İlahi rəhmətə ümidin həddi nə qədər olmalıdır?
İmam Əli (ə) Allah qorxusunun təsirini üzündə hiss edən kişiyə nəzər salır və buyurur: “Sənə nə olmuşdur?”. Deyir: “Allahdan qorxuram”. Buyurur: “Ey Allah bəndəsi! Günahlarından qorx və İlahi ədalətə görə qorxun olsun. Allah bəndələrinin boynunda olan hüququna görə düşün. Özünü onlardan azad et. Həmçinin Allahın səni vəzifələndirdiyi və sənin itaət etmədiyin və sənə qadağan etdiklərinə görə etdiyin itaətsizlikdən qorx. Əgər belə etməmisənsə, Allahdan qorxma ki, sən vəzifənə əməl etmisən. O, heç kəsə zülm etməz. Layiq olmayana əzab verməz. Əgər istəyirsənsə ki, Allah sənə pis aqibətdən aman versin, bil ki, üz çevirdiyin hər bir yaxşı iş Allah tərəfindən olan fəzlə görədir. Əl atdığın hər bir pis işə görə cəzalanmasan, o səbəbə görədir ki, Allah sənə möhlət verər və cəzanı təxirə salar ki, özünə gələsən. Tövbə edəsən ki, nəhayət İlahi əfvə nail olasan”.
Əxlaqın gözəl olması Axirət hesabına nə belə təsiri vardır?!
“Beləliklə, Allah tərəfindən olan rəhmətin bərəkəti sayəsində onlarla (öz ümmətinlə) mülayim oldun və əgər qaba və daşürəkli olsaydın, onlar mütləq sənin ətrafından dağılışardılar. Belə isə, onları əfv et, onlar üçün bağışlanmaq dilə və işlərdə onlarla məsləhətləş və qəti qərara gəldikdən sonra Allaha təvəkkül et ki, şübhəsiz, Allah təvəkkül edənləri sevir”. (“Ali-İmran” 159). Axirət bərəkətləri:
- Hesabı asan edər. İmam Əli (ə) buyurur: “Əxlaqını gözəl et ki, Allah hesabını asan etsin”.
- Günahları bağışlanar. İmam Sadiq (ə) buyurur: “Həqiqətən gözəl əxlaq büdrəmələri əridər, necə ki, günəş buzu əridər”.
- Behiştə daxil olar. Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətimin behiştə getmək üçün ən çox imtiyazı - İlahi təqva və gözəl əxlaqdır”.
Ölmüş insanın ruhu gəlib, insanı narahat edə bilərmi?
Əgər hədislərimizə nəzər salsaq, görərik ki, Qiyamət bərpa olana qədər ruhların dünya ilə əlaqəsi mövcuddur. Bəzi ruhlar Allahın izni ilə dünyaya gələr və öz yaxınlarını görməyə çalışar, onların halından xəbər tutarlar. Ancaq bu dünyada avara qalıb insanlara ziyan vuran ruhlar barəsində heç bir məlumat verilmir. Nə hədislərimizdə, nə də Quranda. Ona görə də açıq şəkildə deyə bilərik ki, ruhların insanlara ziyan vurması və bu dünyada avara qalması nəzəri – yanlış nəzərdir. Çünki Allah hər bir insanın ruhunu qəbz edəndən sonra onu bərzəx aləminə aparar. Bu dünyaya gələn ruhlar isə ancaq Allahın izni ilə gələrlər. Bu dünyaya Allahın izni ilə gələn ruhların isə başqalarına ziyan vurması mümkünsüzdür. Çünki ruhlar mücərrəd, insanlar isə maddidirlər. Uca Allahın xüsusi icazəsi olmadan, bu rabitələr baş tuta bilməz. Yəni, ruh özbaşına qalıb, kimisə narahat edə bilmir. Hər bir halda deyə bilərik ki, bu işə ruhlar qadir deyildir. Onların ancaq müşahidə etmək haqları vardır.
Ölənlərimizə ilk gecədə göndərə biləcəyimiz 11 hədiyyə hansılardır?!
Biz hamımız hansısa əzizlərimizi əldən vermişik və onun qəmini çəkmişik. Onu yada salaraq, dua edərək özümüzdən razı salmağa çalışmışıq. Bu əlaqədə hədislərimiz buyurur ki, əgər ölünü ilk gecədə sevindirmək istəyirsənsə, 11 əməli yerinə yetir. Onlar bu əməllərdir:
1. Həmin şəxsin qəbri üstündə onun günahlarına görə tövbə etmək. Həzrət Peyğəmbər (s) buyurur: “Ölüyə göndərilən hədiyyələr içərisində ən üstünü – istiğfar və bağışlanma istəməkdir. Əgər övladı vardırsa onun istiğfarı başqalarından daha üstündür”.
2. Meyit üçün sədəqə vermək. Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, insan öz ölüsünün niyyətilə sədəqə verər, Allah Cəbrayilə (ə) əmr edər ki, 70 min mələk həmin sədəqəni qəbrinə daşısınlar. Hər mələyin əlində bir qab olar ki, qəbrə daşıyarlar. Deyərlər: “Salam olsun sənə! Bu hədiyyə filankəs tərəfindən sənə verilmişdir”. Sonra qəbri nurani olar”...
Dünya və axirətin tərəzi ilə müqayisəsi nə məna daşıyır?
Dünya və axirət – bir-birinə təzad təşkil edən aləmlərdirlər. Onlar tərəzinin iki gözü kimidirlər. Birinin yuxarı qalxması ilə o birisi aşağı düşər.
İmam Əli (ə) buyurur: “Dünyanın acı olması – axirətin şirin olması deməkdir. Dünyanın şirin olması isə axirətin acı olması deməkdir”.
İmam Səccad (ə) buyurur: “Allaha and olsun ki, dünya və axirət – tərəzinin iki gözü kimidir. O göz ki, yuxarı qalxar, o birisi aşağı düşər”.
Ona görə də dünyada Allaha görə hüznlü olmaq – axirətdə sevincə səbəb olar. Dünyada Allahdan qeyrisi üçün sevinmək – axirət qəmini ardınca gətirər. O kəslər ki, qəflət və cahillik üzündən dünyada gülərlər – axirətdə ağlayacaqlar.
Behiştə daxil olmaq istəyən üçün İmam Əlidən (ə) buyurulan 6 amil hansılardır?!
Sadalanan bu amillər insanı behiştə sala bilər:
1. Allaha, Peyğəmbərə (s) və Əhli-beytə (ə) olan mərifət. İmam Əli (ə) buyurur: “Həqiqətən belədir ki, əgər sizlərdən biriniz öz yatağında o halda ölər ki, Allahın, Peyğəmbərin (s) və Əhli-beytin (ə) haqqına tanış olar – dünyadan şəhid getmiş olar.
2. Əhli-beytə (ə) yardım etmək. İmam Əli (ə) buyurur: “O kəs ki, bizə yardım edər, bizi sevər - İlahi rəhmət intizarındadır”.
3. Təvqa. İmam Əli (ə) buyurur: “Həqiqətən təqva - bugünkü dünya üçün pənah, büdrəmələr və günahlar qarşısındakı qalxan və sabah Qiyamət günü üçün behiştə gedən yoldur”.
İnsan nə etsin ki, qəbir əzabını yüngülləşdirsin?
İnsan fanidir və bir gün dünyasını dəyişəcək və başqa dünyaya köç edəcəkdir. Cansız bədəni isə yeni evi olan qəbirdə qalacaq və əzab görəcəkdir. Hədislərimiz buyurur ki, çox az insan vardır ki, qəbir əzabı görməz. Hətta bəzi böyük şəhidlər belə, qəbir əzabından əziyyət çəkmişlər. Qəbir əzabını azaldan əməllər vardır ki, onlarla tanış olaq. Azaldan əməllər:
1. Gecə namazı və rükunu kamil şəkildə yerinə yetirmək. İmam Rza (ə) buyurur: “O kəs ki, gecə namazı qılar və vitr namazının qunutunda 70 dəfə istiğfar edərsə, qəbir əzabından pənahda olar”. İmam Baqir (ə) buyurur: “Hər kim namazının rükusunu kamil şəkildə yerinə yetirərsə, qəbir əzabı ona çatmaz”...
Hesab vermədən behiştə necə getmək?
“Həqiqətən təqvalılar cənnətlər, bağlar, axar çaylar, daimi rifah və aydınlıq içərisində olacaqlar. Kamal və qüdrət sahibi olan hökmdarın yanında, doğruluq məqamında (həqiqi iman və əməl müqabilində verilən və yaxud doğru əqidə və əməlin təzahürü olan məqamda olacaqlar)”. (“Qəmər” 54-55).
Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, Qiyamət günü gəlib çatar, Allah bütün xəlqi bir yerdə toplayar. Carçı car çəkər: “Səbir əhli haradadır?”.
Sonra başqa carçı deyər: “Fəzl əhli haradadır?”. Sonra başqa carçı car çəkər: “Allahın qonşuları haradadır?”. Bir dəstə ayağa qalxar və mələklər onları qarşılamağa tələsərlər. Onlara deyərlər ki, siz dünyada nə etmisiniz ki, bu gün Allahın qonşusu olmusunuz?
Vədə nədir, vəid nədir? Vəid nə vaxt işə salınmır?
Vədə - lüğətdə əhd mənasını verən kəlmədir. Yəni, bir işi görmək üçün üzərinə öhdəlik götürürsən. Bu iş xeyir də ola bilər, şər də.
Vəid – deyildikdə, vədədən götürülmüş xəbər nəzərdə tutulur ki, ancaq mənfi səciyyəli vədələr barəsində istifadə olunur.
Bu iki kəlmə arasındakı əsas fərq – onların istifadəsindədir. Vədə sözü həm xeyir və həm də şər işlərdə istifadə olunur, vəid isə ancaq mənfi işlərində istifadə olunur. Vədə ilə vəid sözünün başqa bir fərqi isə budur ki, Allah verdiyi hər bir vədəsinə əməl edəndir və elə olmamışdır ki, vədə versin və ona əməl etməsin. Ancaq vəidə əməl etməmək bəzən bəyənilən hesab olunur, yəni cəza və əzab verməmək. Allah bu yolla öz kərəmini izhar edər.
Qiyamət günü insana daha yaxın olanlar onun yaxşı və pis əməllərinə şahidlik edəcəklər!!
Allaha yağı kəsilənlər Cəhənnəmə (sürüklənib) toplanılacaqları günə qədər (bir yerdə) saxlanacaqlar. Nəhayət, onlar oraya gəldikləri zaman qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şahidlik edəcəkdir.\" (Fussilət, 19-20).
İzah: Qiyamət məhkəməsinin xüsusiyyətlərindən biri odur ki, günahkar həm məhkumdur, həm hakimdir, həm də öz əleyhinə şahiddir. Quran Qiyamət günü çox sayda şahidlərin olacağını bildirir. Onlara nümunə olaraq, başda İslam peyğəmbəri (s) olmaqla peyğəmbərləri, İmamları, ilahi övliyaları, yeri, əməlləri yazan mələkləri göstərmək olar. Bu ayələrdə də bu mövzuda başqa bir şahiddən söhbət açılır və o insanın öz bədən üzvləridir. Bir gün günah etdiyi bədən üzvləri onun əleyhinə şahidlik edəcəklər. Günahkar heyrətlə onlardan soruşacaq ki, nə üçün onları əzaba düçar edəcək şeyə şahidlik edirlər? Bədən üzvləri cavab olaraq deyəcəklər: “Allah bizi danışmağa vadar edir və o hər şeyə qadir və hər şeydən xəbərdardır.