Nə üçün şiələr azan deyilən kimi ara vermədən namaza başlayır, sünnilər isə azandan sonra bir qədər səbr edib, namaz qılırlar?


Cavab: Onların səbr etməsi nafilə namazının qılınması və namaz qılanların camaat namazına toplanması üçündür. Şiələr də nafilə namazı qıldıqda bu namazdan sonra vacib namazı qılırlar. Ümumiyyətlə, sünnə əhli namazın şəri vaxtına kifayət qədər diqqətlidir. İmam Sadiq (ə)-a sual verdilər ki, sünnilərin azanı ilə namaz qılmaq olarmı? İmam (ə) buyurdu: \"Bəli, onlar namazın vaxtına çox diqqətlidirlər.”(Vəsailüş-şiə”, c. 5, s. 378, bab 3, hədis 1.)
Bununla belə, azan deyilən kimi namaz qılmaq olar, çünki azan şəri vaxtda deyilir. Sübh və günorta azanlarından fərqli olaraq, axşam (şam) azanına münasibətdə şiələr və sünnilər arasında ixtilaf var. Sünnilərin nəzərincə, şam namazının və iftarın vaxtı günəş batanda çatır. Ona görə də günəş batan kimi azan deyirlər. Amma şiə fəqihlərinin nəzərincə, günəş batandan sonra şərqdəki qızartı insanın başı üstən keçdikdən sonra azan vaxtı olur. Beləcə, sünnilər şam azanı dedikdə biz namaz qıla bilmərik. Onların azanından təqribən 12 dəqiqə sonra namaz qılıb, iftar edə bilərik...


Nə üçün şiələr namazda əllərini yana salır, sünnilər isə qarşı tərəfdən üst-üstə qoyurlar?


Cavab: Şiə fiqhində sübut olunub ki, həzrət Peyğəmbər (s) və məsum İmamlar (ə) namazda əllərini yana salmışlar. Əhli-beyt rəvayətlərində əlləri üst-üstə qoymaq qadağan edilir. İmam Baqir (ə) bir şəxsə buyurur: \"Əllərini üst-üstə qoyma, çünki atəşpərəstlər belə edirlər.”(\"Vəsailüş-şiə).Rəvayətlərdə bildirilir ki, namaz halında əlləri budların üzərinə qoymaq müstəhəbdir. Əgər bir şəxs əlləri üst-üstə qoymağı namaz qaydası bilərək belə edərsə namazı batil olar. Bu məsələdə sünnilər arasında cüzi fərqlər də olsa, onların əksəriyyəti bu işi müstəhəb hesab edir. \"Səhihe Buxari” və \"Səhihe-Müslim”də(Səhih Buxari, Kitabul əzan, səh-120, Səhih Müslim, Kitubs-səlati, səh-205, hədis 401) bu barədə cəmi bir rəvayət nəql olunmuşdur. Rəvayətdə bildirilir ki, həzrət Peyğəmbər (s) qiraət halında olarkən sağ əlini sol əlinin üstünə qoymuşdur. Sünnilərin bəzisi əlləri sinənin üstündə, bəziləri isə göbəkdən aşağı üst-üstə qoymağı zəruri bilirlər...


Ölüyə Quranın \'\'Yasin\'\' surəsini oxumaq olarmı?


Biz bu suala yenə məşhur əhli-sünnə alimlərinin topladığı hədislərlə cavab verəcəyik. Məhəmməd Həqqi həzrətləri \'\'Sirlər Xəzinəsi\'\' kitabında (\'\'Hazinətül-Esrar\'\' tərcüməsi Türk dilində səh.578) Tirmiz Mekat ibn Yaşardan nəql edir ki, (1038-ci hədis) Peyğəmbər(s) buyurub: \'\'Yasin\'\' surəsi Quranın qəlbidir. Axirət yurdunu diləyərək bunu oxuyan insan mütləq bağışlanar. O halda bu surəni ölüləriniz üzərində də oxuyun.\'\' \'\'İslami həqiqətlər\'\' kitabında Əhməd Salman (360-cı səhifə, türk dilində) Buxari ibni Ömərdən, Təbəri Əbu Hüreyradan nəql edir ki, (1040-cı hədis) Peyğəmbər(s) buyurub: \'\'Gecə sırf Allah rizası üçün \'\'Yasin\'\' surəsini oxuyan kimsənin günahları bağışlanar. O halda bu surəni ölülərinizə də oxuyun.\'\' Bunlardan əlavə Əbu Bəkirdən və ibni Abbasdan rəvayət edilmişdir ki, (\'\'Ruhil-bəyan\'\' təfsiri \'\'Dörd səhih hədis\'\' kitabı Əbu Hüreyradan, 1044-1066-cı hədis) Peyğəmbəri Əkrəm buyurub: \'\'Qəbristanlığa girib \'\'Yasin\'\' surəsini kim oxuyarsa, mütləq o gün üçün o qəbirdəkilər həfiflənmiş olarlar. Oxuyana da oradakı ölülər sayısınca savab verilər.\'\' Əhli-sünnə alimlərinin topladığı hədislərdən aydın olur ki, ölüyə \'\'Yasin\'\' surəsini oxuyarkən həm ölünün ruhu şad olur, həm də oxuyan kimsəyə savab yazılır.


Nə üçün şiələr namazı birləşdirib qılırlar, bu şəriətə zidd deyil?


Sübh namazının vaxtı, sübhün açılmasından günəşin doğmasına qədərdir. Zöhr və Əsr namazının vaxtları günorta çağının başlanmasından günəşin batmasına qədər olan müddətdir. Məğrib və İşa namazlarının vaxtı günəşin qürubundan gecə yarısına qədərdir. Quranın \'\'İsra\'\' surəsinin 78-ci ayəsində buyurulub: \'\'Gün batandan gecə qaranlıq düşənədək namazını qıl və habelə səhər (sübh) namazını (da qıl)…\'\' İslam Peyğəmbəri(s) müsəlmanlara rahat olsun deyə zöhr və əsr namazlarının, məğrib və işa namazlarının birlikdə qılına biləcəyinə izn vermişdir. Ərəfatda günəş batarkən camaat \'\'namaz, ya Rəsuləllah!\'\' dedi, lakin Peyğəmbər(s) belə buyurdu: \'\'Məşərül-həramda Məğrib namazını gecikdirdilər və İşa namazıyla birlikdə qıldılar ki, bu da əda idi, qəza deyildi.\'\' Şiələrin namazı birləşdirib qılması göründüyü kimi, özbaşınalıq deyil, ümumiyyətlə şiələrin bütün əməlləri Allahın əmri, Peyğəmbərin buyruğuna əsasəndir. \'\'Peyğəmbər(s)-lə birlikdə səkkiz rükət Zöhr və Əsr namazlarını və yeddi rükət Məğrib və İşa namazlarını birlikdə qıldıq.\'\' (\'\'Müsnədi Əhməd\'\' c. 1, səh.221)...


Nə üçün şiələr qəbirləri pir edirlər? Məgər bu günah deyil?


Allah, müqəddəs şəxslərin qəbirlərini pir qərar verməyi, orada məscid tikməyi, namaz qılmağı bizlərə qadağan etməyib, Peyğəmbər(s) və Əhli-Beytin məzarlarının üstündə məscid tikməyin İslama heç bir ziyanı yoxdur. Məlumat üçün qeyd edək ki, təkcə şiələr yox, Əhli-Sünnə məzhəbləri də övliyaların qəbirlərinin üstündə məscid tikiblər. İstər şiələr, istərsə də sünnülər bunu özbaşına yox, Quran ayəsinə və Quran ayəsinin təfsirinə əsasən ediblər: \'\'Onların qəbirlərinin üstündə bina düzəltdik. Bu işdə qalib gəlmiş başqa dəstə (möminlər) dedilər. Onların qəbirlərini məscid qərar verəcəyik.\'\' yəni orada məscid tikəcəyik, \'\'Kəhf\'\' surəsi, ayə-21 də belə buyurulur. Bu ayədən açıq-aydın görünür ki, qəbri pir etmək (üzərində məscid tikmək) heç də haram deyil və bunu növbəti hədisdən də başa düşmək olar: \'\'Peyğəmbərimizin qızı Həzrət Fatimeyi Zəhra(s.ə.) cümə günləri əmisi şəhid Həmzənin qəbrinin yanına gedib namaz qılır və ona gözyaşı tökürdü. (\'\'Səhihi Müslüm\'\' c. 3 və \'\'Sünəni Beyhəqi\'\' c. 4, səh.78)...


Aşura ilə bağlı bu sual hər kəsi düşündürürdü; Cavabını İmam verib


\"İmam Cəfər Sadiq(ə) buyurdu: \"Hüseynin (ə) şəhid edildiyi günün müsibəti, saydığın digər günlərdən daha böyükdür. Çünki Allahın ən üstün bəndələri olan \"Əshabi-Kisa\" (İslam Peyğəmbərinin əbası altına yığdığı beş nəfərə işarədir) bu beş şəxsdən ibarət idi.
Peyğəmbər (s) vəfat edəndə xalqın dərdlərini bölüşüb, təsəlli tapmaq və məsləhət alacaqları dörd nəfər qalmışdı. Beləcə, biri Allahın rəhmətinə nail olsa belə, digərinin həyatda olması hər kəs üçün təsəlli mənbəyi idi.
Amma Həzrət Hüseyn (ə) qətlə yetiriləndə, xalqın dərdlərini dindirəcək \"Əshabi-Kisa\"dan heç kim qalmamışdı. Buna görə də onun getməsi hamısının getməsi, həmçinin qalması da onların hamısının qalması demək idi. Elə bunun üçündür ki, Əba Əbdillahil Hüseynin (ə) şəhid edildiyi günün müsibəti, digərlərinin müsibətindən daha böyük və daha ağırdır\"...


Şübhə 10: Yaxşı əməlləri olan ateist cəhənnəmə niyə getməlidir?


Cavab: Kimin cənnətə yada cəhənnəmə gedəcəyini tam əminliklə deməyə bizim səlahiyyətimiz çatmaz. Amma Quranda (Nisa s. 116-cı ayə) Allahın bağışlamayacağı tək günah sadəcə şirk olduğu bildirilir. Yəni Allaha şərik qoşan şəxs cənnətə gedə bilməz deyə bilərik.
Sual: Niyə? Cavab: Təsəvvür edin ki, siz kiməsə hotelinizi əmanət edib gedirsiniz. Deyirsiz ki:“Bu gün gələcək qonaqlara hotelin mənə məxsus olduğunu de, sonra isə hoteldən istifadə edə bilmələri üçün, icazə və izahat ver. Hotelin sahibi mən olduğumu onlara mütləq bildir. Çünki, bu mənim üçün önəmlidir.”
Amma həmin adam, bunu bilərəkdən demir. Hoteli öz mülkü kimi təqdim edib, yaxşılıqları öz adına çıxarır. Bu insan yaxşı əməl sahibi kimi görünə bilər, əslində riyakar və yalançıdır...


Şübhə-9: Sən müsəlman bir ölkədə doğulduğun üçün müsəlmansan. Başqalarının günahı nədir bəs?


Cavab: Allah bizlərə peyğəmbərlər göndərmişdir. Və həmin peyğəmbərlər, insanları düşünə biləcəyi qədər zaman ərzində doğru yola dəvət etmişdirlər. İndi də, internetin və texnologiyanın bu qədər inkişaf etdiyi dövrdə insanların sorğulamaq üçün yetərincə şəraiti vardır. Və bu şəraiti olub, buna vaxtı olan insanlar Allah və din barəsində sorğulama aparmırlarsa bu artıq onların öz günahı sayılır. Hər halda hər kəs özü Allaha cavab verəcək. Yəni obyektiv sorğulamaq lazımdır sadəcə.


Şübhə 1: Hər şeyi Allah yaradıbsa, Allahı kim yaradıb?


Cavab: Bu sual “Gülün qoxusu neçə litrdir?” yaxud “Hər şeyi su isladırsa, suyu nə isladır?” sualı kimi yanlışdır.
Çünki Allah yaradılan deyil, yaradandır. O yaradılma özəlliyinin var olma səbəbidir. Allahın Yaradan olduğunu qəbul edirsiniz, sonra da soruşursunuz: Kim Onu yaradıb? Eyni zamanda Onu həm Yaradan, həm də Yaradanın yaratdığını soruşursunuz . Bu zidd və uyğunsuzdur. Sualın mənasızlığının digər tərəfi, Yaradanın özünün yaratmaq qanunlarına tabe etmək istəyirsiniz .Nəyinsə nəticəsində ortaya çıxan şeylərin bir yaradıcıya (niyə var oldu açıqlamasına) ehtiyacı vardır. Kainat “Big Bang” nəticəsində yarandığı üçün yaradıcıya ehtiyacı vardır. Allah isə zaman və məkanı yaradandır...


İmam Kazim (ə): Dünyaya yenidən gəlsəydin, nəyi istəyərdin? – yaxşı cavabın mükafatı


İmam Kazim (ə) soruşdu: “Əgər dünyada nəyisə arzu etməli olsan, nəyi arzu edərsən?”.
Yoxsul şəxs deyir: “Arzu edərəm ki, din qardaşlarımın haqqını əda etmək tövfiqinə nail olum, dini və din qardaşlarımı qorumaq üçün təqiyyəyə riayət edim”.
İmam (ə) buyurur: “Niyə bizimlə dost olmağı arzu etmirsən?”. Yoxsul şəxs deyir: “Bu sifət məndə vardır. Allaha bu neməti məndən aldığı üçün şükür edirəm. Dərgahından istəyirəm ki, malik olmadığım bu yaxşı sifəti mənə (yenidən) əta etsin”.İmam (ə) ona pul verir və buyurur ki, quru malların satışı ilə məşğul olsun. (Çünki daha az ziyan görər).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter