Hz Əli (ə) Çirkin nəfsin insana verə biləcəyi bədbəxtçiik haqda nə buyurmuşdur?!


\"Bu dünyada hər bir şəxsə çirkin nəfsinin istəyi onun sağlam ağlına qələbə çalsa onun rüsvayçılığı aşkar olar.\"
(Yəni hər bir günah qarşısında özünü saxlaya bilməyib hər bir haram qarşısında göz yumub keçə bilmədiyi halda özü öz üzünə rüsvayçılıq qapısını açar)
Allah təala bizləri çirkin nəfsimizə həmişə qələbə çalanlardan qərar versin.Amin! * * *
Allahın Rəsulu (s) ailə quranlar barədə belə buyurur: \"Hər bir şəxs qadının malına-dövlətinə görə onunla ailə qursa,Allah təala ancaq malın-dövlətin məhəbbətin o şəxsə verər. Əgər qadının gözəlliyinə,camalına görə evlənsə,bütün acığı gəldiyi və ya xoşlamadığı xususiyyətləri belə ailəsinə baxanda görər.
Amma hər bir şəxs dininə,abrına,həyasına görə həyalı,abırlı qadınla evlənsə,Allah təala bütün yaxşılıqları,məhəbbəti onlar üçün qərar verib,onların arasında mehribanlıq icad edər...


Zarafatın müsbət xüsusiyyət olduğu haqda nəql olunmuş rəvayətlər!


Peyğəmbər (s) buyurur: «Mömin zarafatcıl və xoştəbiətli, münafiq isə qəmgin və qəzəbli olur». (Biharul-ənvar, 11-ci cild, 1-ci fəsil, 1-ci hədis).
«Zarafat edirəm, lakin həqiqətdən başqa bir şey söyləmirəm».
İmam Baqir (ə) buyurur: «Allahın sevdiyi şəxslərdən biri də nalayiq sözlər demədən zarafat edən şəxsdir».
İmam Baqir (ə) üç şeyi möminlərin əyləncəsi hesab edir. Onlardan biri də dostlarla zarafatdır.


Zarafatın mənfi təsir qoyduğu haqda nəql olunmuş rəvayətlərdə nə buyurulmuş?!


Həzrət Peyğəmbər (s) Әli (ə)-a tövsiyə edərək buyurur: «Ey Әli! Zarafat etmə ki, bununla öz dəyərini itirmiş olarsan. Yalan danışma ki, bununla iman nurun aradan getmiş olar».
Həzrət Әli (ə) buyurur: =Yalan və zarafatı, həmçinin haqlı olsa belə, mübahisəni tərk etməyincə insan xalis imana nail ola bilmir».
«Zarafat öz arxasınca kin-küdurət gətirir. «Hər şeyin bir kökü vardır. Әdavət və düşmənçiliyin də kökü zarafatdır».
«Heybət və vüqara xələl gətirən şey zarafatdır». «İnsan zarafat etməklə kiçilir».
İmam Sadiq (ə) buyurur: «Zarafat etməyin ki, camaat da cürət edib sizə qarşı hörmətsizlik etməsin»...


Insan nə üçün başqalarının eyb və nöqsanlarını aşkara çıxarmaq istəyir?


Әxlaq alimləri qeybətə səbəb olan səkkiz mühüm amilə işarə etmişlər:
1. Vicdan rahatlığı; İnsanların bir çoxunun qeybət etməkdən ən başlıca məqsədləri öz eyb və nöqsanlarını kiçik hesab etmək və ya onların üstünü örtməkdir. Bu dəstəyə aid olanlar öz eyb və nöqsanlarından agah olduqda, onları aradan qaldırmaq əvəzinə başqalarının eyblərini aşkara çıxarıb böyüdər. Yəni bu, təkcə mənim eybim deyildir, başqalarının nöqsanları məndən də çoxdur. Mənim eyb və nöqsanlarım olduqca az və cüzidir. Beləliklə onlar özlərinə bəraət qazanıb rahatlıq hiss edərlər. Təbii ki, belə bir səbəb üzündən başqalarının qeybətini edən şəxslər günahlarının üzərinə bir günah da artırmış olurlar. Çünki, hər bir şəxs öz əməllərinə görə məsuliyyət daşıyır və başqalarının ondan daha çox günah etdiklərini bəhanə gətirib tövbə edib səhvlərini düzəltməkdən boyun qaçıra bilməz. Bu səbəbdən də etdiyi əvvəlki günah olduğu kimi qalır və başqalarının qeybətini etməklə günahlarının üzərinə bir günah da gəlir...


Allah-Təalanın (c.c) insanların üzərinə qoyduğu ən ağır 3 vəsifə hansılardır?!


İmam Sadiq (ə) sonuncu (şifahi) sualımdan başqa bütün suallarıma təmkinlə cavab verdi.
Sonra buyurdu:\"Allahın insanların üzərinə qoyduğu ən ağır vəzifə bu üç şeydən ibarətdir:
1)Ədalət və insafa riayyət etmək.Belə ki,hər bir müsəlman öz müsəlman qardaşı ilə elə rəftar etməlidir ki,ba.qalarının da onunla eyni tərzdə rəftar etmələrini istəyir;
2)Müsəlman qardaşının şəraitini nəzərə almalı və öz malını onlardan əsirgəməməlidir;
3)Hər zaman Allahı xatırlamalı.Lakin bu heç də o demək deyildir ki,daim \"Sübhanəllah\" və \"Əlhəmdulillah\" deyərək zikr etməlidir.Xeyr,O haramla qarşılaşdığı zaman Allahın onun gördüyü bütün işlərdən agah olduğunu yəqin edərək ondan uzaq olmağa çalışmalıdır\".


İslam əxlaqına əsasən başqalarının yanında oturarkan hansı ədəbə diqqət yetirmək lazımdır?!


Oturmağın ədəbi = Başqalarının hüzurunda oturub-durmağın müxtəlif formaları vardır. Bu şəraitdə ədəbli insanlar ədəbsiz insanlardan seçilirlər. Özünü qurmuş, nəfs istəklərini cilovlamış insanlar başqalarının hüzurunda ədəbli əyləşirlər. Süst və iradəsiz insanlar isə ayaqlarını müxtəlif cür uzadıb yığaraq ədəbsiz halda otururlar. Rəsulullah (s) bu sahədə də başqaları üçün bir örnəkdir. O, oturub-durarkən daim Allahı zikr edərdi, heç vaxt oturmaq üçün xüsusi bir yer nəzərdə tutmazdı. çalışardı ki, məclisin aşağı hissəsində əyləşsin. («Bihar» 16-cı cild). Onun hörmətinə kimsənin ayağa durmasını sevməzdi əgər bir şəxs onun hörmətinə başqalarının ayağa durmağını gözləyirsə, demək özünü yuxarı tutur və bu da günahdır. Ona görə də belə şəxs cəhənnəm oduna düçar olacaqdır. «Onun üçün ayağa durulmasını istəyən adamın yeri oddur» («Bihar» 76-cı cild).


Nəfsin tərbiyəsi dedikdə məqsəd nədir?!


Nəfsin tərbiyəsi dedikdə nəfsani bəlalardan qorunmaq nəzərdə tutulur.Nəfs bağbanın əkdiyi cavan ağac kimidir. Bağban gecə-gündüz onun qulluğunda durur, onu zərərverici həşəratlardan qoruyur. Nəfs də ağaca bənzəyir. İnsan bağban kimi ona qulluq etməlidir. Əxlaq alimləri bu işi \"təxliyə” adlandırırlar. Yəni insan özünü nəfsin bəlalarından qurtarmalıdır. Ağac torpağa əkilib səmaya tərəf baş qaldırdığı kimi nəfs də ucalığa doğru can atmalıdır. Nəfsə belə bir yüksəliş üçün güc lazımdır. Bu gücü əldə etmək üçün bəlalardan qorunmaq zəruridir. Bu prosses təzkiyənin, yəni tərbiyənin təxliyə adlanan ilk mərhələsidir...


Hz Peyğəmbərimizin (s) hədislərinə əsasən nələra baxmaq savab, nələra baxmaq isə haram olunmuşdur?!


Gözün ibаdәti: Pеyğәmbәr (s) buyurub: \"Övlаdın vаlidеynә mәhәbbәtlә bахışı ibаdәtdir.”
=\"Möminin mömin qаrdаşının üzünә mәhәbbәtlә bахışı dа ibаdәtdir.”
=\"Аlimin üzünә mәhәbbәtlә bахmаq ibаdәtdir.”
=\"Qаdının әrininә bахmаsı ibаdәtdir vә оnun günаhlаrının kәffаrәsidir.”
=\"Qurаn vә Kәbәyә bахmаq ibаdәtdir.”
=\"Аdil rәhbәrә bахmаq ibаdәtdir...


Davanı və söz güləşdirməni tərk etməyin savab və təsiri haqda məsumlar nə buyurmuşlar?!


-Pеyğәmbәr (s) buyurub:\"Hәr kәs dаvаnı tәrk еtsә, (özü hаqlı оlsа dа bеlә) cәnnәtin әn yахşı yеrindә оnun üçün bir еv tikilәr.”
-\"İnsаn çәkişmә vә dаvаnı tәrk еtmәyincә hәqiqi imаn qаzаnа bilmәz. Әgәr özü hаqlı оlsа dа bеlә.”
-İmаm Rzа (ә) buyurmuşdur: \"Аlimlәrlә cаhilcәsinә mübаhisә vә dаvа еtmәyin ki, sizi özlәrindәn uzаqlаşdırmаsınlаr. Nаdаnlа dа dаvа еtmәyin ki, оnlаrın cаhil hücumlаrınа mәruz qаlmаyаsınız...


İmam Baqir (ə) Günahın ruzini azaltması haqda nə buyurmuşdu?!


1.Günаh ruzini аzаldır vә dünyаnı insаnа dаr еdir. İmаm Bаqir (ә) buyurmuşdur: \"Аllаhın bәndәsi günаhа bаtdığı vахt ruzinin аzаlmаsı bәlаsınа düçаr оlаr.”
İmаm Sаdiq (ә) buyurmuşdur: \"Hәqiqәtәn, günаh bәndәni ruzidәn mәhrum еdәn sәbәbdir.”
İmаm Bаqir (ә) buyurmuşdur: \"İnsаnlаr günаhа bаtdığındа ruzi оnlаrdаn uzаqlаşır.”
Sоnrа İmаm (ә) bu аyәni tilаvәt еtmişdir: \"Bir dәstә аnd içdi ki, sübhlәr bаğın mәhsulunu yığаrıq. Аmmа \"inşаәllаh” dеmәdilәr. Оnlаr yuхudа оlduğu vахt Аllаhın istәyi ilә bәlа bаğı mәhv еtdi...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter