Hz Xızr Nəbi (ə) İmam Əliyə (ə) düşmənlərə qalib gəlməsi üçün cavanlıqda hansı zikri xatırlatdı?!
İmam Hüseyn (ə) buyurur: “Atam nəql edir: “Bədr döyüşünə bir gecə qalmış Xızr peyğəmbəri (ə) yuxuda gördüm və ona dedim: “Mənə elə şey öyrət ki, onunla düşmənə qalib gəlim”. O, mənə dedi: “De: یا هُوَ یا مَن لا هُوَ إلاّ هُوَ، ” - Ya Mən la huvə illə huvə!! - Ey O kəs ki yoxdur heç kəsən Ondan başqa...
O zaman ki, səhər açıldı, onu Peyğəmbərə (s) danışdım. Buyurdu: “Ey Əli! Allahın əzəmətli adı sənə öyrədilmişdir”.
Bədr günü bu cümlə davamlı olaraq dilimdə idi””. İmam Əli (ə) bu cümlələrdən sonra “Tövhid” surəsini oxuyurdu. Sonra yenə həmin cümləni deyir və buyururdu: “Məni bağışla və kafir dəstəyə qalib et!”. Nəql edilir ki, Siffeyn döyüşündə də bu duanı oxuyurdu. Əmmar ondan soruşur: “Ey Əmirəl-möminin! Bu işarə nədir?”...
İmam Rza (ə) iftar zamanı nə cürə dua etməyi tövsiyə edir?!
“İlahi! Sənin tövfiqinlə Sənə xatir oruc tutdum. Sənin əmrinlə, verdiyin ruzi ilə iftar etdim. Ona görə onu bizdən qəbul et və bizi bağışla”.
Nəql edilir ki, İmam Rza (ə) nə zaman Ramazan hilalını görərdi, üzü qibləyə əyləşir və əllərini səmaya qaldırardı. Allaha dua edərdi ki, ona oruc tutmaq tövfiqini, sağlam bədən və Allaha itaət etməyi nəsib etsin.
İmam Rzadan (ə) nəql edilir ki, buyurub: “Hər kim iftar zamanı desə: “Allahım! Sənin tövfiqinlə Sənə xatir oruc tutdum. Sənin əmrinlə verdiyin ruzi ilə iftar etdim. Ona görə onu bizdən qəbul et və bizi bağışla. Həqiqətən, Sən çox bağışlayan və mehribansan” - Allah da hər bir eyb və ya nöqsanına görə orucuna təsir edən günahları bağışlayar”...
Əhli-Beytə (ə) salam və salavat göndərməyin sirri nədir?
Elm məcslinin ədəb qaydalarından biri də budur ki, müəllimlər ona xitab edənlərə salam verərlər. Allah Təala bu ədəb qaydasını bizə Quranda öyrətmişdir.
“Bizim ayələrimizə iman gətirənlər sənin yanına gələndə onlara «salam olsun sizə! Rəbbiniz Özünə (bəndələrə qarşı) rəhmli olmaq qərarını vermişdir ki, sizdən kim nadanlıq üzündən pis bir iş görsə, ondan sonra tövbə edib (öz işini)düzəltməklə məşğul olsa, şübhəsiz, Allah çox bağışlayan və mehribandır» de”. (“Ənam” 54).
Həzrət Peyğəmbərin (s) məclisində olan insanlar iki dəstəyə bölünürdülər: onların bir dəstəsi salamı Peyğəmbərdən (s) və bir dəstəsi isə Allahdan alırdılar. Allahın salamı dedikdə, əlbəttə ki, salamatlığın əta olması nəzərdə tutulur. Belə deyildir ki, Allah söz şəklində kiməsə salam versin.
Salamatlığın ən mühüm növü isə qəlb salamatlığıdır. Əgər qəlb Allahdan qeyrisindən boş olarsa, belə qəlb sağlam qəlbdir. O zaman ki, qəlb sağlam olar, o zaman bu qəlbə İlahi elm və maarif axmağa başlayar. Ona görə də Allah Təala əvvəl insana qəlb verər və sonra tutum...
Həzrəti Peyğəmbər (s) İmam Hüseynə (ə) olan məhəbbəti haqda nə buyurmuşdu?!
Həzrət Peyğəmbər (s) İmam Hüseynə (ə) həmişə xüsusi diqqət göstərərdi. Çünki Peyğəmbərin (s) öz əziz nəvələri ilə xüsusi rabitəsi var idi. Nə zaman bu azyaşlı balaları müşahidə etsə idi, onları qucağına alar və çoxlu öpərdi.
Bu haqda çox sayda hədis bəyan edilmişdir. İbni Quluyə nəql edir: “İmam Baqir (ə) bəyan etmişdir: “Nə zaman Seyyidi-şühəda (ə) Peyğəmbərin (s) yanına gələrdi, Həzrət qucağını böyük açardı””.
Mühüm nöqtə budur ki, Həzrət (s) harada olursa-olsun, istər qızının evində, istər məsciddə, ya öz evində - nəvəsini görən kimi onu qucağına alar və sevinərdi.
Nəql edilir ki, Həzrət (s) onu qucağına ala bilməyəndə, İmam Əliyə (ə) buyurardı ki, onu gətirib onun qucağına versin...
Əhli-sünnə mənbələrində İmam Hüseynin (ə) fəzilətləri barədə 20 qaynaq...
1. Əbu Səid əl-Xudri nəql edir: \"Allahın Rəsulu (s) belə buyurub: \"Həsən və Hüseyn (ə) cənnət cavanlarının seyyidləridir (ağalarıdır)””. Tirmizi deyib: \"Bu hədis – həsən səhihdir\".(Mənbə: \"Sünən Tirmizi\", 5/656, hədis 3768)
2. Üsəmə ibn Zeyd nəql edir: \"Həzrət Peyğəmbər (s) buyurub: \"Həsən və Hüseyn (ə) mənim oğullarım və qızımın oğullarıdır. İlahi, mən onları sevirəm, sən də onları sev və onları sevənləri də sev\"”. Tirmizi deyib: \"Bu hədis – həsəndir (mötəbərdir)”. (Mənbə: \"Sünən Tirmizi\", 5/656, hədis 3769)
3. Yalə ibn Murra nəql edir: \"Allahın Rəsulu (s) belə buyurub: \"Hüseyn (ə) məndən və mən də Hüseyndənəm. Allah Hüseyni (ə) sevəni sevsin\"”. Tirmizi deyib: \"Bu hədis – həsəndir (mötəbərdir)”. (Mənbə: \"Sünən Tirmizi\", 5/658, hədis 3775)...
Allahın Rəsulu (s) gecə qıldığı vitr namazında neçə dəfə istiğfar edərdi?
Təqva əhlinin hansı xüsusiyyətləri var? Ümumi nəzərə görə, təqvalı insanların xüsusiyyətləri bunlardır:
- Çətinlik qarşısında səbir edərlər. - Rəftar və danışıqlarında sadiqdirlər. - Allahın onlara verdiyi ruzidən infaq edərlər. - Vacibatları yerinə yetirən zaman mütidirlər və təkəbbürdən uzaqdırlar. - Gecəni oyaq qalar və ibadətlə, bağışlanma istəməklə məşğul olarlar.
İmam Sadiq (ə) buyurur: “Səhər çağı istiğfar dedikdə, məqsəd – o vaxt qılınan namazdır”. Əbu Bəsir, İmam Sadiqdən (ə) “səhərlər bağışlanma diləyənlərdirlər” (“Ali-İmran” 17) barəsində soruşur. Həzrət İmam Sadiq (ə) buyurur: “Allahın Rəsulu (s) vitr namazında 70 dəfə istiğfar edərdi”...
Hz Peyğəmbərə (s) Allah-Taala (c.c) tərəfindən hansı beş hədiyyə verillmişdir?!
İlahi hədiyyədir. Həzrət Peyğəmbər (s) buyurur: “Beş şey mənə əta edilmişdir ki, məndən əvvəlki peyğəmbərlərin heç birinə verilməmişdir:
1. Mən bütün aləmlər üçün göndərilmişəm.
2.Torpaq mənim üçün pak və səcdəgah qərar verilmişdir.
3. Qorxu ilə yardım edilmişəm (düşmənlərin qəlbinə qorxu salınaraq).
4. (Döyüş) qəniməti mənim üçün halal hesab olunmuşdur. Halbuki, məndən əvvəl heç kəsə halal deyildi.
5. Mənə Allah tərəfindən bütün sözlər hərtərəfli verilmişdir”.
Hz Peyğəmbərin (s) zöhd və ibadətini nə həddə tanımaq mümkündür?! Tarixi hadisələr
Cəfər ibn Əhməd Qumi \"Zuhdun-Nəbi\" kitabında rəvayət edir ki, Allahın Rəsulu (s) namaza duranda Allahın qorxusundan rəngi qaçardı, ondan sızıltılı səs eşidilərdi. Həmçinin namaz qılanda yer üzərinə sərilmiş paltar kimi olardı. Əllamə Məclisi özünün \"Biharul-ənvar\" kitabında Aişədən belə nəql edir: \"Allahın Rəsulu (s) bizlə söhbət edər, biz də onunla danışardıq, amma namaz vaxtı gələndə elə bir halda olardı ki, sanki nə o bizi tanıyır və nə də biz onu tanıyırıq.\" Əbu Bəsir İmam Məhəmməd Baqir (ə)-dan rəvayət edir ki: \"Allahın Rəsulu (s) bir gecə Aişənin yanında idi. Aişə dedi: Nə üçün ibadət etməyə görə özünə bu qədər əziyyət verirsən, bir halda ki, Allah Taala sənin keçmiş və gələcək günahlarını bağışlamışdır? Həzrət buyurdu: Mən şükr edən və minnətdar bəndə olmayımmı?\"
\"Üsuli-kafi\" kitabında İmam Cəfər Sadiq (ə)-dan rəvayət olunmuşdur ki, Allahın Rəsulu (s) buyurmuşdur: \"İnsanların ən üstünü o kəslərdir ki, ibadətə aşiq olmuş, onu qucaqlamış, qəlbi və canı ilə sevmiş, cismi və bədən əzaları ilə onu yerinə yetirmiş, ibadət üçün hər şeydən əlini çəkmişlər. Belə bir halda bu insan üçün dünyada çətinliklə yaxud asanlıqla yaşamağın heç bir fərqi yoxdur...\"
İmam Əli (ə) özünü Zülqərneynlə hansı məsələ oxşar olaraq tanıtdırır?!
Əmirəl-möminin (ə) minbərdə olan zaman İbni Kəvva qarşısında dayanır və Həzrətdən (ə) soruşur: “Mənə Zülqərneyndən xəbər verin ki, peyğəmbər idi, yoxsa sultan?”.
Həzrət (ə) buyurur: “Zülqərneyn nə peyğəmbər idi və nə də sultan. O, elə bir bəndə idi ki, Allah Təalanı sevirdi və Allah da onu sevirdi. Allah üçün xeyirxahlıq edərdi və Allah da ona xeyirxahlıq edərdi. Ona Zülqərneyn deyilməyinin sirri budur ki, o, öz qövmünü Allah Təalaya tərəf dəvət edir. Ancaq onlar başına vurub, onu yarırlar. Ona görə də bir müddət onlardan qaib olur. Sonra yenə yanlarına gəlir və onları yenə dəvət edir. Onlar bu dəfə başının o biri tərəfinə vururlar və onu şikəst edirlər.
Həzrət (ə) sonda buyurur: Sizin də aranızda onun kimisi vardır”...
Əmirəl-möminin (ə) niyə öz fəzilət və üstünlüklərini bəyan etməyə məcbur oldu?
Əmirəl-möminin (ə) xüsusi fəzilətlərindən biri də budur ki, Həzrət Xatəmül-ənbiyadan (s) başqa, qalan İlahi peyğəmbərlərdən (ə) üstünlüyə malikdir. Həzrət Peyğəmbər (s) Əmirəl-mömininə (ə) buyurur: “Allah, Öz peyğəmbərlərini (ə) yaxın mələklərindən üstün etmişdir. Məni bütün peyğəmbərlərdən (ə) üstün etmişdir.
Ey Əli! Üstünlük məndən sonra səndə və səndən sonrakı İmamlardadır (ə)”. Nəql edilir ki, bir gün Səsəhə ibni Suhan İmam Əliyə (ə) onun digər peyğəmbərlərdən (ə) üstünlükləri ilə bağlı sual ünvanlayır. Həzrət (ə) cavabında buyurur: “İnsanın özünü tərifləməsi yaxşı iş deyildir. Ancaq Allah buyurmuşdur: Sənə verilən nemətləri bəyan et””. Sonra Həzrət Əli (ə) öz fəzilət və üstünlüklərini bəyan etdi. Məlum oldu ki, Həzrət Adəmə (ə) behiştdə buğda yemək yasaqlanmışdı, ancaq ondan yedi. Ancaq Həzrət Əliyə (ə) buğda yemək qadağan olunmamışdı, amma buna baxmayaraq, o Həzrət (ə) heç bir zaman buğda çörəyi yeməmiş, arpa çörəyi ilə kifayətlənmişdi...