Orucun mənəvi təsirini qazanmaq üçün hansı 3 cəhətə diqqət etmək lazımdır?!
Həzrət Peyğəmbər (s) buyurur: “Nə qədər oruc tutan vardır ki, oruclarından aclıq və susuzluqdan başqa bəhrə olmaz”. Allah bəyənən orucun 3 xüsusiyyəti:
1. Çox yeməyi tərk etmək. -Çox yemək tibbi cəhətdən bədənə ziyanlı olduğu kimi, ruhi cəhətdən də mənfi təsirlər qoyar. Allah yanında dolu mədədən daha xoşagəlməz heç nə yoxdur.
2. Allah qorxusuna malik olmaq. Oruc tutan insan orucunun qəbul olub-olmayacağına görə qorxmalı və ümid bəsləməlidir. Çünki əməlinin qəbul olacağından agah deyildir.
3. Ürəyini Allahdan qeyrisindən təmizləmək. Əgər oruc tutanın ürəyi dünya işləri ilə məşğludursa və fikirləri ancaq dünya ilə bağlıdırsa, orucunun mənəvi fəzilətini azaltmış olar. Çünki ürəyi Allahdan qeyrisi ilə məşğul olar. Lakin əgər bəndənin bütün diqqəti Allahda olarsa və gün ərzində ancaq Allahın razılığını qazanmaq üçün səy edərsə, bu cür orucun fəziləti və məqamını sözlərlə bəyan etmək mümkün deyildir...
Hədislərə əsasən tövbənin qəbul olunmasının 6 şərti hansılardır?!
Tövbənin qəbul olmasının bir çox şərtləri vardır. O cümlədən ən əsasları bunlardır:
1. İnsan günahı cahillik, nadanlıq üzündən yerinə yetirərsə, tövbəsi var. Əgər üsyan üzündən olarsa – tam ayrı vəziyyətdir. Belə ki, əgər İlahi hökmlərə düşmənçilik üzündən edərsə, bu əməl küfr hesab olunar. Belə bir əməlin tövbəsi o zaman qəbul olar ki, həmin küfr halından geri dönsün və peşman olsun. Üsyan etməsin və inadını əldən versin.
2. İnsan əgər günah edən kimi tövbə edərsə, yəni çox zaman keçməmiş peşman olub tövbə edərsə, Allah tövbəsini qəbul edər. Çünki bu günahın çirki hələ ruhuna hopmamışdır.
3. İmam Əli (ə) buyurur: “İsitğfarın dərəcə və məqamı vardır və 6 mənaya malikdir: 1). Keçmişinə görə peşman olmaq. 2). Günaha qayıtmamağa görə qərara gəlmək....
Hədislər dünyada rahat yaşamaq üçün hansı 5 məsələyə diqqət etməyə dəvət edir?!
Bu dünya fanidir və bir gün gələcəkdir ki, əbədi dünyaya köç edəcəyik. Ona görə də bu həqiqəti qəbul etməli və necə daha rahat yaşaya biləcəyimizin yollarını axtarmalıyıq. Həyatda rahat yaşamaq üçün yaxşı olar ki:
1. Özümüzü bir qonaq hesab edək ki, bir gün öz evimizə qayıdacağıq. Həzrət Peyğəmbər (s) buyurur: “Həqiqətən insanlar dünyada qonaqdırlar. O şey ki, əllərindədir – əmanətdir. Həqiqətən də qonaq – köçəndir. Əmanət geri qaytarılar”.
2. Özünüzü qərib və yoldan keçən hesab edin. İnsanın arzusu budur ki, daimi olan məkanını abadlaşdırsın və gözəlləşdirsin. Ancaq əgər yaşadığı yer müvəqqətidirsə, onun üçün bəzi narahatçılıqlar heç də çox mühüm olmaz. Çünki müsafir çətinliklərə səbir etməyi bacarır.
Həzrət Peyğəmbər (s) buyurur: “Dünyada elə ol ki, sanki qəribsən və yoldan keçənsən. Özünü qəbir əhlinin zümrəsindən qərar ver!”....
Ramazan ayında Allah-Taala (c.c) oruc tutanlar üçün nələri verər?!
Həzrəti Peyğəmbərdən (s) nəql olunan hədislərdə buyurulur:
Ramazan ayında mənim ümmətim üçün beş üstünlük verildi ki, keçmiş ümmətlərdən heç kəsə verilməmişdir:
1-Allah-Taala (c.c) ramazan ayının birinci gecəsində kimə rəhmətlə baxarsa, heç vaxt onu əzab etməz!
2-Allah-Taala (c.c) dərgahında oruc tutanın ağızının iyisi bütün iyilərdən daha bəyəniləndir!
3-Allah-Taala (c.c) bu ayda oruc tutanlar üçün mələklər qərar verər ki, gecə-gündüz onlar üçün bağışlanma diləsinlər!
4-Allah-Taala (c.c) behiştə əmr edər ki, özünü oruc tutanlar üçün hazırlasın ki, onlar çətin olan dünyadan ayrılaraq ona tərəf gələcəklər!...
“Axtardım...” - İmam Sadiqin (ə) kəlamında ən üstünlər
İmam Cəfər Sadiq (ə) buyurur: “Behişti axtardım və onu bağışlamaqda və alicənablıqda tapdım”.
İmam Sadiq (ə) yenə buyurur: “Sağlığı axtardım və onu (müsbət) inzivada gördüm”.
İmam (ə) buyurur: “Əməl tərəzisinin ağırlığını axtardım, onu Allahın yeganəliyinə və Peyğəmbərin (s) risalətinə şahidlik verməkdə tapdım”.
“Behiştə sürətlə girməyi axtardım, onu Allah Təalaya görə xalis işdə tapdım”.
“Ölümü sevməyin yolunu axtardım, onu Allahı razı salmaq üçün qabaqcadan göndərilmiş sərvətdə (infaqda) tapdım”.
Əhli-Beytən (ə) nəql olunan hədislərə əsasən qeybətin kəffarəsi nədir?!
Həzrət Peyğəmbər (s) buyurur: “Qeybətin kəffarəsi budur ki, qeybət etdiyin şəxs üçün bağışlanma istəyəsən”.
Yenə də Həzrət Peyğəmbərdən (s) soruşurlar ki, qeybətin kəffarəsi nədir? Həzrət (s) buyurur: “Qeybət etdiyin kəsi nə zaman yada salsan, Allahdan bağışlanma istəyəsən”.
Möminin abrını qorumağın mükafatı. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim möminin abrını qoruyar, şübhəsiz ki, behişt ona vacib olar”....
Həzrət Peyğəmbərdən (s) və İmam Əlidən (ə) 14 tərbiyəvi hədis
Həzrət Peyğəmbər (s) buyurur: “Camaat təvazö sahiblərindən başqa hər bir nemət sahibinə həsəd aparar. Özünü aşağı tutmaq peyğəmbərlərin xüsusiyyətlərindəndir. Təkəbbür isə kafirlər və firon xasiyyətli adamların xüsusiyyətlərindəndir”. Həzrət Əli (ə) buyurur: “Qəlb nə ilə dolsa, dodaqlardan da o tökülər”.
İmam Əli (ə): «İnsanın ruhu (iradəsi) güclənəndə ağıl və düşüncəyə, zəifləyəndə isə bəxtə arxalanır».
Həzrət Əli (ə) buyurur: “Söz dərman kimidir, azı faydalı, çoxu isə zərərlidir”. Rəsuli-Əkrəm (s) buyurur: “Heç nə həbs olunmağa dil qədər layiq deyil”.
Allahın Peyğəmbəri (s): «Bəndə özü üçün sevdiyi şeyi qardaşı üçün də sevməyincə, zarafat və ciddiliyində Allahdan qorxmayınca imanın kamilliyinə çatmaz»...
İmam Əlinin (ə) hədislərinə əsasən insan həyatına aid 22 məsələnin bəlaları nələrdir?!
Bəla nədir? Hər bir insan həyatında çoxlu sayda bəlalara, imtahanlara rast gəlir. Amma Müqəddəs dinimiz bu bəlaların insanın kamilliyinə xidmət etməli olduğunu çatdırır. Amma eyni zamanda bəla – hər bir anlayışda, halda gizlənə bilən təhlükə mənasındadır. Aşağıdaki hədisləri oxuyaraq, bəlanın nə olduğunu başa düşməyə çalışdım. Uca Allahdan bizlərə bəlaları anlamağı və onlardan düzgün nəticə çıxarmağı nəsib etməsini istəyirik.
İmam Əli (ə): “Xalq kütləsinin bəlası - pis əməlli alimdir”. İmam Əli (ə): “Qorxu - bəladır”. Allahın Peyğəmbəri (s): “Dinin bəlası - nəfsani istəklərdir”.
İmam Əli (ə): “Zənginliyin bəlası - xəstəlikdir”. İmam Əli (ə.): “Nəfsi istək a- ğılların bəlasıdır”...
Bütün gecə ibadətlərinin savabı, xəstəyə 1 gecə qulluq etməyin savabından kiçikdir?
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim bir gecə və gündüz xəstəyə qulluq edərsə Allah onu İbrahim Xəlil (ə) ilə məhşur edər və Sirat körpüsündən işıq sürəti ilə keçər”.
Xəstəyə bir gün baxmaq – insanı Siratdan keçirən əməllərdəndir. Hər kimin bu körpüdən sağ-salamat keçmək qorxusu vardırsa, onda bu əməl ilə özünü sığortalaşmış olar. Xəstəyə qulluq etmək asan bir iş deyildir, ancaq insan əgər bu işi boynuna götürürsə, onu gərək canla-başla yerinə yetirsin. Sadəcə axirət niyyətilə deyil, həm də xəstəni şad edib, sevindirmək niyyətilə yerinə yetirməlidir. Çalışmalıdır ki, onun könlünü alsın və dərdini kiçik də olsa, azaltsın.
Xəstəyə xidmət etmək o qədər əhəmiyyətli bir mövzudur ki, Əllamə Təbatəbai buyurmuşdur: “Mən, bütün gecə namazlarımın savabını bir gecə xəstəyə qulluq etməyin savabı ilə dəyişməyə hazıram”...
Şaban ayının xüsusi günlərinin əməlləri vardırmı?!
Bu ayın xüsusi günlərinin əməlləri:
1. Şəban ayının ilk gününün orucu çox fəzilətlidir və İmam Sadiqin (ə) buyurduğuna görə, insanı behiştlik edər.
2. Şəban ayının üçüncü günü barəsində oxuyuruq ki, İmam Həsən Əsgəri (ə) buyurur ki, İmam Hüseyn (ə) bu gündə dünyaya gəlmişdir, ona görə də həmin günü oruc tutmağın savabı böyükdür.
3. Bu ayın 13, 14, 15-ci günlərini oruc tutmaq. Çünki bu günlər “Əbyəz” günləridir. Rəcəb ayında olduğu kimi, Şəban ayının bu günlərində də oruc tutmaq böyük fəzilətə səbəb olar....