlil simasını aşkar etdi. Üzlərindəki çirkin niqabı çıxartdı və nəbəvi İslamını insanlara tanıtdı. Ona görə də onun adı unudulmayınca, Allah da unudulmayacaqdır və daima zillərdə zikr olunacaqdır.


İmam Hüseyni(ə) şiələr öldürdü iftirasına gözəl cavab?!


Cavab: - \"\"Bu cür sözlər demək qəlbində Şiə məzhəbinə qarşı mərəz (kin, xəstəlik) olan kəslərin işidir. Həqiqət heç də bu cür deyildir. İmamı (ə) qətl edənlər Ali Əbu Süfyan “şiələridir”. Bunu İmamın (ə) Aşura günü dediyi cümlə də təsdiq edir. İmam (ə) buyurdu: “Vay olsun sizə ey Əbu Süfyan şiələri (ardıcılları). Dininiz olmasa belə, qiyamət günündən qorxmasanız belə, heç olmasa bu dünyanızda azad insanlar olun! Məgər özünüzü ərəb hesab edirsinizsə özünüzlə hesab çəkin (nə etdiyinizi düşünün). (Əyanuş-şiəti-609) Birdə əlavə edək ki, heç bir Şiə alimlər, o cümlədən heç bir mənbə Ömər Sədi, Husayn ibn Nəmiri, Şəbs ibn Rəbini və bunlar kimi başqa qatilləri Şiə kimi qeyd etməyim. Onlar yalnız müsəlman cəmiyyətinin bir üzvü idilər. Birdə ki, onların İmam Əlinin (ə) hakimiyyəti altında olmaları və xilafət ordusunda döyüşmələri onların Şiə olmaları demək deyildir.


Allah Təala şeytana (lən) niyə möhlət vermişdir?


Bu sualın cavabında Əhli-beytdən (ə) gələn hədisdə buyurulur: “Çünki o, Allaha 6 min il ibadət etmişdi, Allah da 6 min illik ibadətinin əvəzini vermək istəmişdir. Bir duasını qəbul etmişdir”. Yəni, möhlət vermək duasını. Bəzən insanı sağaltmaq üçün bədəninə başqa virusları daxil edirlər ki, həmin xəstəliyə qarşı onda immunitet istehsal olsun. Bu səbəbdəndir ki, körpələr dünyaya gələn zaman onlara müxtəlif xəstəliklərin viruslarını vururlar ki, bədəni o mikroba qarşı qüvvətli olsun. Əgər onunla rastlaşarsa, bu xəstəliyi daha rahat keçirdə bilsin. Allah Təala da şeytana möhlət vermişdir ki, insan ona qarşı immunitet əldə etsin və ona qarşı çıxsın. O zaman ki, şeytan insana hücum edər, insan öz zəif tərəflərini görməyə başlayar və onları aradan qaldırmaq üçün səy göstərər. Bu səbəbdən Quran buyurur: “Beləliklə onları yoxsulluq və kasıblığa, xəstəlik və cismani əziyyətlərə düçar etdik (ki,) bəlkə (Bizim dərgahımıza) boyun əyələr və yalvarıb-yaxaralar”. (“Ənam” 42).


Şəfanın müalicədən fərqi nədir?


Quranın sifətlərindən biri – şəfa verən olmasıdır. Şəfanın müalicə ilə fərqi vardır. Müalicə insanı həm sağalda bilər, həm də sağaltmaya bilər. Şəfa isə qəti müalicədir.
Quran bizə deyir ki, kafiri dost tutmayın. Öz sirlərinizi onlara deməyin. O kəs ki, Quranı təbliğ edər, tilavət edər – onun qəlbi zəngin olar. Sırf maddi nemətlərə qarşı etinasız olar. Çünki Quran onun qəlbinin şəfaverənidir və onu hər bir rəzil və çirkin sifətlərdən təmizləmiş və saflaşdırmışdır. Ona görə də Quranın məhz bu sifətinə qarşı diqqətli olaq və bu Müqəddəs Kitabı tilavət etməkdən qafil olmayaq. “Biz, Qur’andan möminlər üçün (mənəvi və ictimai xəstəliklərə) şəfa və rəhmət olan şeyi nazil edirik və o, zalımlara (ruhi və ictimai) ziyandan başqa bir şey artırmır”. (“İsra” 82).


Günahkar seyyidlərə cəhənnəmdə əzab verərlərmi?


...Hədislərimiz buyurur: “Allah cəhənnəmi günahkarlar üçün hazırlamışdır, baxmayaraq ki, o günahkar Qureyş seyyidi olsa belə”. Qurani-Kərim də Qiyamət barəsində buyurur: “Beləliklə sur (ikinci dəfə) çalınanda (və insanların hamısı diriləndə), həmin gün onların arasında (qorxu və dəhşətin çoxluğundan sanki) bir bağlılıq və qohumluq olmaz və bir-birlərini(n halını) soruşmazlar”. (“Muminun” 101). Cabir ibni Abdullah görür ki, İmam Səccad (ə) çox ibadət etməklə özünü yorur. Bu səbəbdən Həzrətə deyir: “Ey Rəsulallahın oğlu! Siz Peyğəmbərin (s) övladlarısınız və bu qədər ibadət etməyə ehtiyac yoxdur”. Həzrət Səccad (ə) da yuxarıdakı ayəni tilavət edir və işarə ilə demək istəyir ki, Qiyamət günü insanları əməlləri ilə bir-birindən fərqləndirəcəklər, mənsəbləri ilə deyil.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter