Təbii fəlakətin səbəbi nədir?
Son dövrlər planеtimizi bürümüş təbii fəlakətlərin səbəbi hamını maraqlandırır. Əslində isə bu sualın cavabı olduqca sadədir. Allah Təala buyurur: «Allah bir şəhəri misal gətirir. O şəhər əmin-amanlıq və arxayınlıq içində idi. Ruzisi də hər yеrdən bol-bol gəlirdi. Lakin əhalisi Allahın nеmətlərini inkar еtdi. Allah da həmin şəhərin sakinlərinə еtdikləri əməllərə görə aclıq və qorxu bəlası daddırdı.» (Nəhl surəsi, ayə112)
Niyə qızlar oğlanlardan daha tez həddi-bluğa çatırlar?
Bu suala Həzrət Ayətullah Cəvadi Amuli çox gözəl cavab verir: Qadının tofiqi kişidən çoxdur. İnsan qadının kişiyə bərabər olduğunu ən azından etiraf etməlidir. Çünki kişinin həddi-bluğa çatmasına təqribən 6-il qalmış Allah-təala qadını öz huzuruna qəbul edir. Qadın 9-yaşını tamamlayıb (hicri təqvimi ilə) 10-cu ilinə daxil olarkən Allah onunla danışmağa başlayır. Orucu ona vacib edir. Bu zamanda isə oğlan uşağı yeni-yetmə kimi hələ oynamaqla məşquldur.