ƏHLİ SÜNNƏ QAYNAQLARINDA ✅ Səhabələr Hz. Hüseynin (Allah ondan razı olsun) İraqa getməsinə qarşı çıxaraq qayıtmasını istəyirlər?!


➖ Səhabələrdən və qeyri-səhabələrdən olan bir çoxları Hüseyni (Allah ondan razı olsun) İraqa getməkdən çəkindirirdilər. Onlardan Abdullah ibn Ömər ibn Xəttabı (Allah ondan razı olsun), Abdullah ibn Abbası (Allah ondan razı olsun


Səhabələr də Peyğəmbər (s) və övliyaların ziyarətinə gedərdilər ?!


Əbu Əyyub əl-Ənsarinin Peyğəmbər (s) qəbrini ziyarəti (əl-Hakim və əz-Zəhəbi).   Hakim Nişaburi "Mustədrək əla əs-səhiheyn" kitabının cild 4, səhifə 560-da nəql edir


Ayişənin Cəməl döyüşündəki rəftarı Əhzab surəsinin 30-cu ayəsində qeyd olunmuş açıq-aydın günahın nümunəsidirmi?


Əhzab surəsinin 30-cu ayəsində oxuyuruq: "Siz ey Peəmbərin zövcələ


Salman Farsi var-dövlət əvəzinə Allah-Taaladan (c.c) hansı üç neməti istədi?!


Salman Farsı buyurur: \"Hər vaxt sizlərdən birinin padşaha işi düşsə, onun yaxın adamlarına, qohum-əqrəbasına müraciət edin ki, həmin işi yerinə yetirsin.”
Bu yerdə Həzrəti Salman buyurur: \"İlahi nizamda heç kəsin şərəfi, şərafəti Həzrəti Mühəmməd səlləllahu əleyhi və alihi və səlləm kimi deyildir. Ona və Onun Əhli-beytinə pənah aparın ki, sizin hacətlərinizi yerinə yetirsinlər. Münafiqlərdən bir neçəsi Salmana irad tutub dedilər ki, sən bu sözü düz deyirsənsə, Allahdan istə səni camaatın içərisində ən varlı şəxslərdən biri etsin. Salman buyurdu: \"Mən Allahdan üç şey istəmişəm. Birincisi budur ki, Allahın zikrini məşğul edən dil əta etsin. İkincisi, Allahın müqabilində xaze olan qəlb əta etsin. Üçüncüsü də budur ki, dünya müsibətlərinə və bədənimə yetən zəhmətlərdə səbrli olum. Mənim Allahdan istədiklərimi Allah mənə əta etdi. Və Allahın mənə əta etdiyi şeylər, dünyanın bütün mülkü və onun içində olanlardan yüz min dəfə əfzəldir...


İmam Əli (ə) Kumeyl ibn Ziyada hansı 40 nəsihəti etmişdir?!


İmam Əli (ə)-ın Kumeylə etdiyi tövsiyyələr
1-Hər gün Allahın adını çək və Ona təvəkkül et.
2-Bizi xatırla, adımızı dilinə gətir və bizə salam göndər.
3-İnsanların yerinə yetirdiyi elə bir əməl yoxdur ki, mən onu görməyim.
4-Bizdən qeyrisindən (və bizə əsaslanmayan) elm və hədis öyrənmə.
5-Hər bir işə və hərəkətə qarşı elmin və mərifətin olsun.
6-Yemək yeyəndə, Allahın adını çək ki, zərər çəkməyəsən.
7-İnsanlara yaxşılıq et, paxıllıq etmə, Allah-taala bu işə görə sənə çoxlu savab verər.
8-Yoldaşlarınla gülərüzlə rəftar et və xidmətçilərinin səhvlərini bağışla və onları ittihamlandırma...


Hz Pegəmbər (s) İbn Məsud və onunla gələn səhabələrə cəmiyyətdə hansı əxlaqa diqqət yetirməyi tapşırdı?! DÖRDÜNCÜ BÖLÜM


DÖRDÜNCÜ BÖLÜM:
31-Aldadıcı qanunlar çıxarma; çünki belə bir iş görən hər bir şəxs həm özünə, həm də başqalarına zərər yetirmiş olar. Dünyaya bel bağlama; çünki ondan tez bir zamanda ayrılacaqsan.
32-Aşkarda böyük və kiçik günah etməkdən çəkin, çünki harada olsan da, Allah-taala səni görür. Heç bir yerdə Allahı yaddan çıxarma və Ondan (Onunla müxalifət etməkdən) qorx!
33-Şeytanı özünə düşmən tut, haram mal yemə, haram paltar geyinmə və günah etmə.
34-Sənə tapşırılan mal-dövlətə və əmanətə xəyanət etmə. Ruzi əldə etmək üçün qüssələnmə, çünki Allah-taala yer üzündə yaşayan heç bir varlığı ruzisiz qoymaz...


Hz Peyğəmbərin (s) İbn Məsud və dörd səhabəsinə nəsihətləri nələr oldu? ÜÇÜNCÜ BÖLÜM


ÜÇÜNCÜ BÖLÜM:
21-Heç bir günahı kiçik sayma və böyük günahları tərk et. İnsan qiyamətdə günahlarına baxanda, gözündən yaş əvəzinə qan və çirk gələr.
22-Sənə \"Allahdan qorx!” – deyiləndə qəzəblənmə. Arzularını azalt, qəlbini yalnız Allaha bağla; çünki Allah, Onunla görüşü arzulayanları çox sevir və görüşü məkruh olan (bəyənilməyən) şəxslərin görüşünə getməyi bəyənmir.
23-Böyük saraylar, qəsrlər tikmək və bağ-bostan əldə etmək fikrində olma, çünki Allah-taala buyurur: \"(Ey qafil insanlar! Mal-dövlət, oğul-uşaq və qohum-əqrəba) çoxluğu ilə öyünmək sizi (Allaha ibadət etməkdən, axirət üçün çalışmaqdan) yayındırdı...


İbn Məsud dolanışın sıxıntılarından Hz Peyğəmbərə (s) şikayətlənərkən eşitdiyi mövizə nələr oldu?! İkinci bölüm:


İKİNCİ BÖLÜM:
11-Allah-taala onları Öz kitabında tərifləmiş və Nuh peyğəmbər barəsində buyurmuşdur: \"O, şükür edən bir bəndə idi.” İbrahim (ə) haqqında buyurulur: \"Allah İbrahimi Özünə dost seçdi.” Davud (ə) barəsində buyurmuşdur: \"Səni yer üzündə Öz xəlifəm qərar verdim.” Musa (ə) barəsində buyurmuşdur: \"Allah Musa ilə söhbət etdi.” Həmçinin buyurmuşdur: \"Mən onu insanlar arasından seçib, Özümə yaxın etdim.” Yəhya (ə) barəsində buyurmuşdur: \"Ona uşaqlıqda hökm (hikmət) verdik.” İsa (ə) haqqında buyurmuşdur: \"Ey İsa! Sənə və anana verdiyim neməti yada sal, o zaman ki, sənə Ruhul-qudusun vasitəsilə kömək etdim, beşikdə ikən insanlarla danışdın. Sən Mənim iznimlə palçıqdan bir quş surəti düzəldib, öz nəfəsini ona üfürürdün və o da quş olurdu.”
Allah-taala buyurur: \"Peyğəmbərlər yaxşılıqlara doğru tələsdilər. Onlar ürəklərində həm qorxu, həm də ümid olduqları halda Bizi çağırır və Bizim müqabilimizdə təvazökarlıqla itaət edirdilər...


Abdullah ibn Məsud Qıtlıq və aclıqdan Hz Peyğəmbərə (s) şikayət edərkən hansı nəsihətləri eşitdi?!


Abdullah ibn Məsud deyir: Günlərin birində səhabələrdən beş nəfərlə – şiddətli qıtlığa düçar olduğumuz halda, – həzrət Peyğəmbər (s)-in hüzuruna gedib, ərz etdik: \"Ya Rəsuləllah! Bu qıtlıq nə vaxta qədər davam edəcəkdir?” Həzrət buyurdu:
1-Diri olduğumuz vaxta qədər! Həmişə Allaha şükür etmək lazımdır; çünki mən səmavi kitabları oxumuşam, lakin orada səbir edənlərdən başqa bir kimsənin behiştə daxil olacağını görməmişəm.
2-Onlar Allaha itaət etmək və günahdan çəkinmək müqabilində səbir edir, halal mal qazanır, mötədilliklə xərc edir və öz xərclərinin çoxunu Allah yolunda sərf edirlər, nicat tapanlar və əməli saleh olan şəxslər, məhz onlardır!...


İmam Sadiq (ə) dünya məsələlərində narahat olmayın dedikdə hansı nöqtələrə işarə etdi?!


Nәyә lаzım? = Bir kişi İmаm Sаdiqdən (ә) оnu mоizә еtmәyini istәdikdә, Hәzrәt buyurdu:
- \"Әgәr Аllаh ruziyә zаmindirsә, bәs оnu әlә gәtirmәkdәn ötrü dәrd çәkmәk nәyә lаzım?
- Ruzi bölünübsә, hәrislik nәyә lаzım? qiyаmәtdә hеsаb-kitаb hаqdırsа, mаl tоplаmаq (hаrаm yоllа) nәyә lаzımdır?
- Аllаh еhsаnın әvәzini vеrirsә, hәsәd nә üçündür?
- Аllаhın vеrdiyi әzаb аtәşdirsә, niyә günаh еdәk?
- Әmәllәrin Аllаhа göstәrilmәsi düzdürsә, hiylә nәyә lаzımdır? Әgәr ölüm hаqdırsа, şаdlıq (günаhlа birlikdә) nәyә lаzımdır?
- Әgәr sirаt körpüsündәn kеçmәk hаqdırsа, хudpәsәndlik nәyә lаzımdır? Әgәr bir şеy tәyin оlunubsа, qәm nәyә lаzım?...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter