HZ Peyğəmbər (s) buyuruqlarının rəvayətçisi BİLAL VƏ AZANÇISI HAQQINDA...
Bilal uzun illər həzrət Peyğəmbərin (s) yanında olduğundan onun bir çox buyuruqlarını yadda saxlamışdı. O, həzrətin (s) sözləri və əməlləri ilə yaxından tanış idi. Bilalın həzrət Peyğəmbərin (s) dilindən nəql etdiyi buyuruqlar mötəbər sənəd və istinad ediləsi mənbə hesab olunur. Bilal Şamda olduğu dövrdə Peyğəmbərdən hədislər və xatirələr nəql etməklə, müsəlmanların təlim-tərbiyəsi ilə məşğul olurdu. Onun sözləri xalq üçün bir dəlil idi.
Mərhum Əllamə Məclisi nəql etmişdir ki, bir şəxs öz ticarət səfərində Bilalla tanış olur. Əbdüllah ibn Əli adlı bu şəxs deyir: Bəsrədən Misirə mal aparırdım. Bir gün Misirdə uca qamətli, ağsaçlı bir kişi ilə rastlaşdım. Onun əynində ağ və qara iki hissə parça vardı. Soruşdum ki, bu kimdir? Dedilər ki, Bilal,həzrət Peyğəmbərin (s) azançısı. Lövhə götürüb, Peyğəmbərin buyuruqlarını yazmaq üçün onun yanına getdim. Salam verib, gəlişimin məqsədini açıqladım: \"Sənə Allahın rəhməti olsun, Peyğəmbərdən eşitdiklərindən mənə nəql et.” Bilal soruşdu ki, məni tanıyırsanmı? Onu tanıdığımı bildirdim. Bilal həzrət Peyğəmbərin (s) adını eşidib ağladı, mən də ona qoşuldum...
Peyğəmbərimizin (s) dəyərli səhabəsi ƏMMAR YASİR Allah yolunda şəhid olmaqda üçün necə dua edir?!
Görüş məqamının əzəməti vəsvə gəlmir! Əmmar hələ də düşmənlə vuruşurdu. Qəlbini sarımış eşq,şəhadət sevgisi, Allahla görüşə məhəbbət onu canından keçmiş fədakar bir qəhrəmana döndərmişdi. O döyüşə-döyüşə Allahı ilə danışır, şeirlər oxuyurdu:
Allah doğruçudur, əzəmətlidir! Ya Rəbb,bu intizar çoxmu çəkəcək?
Şəhadətdən keçir Sənə gedən yol, Bu qanlı meydanda doğranam gərək.
Nəhayət, 94 yaşlı bu qorxusuz aslan bir çox düşmən döyüşçülərini qanına qəltan etdikdən sonra nizə zərbəsindən yerə yıxıldı. Amansız düşmən onun başını bədənindən ayırdı.Amma bu sonluq Əmmar üçün səadət idi. Bir ömür məbud hüzurunda torpağa səcdə etmiş baş, nəhayət,şəhadət meydanında həqiqət yoluna təqdim olunurdu. Əmmarın şəhadət dağı Həzrət Əli (ə) üçün çox ağır idi. Əmmarın şəhadət xəbəri həzrətə (ə) çox təsir etdi, o bu aşiq insan üçün Allahdan rəhmət dilədi...
Əmmar Küfə şəhərinin valiliyindən uzaqlaşdırılanda onun narahat olub olmamasını soruşduqda hansı cavabı verdi?!
... Peyğəmbərdən tərbiyə almış Əmmar yalnız Allahın razılığı və vəzifəsini yerinə yetirmək barədə düşünürdü. Kufə kimi böyük və həssas bir şəhərin valisi olmasına baxmayaraq, Əmmar üçün ixlas, təvazö və təqva hər şeydən uca idi. O, Əmirəl-möminin (ə) eşqi ilə dolu bir qəlblə yalnız qısa müddət Kufədə hakim oldu və onun hakimiyyəti altında olan xalqın əksəriyyəti Əlinin (ə) tərəfdarları idi. Onun ədalətli və dinə müvafiq rəftarı bəzi dünyatələbləri razı salmadı. Onlar xəlifəyə ünvanlanmış böhtan dolu məlumatları ilə Əmmarın işdən uzaqlaşmasına nail oldular. Əmmar yenidən Mədinəyə qayıtdı və həzrət Əlinin (ə) elm və helm dəryasından faydalanmaqda davam etdi.
Əmmar Mədinəyə qayıtdığı vaxt ondan soruşdular ki, işdən uzaqlaşdırılmağın səni narahat etmirmi? Əmmar belə cavab verdi: \"Mənə bu iş həvalə olunanda sevinməmişdim ki, kənarlaşdırılanda da narahat olam!”
İmam Cəfər Sadiq (ə.) Səhabəsi HƏMMADA Namazı hansı şəri və mənəvi qaydada qılmağı öyrətdi?!
İmam Cəfər Sadiqin (ə.) Həmmad adındakı bir yaxın dostu rəvayət etmişdir ki: \"Bir gün İmam Sadiq (ə.): \"Mənə ey Həmmad, düzgün tərtibi ilə namaz qıla bilirsənmi?” –deyə soruşdu. Mən: \"Ey Ağam, Harizin namaz haqqındakı kitabını əzbər bilirəm”-dedim.
İmam (ə.): \"Xeyr, belə olmaz; Qalx namaz qıl, baxaq”-deyə buyurdu.
Həmmad deyir: Bu zaman, mən qalxıb, İmamın qarşısında qibləyə yönəldim və namaza başlayıb ruku və səcdələri yerinə yetirdim.
İmam (ə.), mənim namaz qılmağımı seyr etdikdən sonra belə buyurdu: \"Ey Həmmad, gözəl namaz qıla bilmirsən. Sizlərdən biri altmış və ya yetmiş yaşına çatdığı halda, hələ də bir namazı bütün qaydası ilə, tam olaraq yerinə yetirə bilməməsi, necə də pisdir.”
Həmmad deyir: Bu sözlər mənə təsir edərək ruhumu sirkələdi və İmama: \"Canım sənə fəda olsun, belədirsə özünüz mənə namaz qılmağı öyrədin”-dedim...
İSLAM PEYĞƏMBƏRİ (s) səhabələrini QEYLULƏ yuxusunu yatmağa həvəsləndirərdi?!
Peyğəmbər sünnəsində rast gəlinən əməllərdən biri də qeylulə yuxusudur. Qeylulə – günorta vaxtı, zöhrdən əvvəl dincəlmək məqsədi ilə qısa müddətli yatmağa deyilir. Peyğəmbər qeylulə yuxusuna ciddi əməl edər və müsəlmanları da buna təşviq edərdi. Qeylulə yuxusu bədəndəki yorğunluğu aparır, hafizəni gücləndirir, zehni açır. Peyğəmbər buyururdu ki, gecə namazlarını qıla bilmək üçün qeylulədən faydalanın; yəni günorta yatın ki, gecə namazı üçün yuxudan oyana biləsiniz. Rəvayət edirlər ki, bir bədəvi ərəb yaddaşının get-gedə kütləşməsindən Peyğəmbərə şikayət etdi. Peyğəmbər ondan soruşdu ki, sən yəqin günortalar yatmağa adət etmisən, amma son vaxtlar bu adəti pozmusan. Ərəb həqiqətən belə olduğunu söylədi. Peyğəmbər ona məsləhət gördü ki, yenə günortalar qeylulə yuxusuna riayət etsin.
İmam Sadiqin(ə) kəlamının möcüzəliyi hansı tələbəsinin kitabında əks olunmuşdur?!
İmam Sadidiqin (ə) səhabə və tələbəsinə örgətdiyi elmi möcüzəliyi Tovhidi-Müfəzzəl kitabı da özünü əks etdirir:
İmam Sadiq (ə) bu heyrətamiz kitabda yaradılışın sirrini və fəlsəfəsini tam şəkildə bəyan etmişdir. Bu kitabda yerlə göy arasında olan məxluqatlar haqqında tam şəkildə bəhs olunur. İmamın buyurduğu e`cazkarlıqlardan bir neçəsini nümunə üçün zikr edirik:
1. İmam Sadiq (ə) balığın yaradılışında olan e`cazkarlıqlar haqqında buyurur: Balıq suyu ağzından alır və onu qulaqlarından xaric edir ki, başqa heyvanlar da havadan faydalansınlar. İmamın bu sözü bizə balığın havanın oksigenindən istifadə etməsini aşılayır. Amma bu fikri alimlər necə əsərlər sonra kəşf etdilər.
2. İmam (ə) ulduzlar və onların hərəkəti haqda danışanda, hər bir ulduz üçün iki cür hərəkət zikr edir. Bu iki hərəkəti qarışqanın, dəyirman daşının üstündə sol tərəfə, daşın sağ tərəfə hərəkət etməsinə bənzətmişdir. Bu vəziyyətdə daş sağ tərəfə fırlanır, amma qarışqanın daşla birlikdə fırlanmasına baxmayaraq o, sol tərəfə fırlanır.
İmamın (ə) bu misalından ulduzların fəzadakı vəziyyəti və yerini dəyişməsi anlaşılır. Əlbəttə İmam (ə) burda başqa mövzuları da təfsilatı ilə bəyan etmişdir.
İslam Peyğəmbəri (s) Bilal Həbəşini hansı xüsusiyyətlərinə görə azançı təyin etdi?!
... Bilal daim həzrət Peyğəmbərin (s) yanında olardı. Bütün səfərlərdə, müharibələrdə onu müşayiət edər, namaz vaxtı azan verərdi. Bilalın təkbir nidası ucalan kimi bütün allahpərəstlər məscidə axışar, cəm halda peyğəmbərə (s) iqtida edərdilər. Bilal namaz üçün azan verdikdən sonra həzrət Peyğəmbərin (s) qapısına gəlib təkrarlayardı: \"Həyyə ələs-səlat, Həyyə ələl-fəlah, ya rəsuləllah.” Peyğəmbəri gördükdən sonra namaz başlayanadək iqamə deyərdi.
Bilal vaxtı dəqiq müəyyənləşdirməyi bacaran bir azançı idi. Peyğəmbər (s) buyurmuşdur: \"Oruclarınızı Bilalın azanı ilə başlayıb, sona çatdırın, o, çox dəqiqdir.” Həzrət Peyğəmbər (s) Bilala deyərdi: \"Ey Bilal, azanınla könlümüzə sevinc bəxş et, azan de ki, namaza duraq.”
Bilal gecə sübh azanından bir qədər qabaq məscidə gələr, divarın kənarında əyləşib, səmanı seyr edərdi. O, Allahın tədbirləri haqqında düşünər və azandan qabaq raz-niyaz edərdi. Həzrət Peyğəmbərin (s) Bilala azan haqqında dedikləri onun xalisliyini, qəlbinin imanla dolu olmasını göstərir...
Kasıb bir müsəlmana izzətli yaşamaq üçün Hz Peyğəmbər (s) hansı göstəriişi buyurdu?!
Bir gün mədinəli kasıb bir müsəlman Peyğəmbərimizin yanına gələrək yemək üçün bir şey istədi..Peyğəmbər (s) o adamdan evində bir şey olub-olmamasını soruşdu..O da: - Evdə xırda bir xalça və su qabından başqa heç bir şey yoxdur. - dedi. Peyğəmbərimiz tez onları (xırda xalça və su qabı) gətirməsini əmr etdi..Adam deyilənləri gətirdikdə Allah Rəsulu yanındakılara:- Bu şeyləri pulla almaq istəyən varmı? - deyə soruşdu.. Səhabələrdən biri - Mən bir dirhəmə alaram - dedi..
Peyğəmbərimiz (sallallahu aleyhi va alihi va səlləm) daha çox pul təklif edən birisinə satacağını bildirdi..Başqa bir səhabənin iki dirhəmə almaq istədiyini görən Rasulullah, xırda xalça və su qabını ona satdı..Sonra isə, hüzuruna gələrək yardım istəyən adama belə dedi:- Bir dirhəm ilə evə yemək, geri qalan pula isə, bir balta al..Bu balta ilə odun doğrayıb sat..Dilənçilik etməkdənsə, öz əməyinlə qazan!.. Peyğəmbərin (s) sözünü dinləyən həmin səhabə bir həftə içində artıq on dirhəm qazanmışdı.
İmam Həsən (ə) şəhadətindən öncə səhabəsinə hansı nəsihətləri buyurdu?!
İmam Hesenin nesihetleri -O Həzrətin ömrünün son günlərində (vəfatından öncə xəstə olduğu ərəfədə) Cünadə ibn Əbi Üməyyə ona: Ey, Peyğəmbər övladı, mənə nəsihət et- deyə müraciət etdikdə, İmam (ə) buyurdu:
\"Bəli, (Ey Cünadə) səfərə çıxmağa (ölüm səfərinə) hazırlaş, əcəlin çatmazdan əvvəl azuqəni topla və bil ki, sən dünyanın (dünya malının) ardınca getdiyin halda ölüm də, sənin ardınca gəlir. Gələcək gününün fikrini, hazırda olduğun günündən əvvəl çəkmə”.
\"Bil ki, dünyanın halalında sorğu-sual, haramında cəza və şübhəli (halal və ya haram olması bilinməyən) şeylərdə isə töhmət vardır (yəni Axirətdə insanı dünyanın halal nemətlərindən istifadə etdiyinə görə sorğu-sual, haramlardan istifadə etdiyinə görə cəza və şübhəli şeylərdən istifadə etdiyinə görə isə töhmət, məzəmmət gözləyir)”...
Malik Əştər Hz Əli (ə)-ın dili ilə necə şəxsiyyət olaraq tanıtdırır?!
Malik Əştər Əli (əleyhissalam)-ın səmimi, pak və şücaətli dostlarından idi. Elə bir dost ki, Əli (əleyhissalam) bə`zi vaxtlar öz yoldaşlarına buyururdu:
«Kaş sizin aranızda iki nəfər Malik Əştər kimi adamım olaydı.» mən Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm üçün necə idimsə Malik də mənim üçün o cür idi. İmam Əli (əleyhissalam) öz danışıqlarının birində bu qəhrəman və cəsurun haqqında belə buyurur:
Allah ona xeyr versin ki, əyrilikləri düzəltdi və xəstələri müalicə etməyə başladı, sünnəti ayağa qaldırdı, fitnəni arxada qoyub imtahanlardan qəbul olundu və təmiz geyim az eyb ilə bu dünya ilə vidalaşıb əbədi həyata qovuşdu. Həmçinin, həyatın pisliyindən azad oldu. O Allah qarşısında öz məs`uliyyətini layiqincə yerinə yetirdi, Allaha günah etməkdən çəkindi. O getdi lakin camaatı bir neçə yol ayrıcında qoydu və onlar da onun olmaması üzündən sərgərdanlıq bataqlığında batdılar...