Niyə öləndən sonra cəsəddən pis iy gəlir? və nə belə fəlsəfəsi vardır!!
Canlıların bədəni, xüsusilə də insan bədəni iki-üç gündən sonra pis iy verməyə başlayır.
Qüdsi hədisdə Allah insanlar əta etdiyi bir neçə nemətin adını çəkir ki, onlardan biri də insan öləndən sonra bədəninin iylənməsidir.
Allah buyurur: “Mən bəndələrimə üç nemətə görə minnət qoymuşam:
1. Onların bədənini ruhu çıxan zaman pis iyli edirəm. Əgər belə olmasaydı, heç kəs (qohumlarının və ya ) dostunun cənazəsini dəfn etməzdi.
2. Müsibət və bəladan sonra unutmağı onlara hakim etdim. Əgər belə olmasaydı, heç kimin xoş bir həyatı olmazdı...
İslam maarifinə əsasən qəbir əzabına səbəb olan əməllər hansılardır?!
Qəbir əzabı, insanın işlətdiyi günahlardan asılıdır. Onun miqdar və vaxtı da günahın səviyyəsindən asılıdır. Ona görə də ancaq kafirlərə və müşriklərə aid deyildir, bəzi hallarda möminlər də belə, qəbir əzabı görə bilirlər. Qəbir əzabı çəkən möminlər üçün bu cəza – pis əməllərinin kəffarəsi olur. Bəs hansı əməllər qəbr əzabına səbəb olur?
1. Haqqun-nas. İnsanların maddi və ya qeyri maddi haqlarını zay etmək haqqun-nas hesab olunur. Söz gəzdirmək, qeybət, eyib axtarmaq, söyüş söymək, ağvalideyn olmaq, həyat yoldaşının haqqına riayət etməmək, haram mal yemək, sələm... kimi.
2. Pis əxlaqa malik olmaq. İnsanlar, dostlar və ailə üzvləri ilə pis rəftara malik olmaq – qəbir əzabına səbəb olan əməllərdəndir.
3. Nəcasətdən çəkinməmək və gigiyenaya əməl etməmək. 4. Məsumların (ə) vilayətini qəbul etməmək.
Quran və hədislərə əsasən Sirat körpüsündə hansı beş əməl haqda soruşulacaq?!
Qurani-Kərim və hədislərdən belə nəticəyə gəlmək olur ki, Sirat körpüsü adi körpülər kimi deyildir. Bu körpü – cəhənnəm üzərində qurulmuş və müxtəlif keçidlərə malik olan bir körpüdür ki, hər bir insan – istər mömin olsun, istərsə də kafir – ondan keçmək məcburiyyətindədir. Məgər Allahın xüsusi bəndələrindən başqa. Bu keçidlər hansılardır?
1. Vilayət keçidi. Bu keçiddə insanları saxlayıb, İmam Əli (ə) və övladlarının vilayəti barəsində sorğu-sual edərlər. Hər kim dünyada olan zaman öz İmamını (ə) tanıyarsa və buyurduqlarına əməl edərsə, bu keçiddən keçər. Əgər İmamını (ə) tanımazsa, o zaman cəhənnəmə düşər.
2. Mirsad keçidi. Allah Təala buyurur: “Həqiqətən də, sənin Rəbbin (onlara) nəzarət edir”. (“Fəcr” 14).İmam Sadiq (ə) buyurur: “Mirsad – Sirat körpüsü üzərində olan keçiddir ki, heç bir zalım bəndə oradan keçə bilməz”. Bu keçiddə Allah Təbarəkə və Təala hər bir zalımdan məzlumun haqqını alar....
Qəbir sıxıntısı nə zaman başlayıb, nə zaman bitər?
Qəbir əzabı ancaq qəbrə qoyulanın ilk gecəsi olmaz. Hətta, insanın bərzəx aləmində olduğu bütün zamanı da belə, əhatə edə bilər. Hədislərimizin buyurduğu ilk qəbir gecəsi – bizim dünyada olan ilk gecə hesab olunmur. Çünki bərzəx aləmində gecə və gündüz olmur. Axı orada Günəş yoxdur ki, gündüz olsun. Hədislər buyurur ki, əgər meyiti səhər çağı dəfn edərlərsə, həmin anda mələklər onu sorğu-sual etmək üçün gələrlər. Bu əzab ilk sur çalınana qədər davam edər. Qəbir əzabını bərzəx bədəni çəkər. Əgər mömin az günahla dünyadan gedərsə, çox az qəbir əzabı çəkər. Ancaq bu, o demək deyildir ki, hər bir təqvalı insan qəbir əzabı çəkməz. Əgər Allah Təala möminə qəbir əzabı verirsə, zay etdiyi nemətlərə görə olar. Səd ibni Məazın qəbir əzabı kimi. Ailəsində kobud rəftar etdiyinə görə hətta Məaz kimi bir insan qəbir əzabı çəkmişdir. Allah Təala bizləri bu əzabdan amanda saxlasın!
Ölümdən dünyaya qayıtmaq istəyi: möminlər niyə istəyir, müşriklər niyə?
Ölən insanın bərzəx aləmindəki istəklərindən biri – yenidən dünyaya qayıtmaqdır. Günahkar insan bərzəx aləmindəki vəziyyətini görən zaman başa düşür ki, ziyan içərisindədir. Çünki gözünün önündəki pərdələr kənara çəkilər və bəsirəti açılar. “(Onlar şirk və küfr içində qalarlar və) nəhayət onlardan (müşriklərdən) birinin ölümü çatan zaman (canı mələklərin əlində olduğu halda Allaha) deyər: «Ey Rəbbim, məni (dünyaya) qaytar, bəlkə (dünyada) qoyduğum şey (dünya malı və ömür günləri) barəsində yaxşı bir iş gördüm. Xeyr, bu, onun dediyi (boş) sözdür (gerçəkləşməyəcəkdir). Və onların qarşısında (qəbirdən) qaldırılacaqları günə qədər Bərzəx (aləmi) vardır”. (“Muminun” 99-100).
Hacə Rəbih barəsində nəql edirlər ki, o, özü üçün qəbir düzəltmişdi və orada yatardı. Yuxarıdakı bu ayələri dəfələrlə oxuyardı. Sonra bayıra çıxar və özünə deyərdi: “Səni qaytardılar, indi söz verdiyinə əməl et”. Əlbəttə, hədislərdə oxuyuruq ki, bu istəyi nəinki günahkarlar, o cümlədən saleh insanlar da arzu edirlər. Onların geri qayıtmaqdakı məqsədi odur ki, özlərindən sonra geridə qoyduqlarını öz hallarından xəbərdar etsinlər. İstəyir ki, yaxınları onun yaxşı aqibətinə görə sevinsinlər...
Cəhənnəmə daxil olacaq ilk kəslər kimdir?
İmam Sadiq (ə) buyurur: “Qiyamət günü 7 nəfərin əzabı başqalarından daha şiddətli olacaqdır: - Qardaşını öldürən Adəm (ə) övladının; - Nəmrudun ki, Həzrət İbrahimlə (ə) Allahla bağlı mübahisə edir və Allahı inkar edirdi; - Bəni-İsrayildən olan iki nəfərin ki, öz qövmlərini yəhudi və xristian etmişdilər; - Firon ki, deyirdi: “Mən sizin Allahınızdan daha ucayam”. - İki nəfər bu ümmətdən ki, onların biri o birisindən daha pisdir və şüşə tabutda cəhənnəmin alt qatında atəş dənizində qərar tutur”.
Hədisi nəql edən yazır: “İmam Baqirdən (ə) soruşdum ki, cəhənnəmə ilk daxil olan kəs kimdir? İmam (ə) buyurdu: “İblis və iki başqa nəfər ki, biri sağında və o birisi solundadırlar”. İshaq ibni Əmmar nəql edir ki, İmam Sadiqə (ə) cəhənnəmə daxil olacaq o iki nəfər barəsində sual verdim və Həzrət buyurdu: “Ey İshaq! Birincisi dana kimidir və ikincisi Samiri kimidir”. Dedim: “Lütfən daha çox məlumat verin!”. Həzrət (ə) buyurdu: “Allaha and olsun ki, onlar bir dəstəni yəhudi, xristian və zərdüşt etdilər. Allah onların bu işini bağışlamadı”.
Dedim: “Lütfən daha çox məlumat verin!”...
Niyə ölümdən sonrakı sirlər gizlidir?
İmam Əli (ə) “Nəhcul-bəlağə”də ölümdən sonra gizli olan sirlər barəsində buyurur: “O şeyi ki, ölülər görürlər, əgər siz görsəydiniz – səbirsiz olub, qorxardınız. Eşidib, itaət edərdiniz. Ancaq o şeyi ki, onlar müşahidə edirlər, sizlər üçün gizlidir. Pərdələrin enməsi yaxındır”.
İnsan gözü ilə ölümdən sonrakı sirləri görsə, onun iman gətirməsinin dəyəri olmaz. Necə ki, təhlükə gözünün qarşısında olan insanın bu təhlükədən qorunması kimi. Bir də var insan əqli təhlillə hansısa təhlükəni dərk edir və ondan qorunur – bu halda onun seçimi daha dəyərlidir.
İnsan əqli ilə, daxili inamı ilə iman gətirməlidir. O, ölümdən sonra olan sirlərə bələd olsa, onun imanının dəyəri çox aşağı olan. Gözü ilə görmədiyinə, əqli və şühudu ilə dərk etdiyinə iman gətirməsi isə çox dəyərlidir. İmam Əli (ə) başqa yerdə buyurur: “Dünyada həqiqəti insana nişan verərlər. Əgər doğru baxa bilsələr, haqq səsinə qulaq assalar – elə bu dünyada nəsihət verən ibrətləri bütün insanlar görərlər”.
İnsanın dəfn olunduğu yerin insanın qəbr hesabına nə belə təsiri vardır?!
Bilməliyik ki, insanın aqibəti üçün həyatda etdiyi əməllər, iman və etiqadı faydalıdır. Özündən sonra qoyduqları və özündən əvvəl axirət üçün göndərdikləri önəmlidir. BUnlar zəifdirsə, onun harada dəfn olunmağı az təsir edəcək. Nəzərə alaq ki, Həzrət Peyğəmbər (s) sakin olduğu evində dəfn olunmuşdur və indi həmin yer müsəlmanların ən müqəddəs məkanına çevrilmişdir. İmam Əli (ə) buyurmuşdu: “Üzərində cənazəm olan dəvəni boş buraxın və harada dayanıb əyləşərsə, elə həmin yer mənim qəbrimdir”.
İmam Həsən (ə) şəhid olan zaman onu babasının qəbrinin kənarında dəfn etmək istəyirdilər. Ancaq xilafəti qəsb edən zalım buna imkan vermədi. İş o yerə çatdı ki, hətta Həzrət İmam Həsənin (ə) mübarək cənazəsi olan tabutu da oxladılar. Ona görə də Həzrəti (ə) Bəqi qəbiristanlığında dəfn etdilər. İmam Hüseynin (ə) Kərbəla səhranın ortasında qətl etdilər və mübarək bədəni elə oradaca dəfn etdilər. İndi həmin yer onmilyonların ziyarətgahı olmuşdur. İmam Rzanı (ə) bir bağın içərisində torpağa tapşırdılar və indi bu müqəddəs yer – hamının ziyarət məkanıdır.
İnsanlar bərzəx aləmində ailə üzvlərindən xəbər tuturlarmı?
ikləri yaxınları barəsində xəbərdar olacaqlar. Onlara görə sevinəcək və ağlayacaqlar. Eyni zamanda dünyada olan insanların öz ölüləri üçün etdikləri dualar və sədəqələr qəbul olar və ölü üçün faydası olar. Ölü bu şeylərdən də xəbərdar olar və onlara görə sevinər. Əksinə, qoyub getdiyi yaxınları günah işlətsələr və haram tikə yesələr, onlara görə narahat olar və ağlayarlar. Bunu qeyd etmək lazımdır ki, dünya sevgisi ilə qəmi, bərzəx aləminin qəmi və sevgisi ilə fərqlidir. Bunu dərk etmək bizim üçün mümkünsüzdür. Alimlərin buyurduğuna görə, görməli və dadmalıdır, nəinki eşitməli və deməli. Bu dediklərimiz möminlərə aiddir. Ancaq peyğəmbərlər (ə) və övliyaların hesabı başqalarından ayrıdır.
Hz Peyğəmbərin (s) hədəisinə əsasən qiyamət günü hansı 8 dəstənin vəziyyət daha ağır olacaq?!
Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü 8 nəfər vardır ki, Allah yanında ən düşmən insanlardırlar:
1. Yalançı. 2. Təkəbbür əhli. 3. O kəslər ki, qardaşlarının kinini sinələrində saxlayarlar və onları görən kimi (dost olmaqlarına görə) and içərlər.
4. O kəslər ki, Allah və Peyğəmbəri (s) tərəfinə çağırılanda ləngiyərlər, şeytana tərəf çağırılanda isə qaçarlar.
5. Nə zaman dünya hərisliyi cilvə edər, onu and içməkləri ilə özləri üçün halal edərlər, baxmayaraq ki, ona haqları olmasa belə.
6. Söz gəzdirənlər. 7. Qardaşlar arasına nifaq salanlar. 8. O kəslər ki, günahsızların büdrəmələrini axtararlar, Allah Təala onları çirkin adlandırmışdır”.
Bildiyimiz kimi, yalan – bütün rəzil sifətlərin qapısıdır və hər kim bu qapını açar, başqa rəzil sifətləri yerinə yetirməyə cürət əldə edər və günahdan çəkinməz.
Şeytandan (lən) başlanan təkəbbür sifəti isə insanları Allahın gözündə daha həqir edər. Təkəbbür edən insan əslində Allahını tanımayan insandır. Çünki əgər Allahı tanısaydı, özünün nə qədər alçaq bir varlıq olduğunu dərk edərdi.