Şeytan üçün tövbə qapısı açıqdırmı?


Qurani-Kərimin və hədislərimizin buyurduğuna görə, şeytan (lən) üçün tövbə qapısı açıq deyildir. Çünki:
1. Qurani-Kərimdə buyurulur ki, o əməlləri bağışlayaram ki, nadanlıq üzündən yerinə yetirilmiş olsun, bilərəkdən deyil. “Əslində (qəbulu İlahi vədəyə əsasən) Allahın öhdəsində olan tövbə, çirkin işi nadanlıq üzündən etmiş, sonra tez (ölümlə qarşılaşmamışdan qabaq) tövbə edən kəslər üçündür. Allahın, tövbələrini qəbul etdiyi kəslər onlardır. Allah həmişə bilən və hikmət sahibidir”. (“Nisa” 17).
“Bizim ayələrimizə iman gətirənlər sənin yanına gələndə, onlara: «Salam olsun sizə! Rəbbiniz Özünə (bəndələrə qarşı) rəhmli olmaq qərarını vermişdir ki, sizdən kim nadanlıq üzündən pis bir iş görsə, ondan sonra tövbə edib (öz işini) düzəltməklə məşğul olsa, şübhəsiz, Allah çox bağışlayan və mehribandır» de”. (“Ənam” 24).
Bu ayələrdə nadanlıq dedikdə məqsəd odur ki, bəndə üsyan və itaətsizlik üzündən günah etməsin, bəlkə nadanlıq və cəhaləti üzündən günah etmiş olsun. İmam Sadiq (ə) buyurur ki, cəhalət dedikdə məqsəd odur ki, bəndə pis iş görməyi qərar verən zaman həmin günahın hökmündən agah olmasına baxmayaraq, onu cəhalət halında yerinə yetirər...


Məsumların hədislərinə əsasən 9 əməl insanın kasıblamasına səbəb olar!


Yoxsul olmaq ümumilikdə eyb deyildir. O şey ki, bəyənilmir odur ki, insan öz ixtiyarı ilə yoxsulluğa düçar olar. Başqalarını əziyyətə salar. Bəs bu bəladan necə nicat tapmaq olar ki? İnsan üç növ yoxsulluq ilə mübarizə aparar. Biri odur ki, bəzi dini göstərişləri tərk etdiyi üçün düçar olmuşdur. Digəri - o yoxsulluqdur ki, möminlərin günahının kəffarəsidir. Üçüncüsü - o yoxsulluqdur ki, möminin dərəcənin artması üçündür.
1. İnsanın ən çox yoxsulluğa düçar edən amil - günahdır. Allah vədə verir ki, əgər insanlar təqvalı olsalar, xeyir və bərəkət səmadan yağar. “Əgər şəhər və kəndlərin əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, şübhəsiz göydən və yerdən onların üzünə bərəkətlər(in qapılarını) açardıq. Lakin onlar (Bizim ayələrimizi) təkzib etdilər. Belə olduqda onları əldə etdiklərinin cəzası olaraq yaxaladıq”. (“Əraf” 96)....


Şaban ayında ən çox tapşırılan əməllər hansılardır?!


Böyük İslam Peyğəmbəri (s) buyurur: “Şəban – şərəfli bir aydır və o, mənim ayımdır. Ərşi həml edənlər onu böyük tutarlar və haqqını tanıyarlar. Bu, elə aydır ki, Ramazan ayında olduğu kimi, bəndələrin ruzisi artar”. Şəban ayının müştərək əməlləri ilə tanış olaq:
1. Hər kim 70 dəfə deyək: “Əstəğfirullahəlləzi lə iləhə illə huvər-rahmənur-rahim əl-həyyul qayyum və ətubu iləyh”. (Rəhman, Rəhim, Həyy və Qəyyum olan Allahdan bağışlanmaq istəyirəm və ona tərəf qayıdıram).
3. Bütün ay boyu deyək: “Lə iləhə illəllah və lə nə’budu illə iyyəhu muxlisinə ləhud-dinə və ləv kərihəl muşrikun”. (Allahdan başqa məbud yoxdur, müşrüklərin xoşuna gəlməsə də, dini yalnız Allaha məxsus edərək ona ibadət edirik)...


Ürəyimizin yorğunluğunu necə aradan qaldıraq?


Qəlb, ürək də yorula bilir. Bəs onun yorğunluğunu necə aradan apara bilərik? Onun üçün qəlbin nurani olması şərtdir. Bəs qəlbi necə nurani edək?
1. Quran oxumaq. Həzrət Peyğəmbər (s) buyurur: “İnsan qəlbi dəmir kimi paslanar, onun pasını aparmaq Quran vasitəsilə olar”.
2. Hikmət əldə etmək. İmam Əli (ə) buyurur: “Qəlblər də bədən kimi yorulur. Ona görə də yeni elm, hikmət kəsb etmək və yeni maarif və həqiqətləri əldə etməklə onun yorğunluğunu aradan aparın”.
3. İmanı möhkəmləndirmək. İmam Əli (ə) buyurur: “İmanla qəlbdə nurani bir nöqtə zahir olar, iman hər nə qədər artarsa, o nurani nöqtə daha aydın və daha çox olar”.
4. Davamlı olaraq Allahı zikr etmək. İmam Əli (ə) buyurur: “Allahı davamlı şəkildə zikr edin ki, qəlbi nurani edər”....


Çətin zamanlarda nikbin (müsbət düşüncəli) olmağı necə bacaraq?


Nikbin düşüncəli insanlar çətin mühitdə qərar tutan zaman streslərinə qalib gələrək, daha doğru nəticələr çıxarda bilirlər. Bu insanlar başqalarından daha sağlamdırlar. Başqaları ilə daha yaxşı rabitə qurmağı bacarırlar. Onlar çətinliklərdən qorxmurlar və tez də çıxış yolu tapırlar. Onların özlərinə etimadı tamdır. Ona görə də həyatlarında müvəffəqdirlər. Başqalarından fərqli olaraq, daha şad həyata malikdirlər. Bəs nikbin olmaq üçün nə etməli?
1. Zehnimizi yenidən qurmalıyıq. Əgər uzun illər boyu mənfi bir şeyin üzərində düşünürsünüzsə, nigaran olmayın – hələ də nikbin olmağınız üçün ümid vardır. Müsbət mövzulara diqqət edərək, zehninizi dəyişdirə bilərsiniz.
2. Mənfi fikirlərdən uzaq olaq. O zaman ki, depressiyaya düşəcəyinizi ehtimal verirsiniz, özünüzü ələ alın və müsbət şeylər haqqında düşünməyə başlayın. İcazə verməyin ki, zehniniz mənfi mühitdə qərq olsun. Həmin mühitdən qaçın və müsbət şeylər düşünməyə başlayın...


Salik Rəcəb ayında elə təsəvvür etməlidir ki, sanki yenicə dünyaya gəlmişdir!!


Böyük din alimləri Rəcəb ayı ilə bağlı öz tövsiyələrini vermişdilər ki, bu tövsiyələri ümumiləşdirilmiş halda sizlərə çatdırırıq.
Nəzərə alaq ki, Rəcəb ayında seyri-süluk yolu ilə gedən salik üçün unikal fürsətlər yaranır.
- Salik üçün ən yaxşı yol odur ki, Rəcəb ayının ilk günündə tövbə edər.
- Ramazan ayının bütün insanlar üçün faydası vardır. Ancaq Rəcəb ayı Allahın xüsusi salikləri üçün mənfəət gətirər.
- Rəcəb ayı salikə çox dərin və əsaslı təsirlər qoyar.
- Rəcəb – Allahın ayıdır. Allahın ayına Ondan qeyrisini daxil etməyin.
- Bu ayda dediyiniz hər sözə diqqət edin.
- İnsan qəlbi ya Rəhmanın yeridir, ya da şeytanın (lən). Seçim – özünündür....


İnsan öz qəlbindəki dünya sevgisi ilə necə mübarizə aparsın?


Əgər insan bu dünyanın həqiqətini doğru tanıyarsa və fani olmasına qəlbi ilə inanarsa, o zaman dünya sevgisindən xilas olmağa çalışar. Bu insan yaxşı bilər ki, əbədi həyat axirətdədir, bu dünyada deyil. Ona görə də ona ürək bağlamağı mənasız bilər. “Bu dünya həyatı bihudə əyləncədən və oyun-oyuncaqdan başqa bir şey deyildir. Həqiqətən də, Axirət evi əbədi həyatdır (onun yeri, göyü, cəmadat və nəbatatı belə) əbədilik diridir (və elə bil ki, həyatın özüdür). Kaş biləydilər!”. (“Ənkəbut” 64).
Bu dünyanın sevgisindən xilas olmaq istəyənlərə bəzi tövsiyələr: - Uzun arzular qurmaqdan çəkinin. - Bər-bəzəyi çox olan məclislərdə iştirak etməkdən çəkinin.
- Sadə həyat yaşamağa çalışın. - Həyatınızda ibadət proqramı olsun...


İbadətin insan üçün vacib olması nə üçündür?


Allah Təala bəşəri elə yaratmışdır ki, onun tərbiyə almağa ehtiyacı vardır. Onu həm xaricdən tərbiyə etmək lazımdır, həm də batindən. Özünü tərbiyə və ya başqa sözlə desək, batini tərbiyə – fikir və ağıl qüvvəsinin tərbiyə olunması deməkdir. Hər kimin güclü ruhu və ağlı olar, öz şəhvətinə, qəzəb qüvvəsinə qalib gəlməyi bacarar. İnsanı batini tərbiyə edən vasitələrdən biri də orucdur. Oruc ancaq yeməmək və ya içməmək deyildir. Əslində insan bütün bədən üzvləri ilə oruc tutar. Niyyətindən tutmuş, fikir və düşüncələrinə qədər insan həqiqi oruc durumunda olmalıdır. Oruc tutan insan çalışar ki, həmin günü günahdan uzaq olsun. Ən azı qeybət etməsin, yalan danışmasın, insanların haqqını yeməsin... Əgər bu işi davamlı görərsə, o zaman nəfsini islah edib, özünü tərbiyə edə biləcəkdir. Həzrət Peyğəmbər (s) Ramazan ayının orucu barəsində buyurur ki, sizin yatmağınız, nəfəs almağınız belə ibadət hesab olunur. Bəs necə? Bu, ona görədir ki, insan artıq oruc tutduğunu niyyət edibdir. O, heç bir iş görməsə belə, Allah dərgahında ibadətlə məşğul olmuş hesab olunar. Hətta nəfəs almağı ilə belə, “Subhənallah” deyər...


Rəcəb ayında ən yaxşı fürsət nədir? Ayətullah Cavadi Amulidən gözəl resept


12 ayın arasında Rəcəb ayının xüsusi yeri vardır. Ayətullah Cavadi Amuli bu ay haqqında buyurur: “Rəcəb ayı – tutum istəmək ayıdır. Bu doğrudur ki, gördüyümüz bəzi pis işlər tutumumuzu bizdən almışdır. Allah bağışlayan olduğu üçün, Ondan tutum verməsini istəyin, ləyaqət istəyin”.
Bu ayda edilən dua və ibadətlərin xüsusi əhəmiyyəti vardır. İmam Baqirdən (ə) gələn hədisdə oxuyuruq: “Heç bir salamatlıq, qəlb salamatlığı kimi deyildir. Əgər insanın qəlbi sağlam olarsa, bu, insanı kontrol edər. Qəlbi ona görə qəlb adlandırırlar ki, daima dalğalanmaqdadır. Qəlbin işi – dəyişmək, dalğalanmaq və inqilabdır. Əgər insan onu yumşaldıb öz yerində əyləşdirmək istəyirsə, gərək səbir etsin. Əgər o, öz yerində əyləşərsə, öz əli altında olan hər şeyə yaxşı başçılıq edər”.
Bəli, qəlb – dəyişməyi sevən bir üzvdür. Əgər onu lazımi yerə müəyyənləşdirə bilsək, o zaman o, hər şeyə hakim olar və insanı itaətkar edər. Ancaq əgər qəlbin qapısı bağlı olarsa, insan haqqı batildən seçə bilməz. Düzgün qərar verə bilməz, düzgün rəhbərlik edə bilməz...


Oruc tutarkən hansı əməlləri etməklə yüksək sirvəli oruca çatmaq olar?!


Bəzi amillər vardır ki, orucu ən yüksək dərəcəyə qədər qaldıra bilirlər. Bu amillər ilə tanış olaq:
1. Allaha təvəkkül etmək. Orucun yüksəlməsinə səbəb olan amillərdən biri – Allaha təvəkkül etməkdir. “Cövşən-Kəbir” duasında oxuyuruq: “Hər kim Allaha təvəkkül edər – Allah ona kifayət edər”. Təvəkkül, sadəcə bir əxlaqi mövzu deyildir, bəlkə bir elmdir, bir siyasətdir. Yəni, Allahı hər bir işində vəkil etmək, istər əxlaqi mövzular olsun, istərsə də həyatın başqa mövzuları.
2. Təvəssül. Bəli, orucun yüksəlməsinə səbəb olan ən mühüm amillərdən biri də təvəssüldür. İlahi övliyalara təvəssül etmək, İlahi feyz mənbəyi olan böyük şəxsiyyətlərə təvəssül etmək.
3. Sileyi-rəhm. Orucun dərəcəsini qaldıran əməllərdən biri də sileyi-rəhmdir. Bir kişi Həzrət Peyğəmbərdən (s) soruşur: “Ya Rəsulallah! Malımızda olan İlahi haqqı verəndən sonra, malımızda başqa haqq qalırmı?”. Həzrət (s) buyurur: “Bəli, qohumlara yaxşılıq etmək. Sileyi-rəhm edin – hətta su vermək və ya salam verməklə olsa belə”....


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter