Düzlüyü və sədaqəti ilə yer və göy əhlinə nümunə olacaq şəxsiyyət - Əbazər Qəffari
Allah rəsulu (s) buyurub: “Əbuzər biz Əhli-Beytdəndir və mənim ümmətimdən İsa ibn Məryəmin zöhdünə bənzər onun zöhdudür!” Əbuzər İmam Əlinin (ə) xilafətinin peyğəmər (s) göstərişi olmasını qəbul edən və bu yolda var gücü ilə mübarizə aparan ilk şəxslərdəndir. Əbuzər xəlifəyə etirazlarına görə ilk növbədə Mədinə şəhərindən Şama sürgün edilir. O küçələrdə belə etiraz səsini ucaldır, insanları başına toplayıb uca səslə Quranın “Kafirləri alçaldıcı əzabla müjdələ” ayəsini tilavət edirdi.
Şamda olan Müaviyyə onun bu sözlərini xəlifəyə yazır və çarəsiz qalan xəlifə onu Mədinəyə geri çağırır. Mədinəyə gələn və xəlifənin heç bir hədiyyələrini qəbul etməyən Əbuzər yenidən kimsəsiz, Mədinədən 200 km. aralıda olan Rəbəzə çölünə sürgün edilir. O, Rəbəzə çölündə tək yaşayir və tək ölür. Bu zaman hər kəs peyğəmbərin (s) Əbuzər barəsində dediyi sözü xatırlayır: “Ey Əbuzər, sən tək yaşayacaqsan, tək ölüb, cənnətə də tək girəcəksən.”
Böyük alim, imamların sadiq dostu Şah Əbdül-Əzim kimdir?
Əbdül-Əzim böyük İslam alimlərindən, məsumlardan (ə) hədis nəql edən, mənəviyyat sahibi şəxslərdəndir. Əbdül-Əzim dövrünün 3 İmamı ilə rabitədə olub. Ayətullah Tehrani bu barədə deyir: O böyük şəxsiyyət İmam Rza, İmam Cavadı (ə) dərk edib və öz imanını İmam Hadiyə (ə) yetirib.” Mənbələrdə qeyd olunur ki, o, İmam Cavad və İmam Hadi (ə)-ın hüzuruna daxil olarkən böyük ədəblə daxil olar, İmamlar (ə) da onu düz yaxınlarında əyləşdirər, ona böyük hörmət edərdilər. Şeyx Əbdül-Əzim Abbasilər dövründə yaşamış və daim haqq carçısı olmuşdur. Bu səbəbdən daim təqib olunardı. Bu səbəbdən Mötəzin vaxtında İmam Hadinin (ə) əmri ilə Samirra şəhərindən Rey şəhərinə hicrət edir və ömrünün sonuna kimi orada təbliğat və İmamların hədislərini söyləmək, Quran təfsir etməklə məşğul olur. Həmçinin Əbdül-Əzimin Xotasana İmama Rzanı (ə) ziyarət qəsdilə gəldiyi də deyilir.
İmam Rza (ə) zəvvarlarının ziyarət etdiyi məşhur səhabə - Əba Səlt kimdir?
İslam alimləri Əba Səlti İmamın (ə) əshabından, bir qismi isə İmamın (ə) xidmətçilərindən bilmişlər. İmama (ə) yaxın kəslərdən olduğu üçün ondan daha çox hədis nəql olunur. O cümlədən İmam Rzanın (ə) Məmun tərəfindən zəhərlənməsi kimi mühüm tarixi bir xəbər, həmçinin İmamın (ə) Nişapurda söylədiyi məşhur (silsilətuz-zəhəb) hədisi Əba Səlt tərəfindən nəql olunub. Əba Səltin elmi, fəaliyyəti və şəxsiyyəti barədə bütün İslam alimlərinin fikri budur ki, o etibarlı bir şəxsiyyət olub. Əba Səlt həmçinin Əhli-Betyin (ə) fəzilətlərini əks etdirər bir çox önəmli hədslər nəql edib. O cümlədən İraq, Hicaz, Yəmən ellərinə səfər edib və orada olan insanlara Əhli-Beyti (ə) təblğ edib və insanlara peyğəmbər (s) mirasını olduğu kimi çatdırıb...
Namaz və orucun qəbul olması üçün Hz Əli (ə) Kümeylə (r) hansı nəsihəti edir?
Hz Əli (ə) səhabəsinə belə buyurur: “Ey Kumeyl! Namaz qılmaq, oruc tutmaq, sədəqə vermək əsas deyil. Əsas odur ki, namazı pak qəlb ilə əməli Allahın razılığı üçün və xuşu ilə yerinə yetirəsən.” (“Tuhəful-uqul”, 174.)
Hz Peyğəmbər (s) buyurur: “Namaz dinin qanunlarındandır. Allahın razılığı namazdadır. Namaz peyğəmbərlərin yoludur.” (Xisal/2-522.) “Tə’rifi böyük olan Allah gözümün nurunu, qəlbimin sevincini namazda qərar verib, namazı mənə məhbub edib. Necə ki, təam aclığın, su isə təşnənin məhbubudur. Şübhəsiz ki, ac yedikcə doyur, təşnə su içdikcə sirab olur. Mən isə namazdan doymuram.” (Məkarimul-əxlaq/461) “Elə ki, namaza durdun, qibləyə üz tutdun, “Fatihə” və müyəssər olan bir surə oxudun, rükuya getdin, səcdələri başa vurdun, təşəhhüd və salam oxudun, səninlə qıldığın namaz arasında olan bütün günahlar növbəti namazadək bağışlanar.” (“Əmaliye-Səduq”, 544.)
İmam Sadiqin (ə) səhabəsi Harun Ər-Rəşidin dövründə yaşamış Bəhlul kim olub?
Harun Ər-Rəşidin əmisi oğlu və tam adı Buhlul ibn Əmr əs-Seyrəfi, Əbu Vəhib əl-Məcnundur. (Xətib Bağdadi, “Tarixu Bağdad”, c.21, s.65) Nəzərə çarpır ki, o Buhlul ibn Məhəmməd əs-Seyrəfidir ki, Şeyx Tusi onu İmam Sadiqin əshabından hesab etmişdir. (Tusi, “Əl-Əbvab” (Ricalut-Tusi), s.173) Bəhlula “Buhlul Məcnun (divanə)” ləqəbi vermişlər. (“Tarixu Bağdad”, c.21, s.65) Bəhlulun dəlilik, divanəlik məsələsi barədə fərqli sözlər demişlər. Onlardan məşhuru budur ki, onun özünü dəli kimi aparması İmam Musa Kazimin göstərişi ilə olmuşdur, ta bu yolla Bəhlul öz canını qorusun və Abbasi xəlifəsinin əziyyətindən əmin-amanlıq tapsın. Həmçinin başqa səbəbləri də vardır. Bir sözlə, onun dəliliyi təqiyyəyə əsaslanırdı. (Əmin Amili, “Əyanuş-Şiə”, c.3, s.617; Şəbistəri, “Əl-Faiq fi ruvati və əshabi əl-İmam əs-Sadiq, c.1, s.257) Əgər bu fikri qəbul etsək, aydın olur ki, o, İmam Kazimin dövründə də yaşamışdır.
İmam Əli (ə) zəngin olan insana hansı tövsiyəni edir?
“Nəhcul-bəlağə”də oxuyuruq ki, Əmirəl-möminin (ə) hökumət etdiyi zamanda Əla ibni Ziyanı görməyə gedir. və görür ki, geniş evə malikdir. Həzrət (ə) buyurur: “Bu geniş sarayı dünyada nə edirsən? Sən ona axirətdə daha çox möhtacsan. Əgər bu sarayla axirətdə rahatlığa çatmaq istəyirsənsə, evinin qapısını açıq qoy və qonağı əziz tut. Qohumların və yaxınlarınla onda sileyi-rəhm et. Bu evin dini haqqını ehtiyacı olanlara ver ki, əgər belə etsən, cavidan saraya çatarsan”...
Əbuzəri Əbuzər edən Həzrət Əli (ə) sədaqətimi olmuşdur?
Hz Peyğəmbərdən (s) sonra bəzi insanlar hz Əbuzəri (r) İmam Əlidən (ə) ayırma üçün ona dünya malı təklif edirlər o isə cavablarında deyir:
... Deyir: Birinci elə bildiniz ki, mən Əlini (ə) sataram və bunun üçün mənim yanıma gəldiniz! Məni satın almaq istədiniz!
İkincisi isə heç insafdırmıki Əlinin (ə) qiymətini 4 kisə qızıla biçirsiniz? Siz istəyirsiz mən Əlini (ə) bu 4 kisə qızıla dəyişəm?
Bütün dünyanın sərvətini yığasınız Əlinin (ə) saçının bir telinə dəyməz!” Beləcə Əbu Zərr onları qovur və qapını bağlayır...
İbn Abbasın (r) ramazan dəyəri haqda möhtəşəm hədisi oruc tutanlara hansı müjdəni verir?
İbn Abbas Ramazan ayının dəyəri haqda Səid ibni Cubeyrə deyir: Bax bunu mən Peyğəmbərdən eşitdim ki, o buyurub: “Əgər bilsəz ki, Allah Ramazanda sizin üçün nələr nəzərdə tutub ona şükr edərsiniz. Allah bu ayın birinci gecəsində ümmətimin zahirdə və gizlində olan günahlarını bağışlayar. Allah minlərlə dərəcə sizi qaldırar, sizin üçün 50 şəhər inşa edər. İkinci gündə Allah hər addımınıza bir ilin orucunu bir peyğəmbərin savabı və bir ilin ibadətinin savabını yazar. Üçüncü gündə bədəninizdə olan tüklərin sayı qədər cənnətdə günbəz inşa edər. Elə bir günbəz ki, onun girəcək və çıxacağında hər birində 12 min mənzil olar. Bu evlərin hə birində min taxt və hər taxtda bir huri olar. Hər gün min mələk hədiyyələrlə sizin yanınıza gələr….”
Həzrət Zəhranın (s) kənizi, Quranla danışan xanımı tanıtdırın?
Quran ayələri ilə danışan qadın - Həzrət Xanım Zəhra (s.ə) məktəbinin yetişdirməsi Fizzə..Bəzən müəllimi şagirdinin vasitəsi ilə də tanımaq mümkündür. Həzrət Zəhranın (ə) yetişdirmələrindən biri də, onun evində xidmətçi olan Fizzə olub. Fizzə Zəhrayi-Əthərin (ə) məktəbindən dərs almış və yiyələndiyi elmi əməli olaraq həyata keçirən bir xanım idi. O, Əhli-beytin (ə) yanında həmişə bir nur kimi parlamışdır. Bəs görəsən, kəniz Fizzə kimi tanınan bu xanım, necə olmuşdu ki, Həzrət Zəhranın (ə) kənizi olmağa nail olmuş və Əli (ə) xanədanının ən hörmətli və yaxın bir üzvünə çevrilmişdi? Fizzənin əsli-nəsəbi Hindistan ölkəsindən idi. ...
İslam aləmində etimad olunacaq alimlərdən İmam Sadiq (ə) şagirdlərinin bir neçəsini tanıtdırın?
İmam Sadiqin (ə) müxtəlif elmlərdə mütəxəssis səhabələri və şagirdləri var idi. O həddə ki, hədis ravilərini tanıyan və hədis elmində bilik sahibləri deyirlər: İmam Sadiqin (ə) elm məktəbi yaratdığı zamanda 4000 minə yaxın şagirdi var idi. İmam Sadiqin (ə) bir neçə müxtəlif sahələrdə dərin elmə sahib olan səhabə və şagirdləri:
A) İmamın şəiətdə yetişdirdiyi şagirdlər: 1-Aban ibn Təğləb, Şəriət müəllimi olmuşdu, 2-Zurarə ibn Əyən, alimliyə lazım olan dəyərlərin çoxuna sahib olan şəxsiyyət idi. Quran qarisi, müctəhid, kəlam ustadı, şair və güclü ədəbiyyatçı olmuşdu
B) İmamın əqaid elmində yetişdirdiyi şagirdlər: 1-Mömin Taq, Əbi Hənifə və Mürciə məzhəbi ilə münazirələri kitab şəklində yazılmışdır. Xəvaric qrupu (Əli (ə)-la düşmən olanlar) haqda əqaid araşdırmaq aparmışdı, İmamət haqda geniş qeydiyyatlar yazmışdı. 2-Hişam İbn Həkəm Kindi, Zindiqlərin (Allahı inkar edənlərin) batil olmasına dair kitab yazmışdı.
C) İmamın hədis elmində yetişdirdiyi şagirdlər: 1)Cabir ibn Yəzid Cöfi, Cəməl müharibəsi, İmam Əli və Huseyin (ə) şəhadəti haqda kitablar yazmışdı, 2-İshaq ibn Əmmar Kufi. Hədis ravilərini tanımaqda alim olan şəxsiyyətlər onun haqqında deyiblər: O böyük hədis bilimçisi və düz danışan ravidir.