İnsanın dünyadakı son günündə malı, övladları və əməlləri ilə söhbəti haqda İmam Əli (ə) nə buyurmuşdu?!


İmam Əli (ə) buyurur: “O zaman ki, Adəm övladı dünyadakı son və axirətdəki ilk gününə çatır – malı, övladları və əməlləri gözünün önündə təcəssüm olar.
İlk olaraq malına diqqət edər və ona deyər: “Allaha and olsun ki, mən səni toplamaq və qorumaq üçün çox həris olmuşam və çoxlu simiclik etmişəm. İndi mənə nə yardım edə bilərsən?”.
Sərvəti ona deyər: “Məndən ancaq kəfənini ala bilərsən”.
O, övladlarına diqqət edər və onlara deyər: “Allaha and olsun ki, mən sizi çox sevmişəm və sizi davamlı olaraq himayə etmişəm. Mənə nə xidmət edə bilərsiniz?”.
Deyərlər: “Heç bir şey. Səni qəbrində dəfn edərik”...


Nədir Qiyamət? Sualının ətraflı izahı


\"Nədir Qiyamət? Axı sən haradan biləsən ki, nədir Qiyamət. Həmin gün heç kim, heç kimin karına gəlməyəcəkdir. Nə ana bala axtaracaq, nə də bala ana axtaracaqdır. O gün hökm ancaq Allahındır. Elə ki, sur çalındı o gün çox ağır gün olacaqdır, kafirlər üçün asan olmaycaqdır, onlar ayələri yalan saydılar, haqq hesab gününə inanmadılar. Vay halına çəkidə və ölçüdə aldadanların. Məgər onlar öləndən sonra diriləcəklərini düşünmürdülərmi? Həm də dəhşətli bir gündə. İnsanlar bir damla nütfədən yaradıldığı kimi onları yenidən diriltmək də onun kimi asandır. Allah hər şeyə qadirdir. Yalnız bir dəfə \"ol” deyəcəkdir.\"
Birinci sur çalındıqdan sonra Yer üzündə heç bir canlı qalmayacaqdır. 40 ildən sonra ikinci sur çalınacaq və torpağın altı üstə çevriləcək və insanlar dirildiləcəkdir. Haqq tərəzisi qoyulacaqdır. İnsanların əməl dəftəri tərəziyə qoyulacaqdır. Vay halına əməl dəftəri arxa tərəfdən sol əlinə verilənlərin...


Cənnətdə sakin olmaq istəyənlər hansı 6 məsələyə diqqət etməlidirlər?!


1.\"Lə hovlə valə quvvətə illə billəh.\"
Sənə cənnətin xəzinəsinin yerini bildirimmi? Əlbəttə bildir! Peyğəmbər (s) dedi: \"Allahdan başqa kömək və qüvvət dayağı yoxdur.\" – sözləri xəzinədir.
2. Əsəbinə hakim olan
\"Kim əməldə edə biləcəyi əsəbinə hakim olarsa, qiyamət günü Allah təalə onu məxluqatın önündə çağırar və istədiyi hurini seçməyə ixtiyar verər.\"
3. Mübahisə və yalançılıqdan çəkinmək
\"Haqlı olduğu halda mübahisəni tərk edənə cənnətin ortasında ev vəd edirəm. Zarafat etdikdə və ya qeyri halda yalanı tərk edənə cənnətin ortasında ev vəd edirəm...


Cənnətin 8 qapısı vardır onlardan giriş üçün hansı əməlləri etmək lazımdır?!


Cənnətin 8 qapısı vardır
1) Reyyan Qapısı (Oruclunun Qapısı)
2) Salat Qapısı (Namaz Və Quran Oxuyan)
3) Cihad Qapısı (Allah rizası üçün vuruşan)
4) Sədəqə Qapısı (Zəkat, Sədəqə, Fitrə)
5) Həcc Qapısı (Həcc və ümrəyə gedənlər)
6) Əfv Qapısı (Bağışlamağı Bilən və Allahın Bağışladıqları girər)...


“Olarmı mən ölümü arzulayım?” sualına Hz Peyğəmbərin cavabı...


Bir gün bir kişi Peyğəmbərin (s) hüzuruna gəlib ərz etdi: \"Olarmı mən ölümü arzulayım?”
Peyğəmbər (s) buyurdu: \"Ölümə çarə yoxdur. Lakin bu, uzun bir səfərdir. Bu səfəri arzulayan gərək öz yanında on töhfə aparsın.”
Kişi soruşdu: \"Nə töhfə?”
Peyğəmbər (s) buyurdu: \"Əzraildən ötrü, qəbirdən ötrü, Nəkir və Münkərdən ötrü, mizan tərəzisindən ötrü, Sirat körpüsündən ötrü, Cəhənnəmin qapıçısından ötrü, behiştin qapıçısından ötrü, Peyğəmbərdən (s) ötrü və Mütəal Allahdan ötrü.
Əzraildən ötrü dörd töhfə aparmalıdır: boynunda haqqı olanların razılığı, namazların qəzası (yəni, yerinə yetirilmiş qəza namazları). Allaha qarşı şövq və ölüm arzusu.
Qəbirdən ötrü də dörd töhfə aparmalıdır: söz gəzdirməyi tərk etmək, sidiyin istibrası, Quran oxumaq və gecə namazı...


Qiyamət günündə nələr olacaq?!


Qiyamət günü – günlərin ən dəhşətlisi və ən qorxulusudur. Qiyamət günü bütün ölülər diriləcək və cəmi insanlar etdikləri əməllərə görə cavab vərəcəklər.
Artıq geriyə yol olmayacaq. Bütün etdiklərmizin bəhrəsini o an görəcəyik. Aramızdan Cənnətə gedənləri görüb qibtə edəcək, cəhənnəmliklərə baxıb için-için ağlayacağıq. Hər kəs canını qurtarmağa yer axtaracaq - ata oğulu, oğul atanı tanımayacaq. Çünki hərə öz canının hayında olacaq. Cənnət hər zamankı kimi insanların arzu etdiyi yer olacaq. Qiyamət gününün vaxtını Allahdan başqa heç kəs bilmir. Deyilənə görə o gün cümə gününə təsadüf edəcək. Və oğrunun evə gizlin girdiyi kimi, o da gizlin və gözlənilməz halda baş verəcək. Odur ki, o an Cənnətə gedənlərin sırasında olmaq üçün indidən çalışmaq lazımdır...


Hz Peyğəmbər (s) buyurur: Ölümə hazırlanmaq istəyən bu məsələlərə hazır olmalıdır?!


\"Bir kimsə, Peyğəmbər (s) yanına gələrək: -İcazə ver,ya Rəsulullah, ölümümü xahiş edim. Peyğəmbər (s)-Ölüm elə bir şeydir ki onun üçün hazırlıqlı olmaq lazımdır! Yol uzun, azuqə istər.Ölümü təmənna edənin on hədiyyə hazırlaması lazımdır.
O kimsə soruşdu: Hədiyyələr kimə ya Rəsulullah? Peyğəmbər (s) buyurdu:
1 - Əzrailin hədiyyəsi. 2 - Qəbirin hədiyyəsi 3 - Münkər və Nəkir\'in hədiyyəsi. 4 - Mizanın hədiyyəsi. 5 - Sirat körpüsünün hədiyyəsi
6 - Malikin hədiyyəsi. 7 - Rıdvan\'ın hədiyəsi. 8 - Ruhun hədiyyəsi. 9 - Peyğəmbərinin hədiyyəsi. 10 - Rəbbinin hədiyyəsi.
- Bu hədiyyələr nələrdir, ya Rəsulullah?...


Ölənlərimiz üçün göndərdiyimiz 1 salavatın dəyəri haqda Əllamə Təbatəbai nə buyurur?!


Əllamə Təbatəbai buyurur: “Bir salavat bərzəx aləmində ölülər üçün elə bir nura çevrilər ki, onlara həmin aləmin çətinliklərindən nicat verər. Ona görə də bacardığınız qədər ölüləriniz üçün salavat göndərin ki, intizar çəkirlər”.
Həzrət Peyğəmbər (s) buyurur: “Qəbirlərdə yatan ölülərinizi yaddan çıxartmayın. Onlar sizə ehsan ümidi bəsləyirlər. Sizin ölüləriniz həbsdədirlər və sizin yaxşı işlərinizə rəğbət bəsləyirlər. Onların iş görmək qüdrətləri yoxdur. Siz sədəqə və duanızı onlara hədiyyə edin”. Allah dünyasını dəyişənlərimizə rəhmət eləsin! Onları unutmayaq, gözləri bizdədir…


Qiyamət günü məscid, Quran və alim nədən şikayət edəcək?!


Ustad Ənsarian buyurur: “Həzrət Peyğəmbərdən (s) belə bir hədis vardır: “Qiyamət günü üç şey insanlardan şikayət edəcəkdir.
Biri – məsciddir ki, deyəcəkdir: “Allahım! Mən inşa edilmişdim, təmiz və gözəl idim. Ancaq insanlar gəlmirdilər”.
İkinci şikayətçi – Qurandır ki, deyəcəkdir: “Allahım! Mən bu insanların arasında idim. Mənə əməl etmədilər”.
Üçüncü şikayətçi – alim olacaqdır ki, deyəcəkdir: “Allahım! Mən uzun illər dərs oxumuşam, halal və haram mövzuları öyrənmişəm. Özün buyurmuşdun ki, insanların içində gəz. Mən də gəzdim, ancaq heç kəs mənə əhəmiyyət vermədi”. Allah bu üç şikayətçiyə diqqət edəcək və insanlar məhkum olacaqlar”...


Qiyamət sorğusunda peyğəmbər nəslindən olmağın (seyyidlik) faydası varmı?


Cavab: İslam peyğəmbəri həzrət Məhəmmədin (s) layiqli nəvəsi dördüncü İmam Zeynəl-Abidin (ə) buyurur: «Allah-təala behişti, Həbəşi qul da olmuş olsa, Ona itaət edən saleh əməl sahibləri üçün yaradıb. Cəhənnəmi isə, Qüreyş övladı da olmuş olsa, Ona itaətdən boyun qaçıranlar üçün xəlq edib»[1].
«Möminun» surəsinin 101-ci ayəsində buyurulur: «Sur çalındığı gün, artıq onların arasında heç bir qohumluq əlaqəsi qalmaz və bir-birlərindən kömək istəməzlər».
Ravilərdənbiri belə nəql edir: «Aylı bir gecədə Allah evini təvaf edərkən, könül oxşayan gözəl və qəmli bir səs eşitdim. Göz gəzdirəndə üzündən nur yağan bir gəncin Kəbə pərdəsindən tutub, dua etdiyini gördüm. O, deyirdi: «Ey mənim böyüyüm, ey mənim ağam! Bəndələrinin gözünü yuxu aparıb, ulduzlar bir-birinin ardınca məğrib üfüqlərində gözdən itir....


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter