Niyə şərab içənin namazı 40 gün qəbul olmur? İmam Rzanı (ə) izahı


Hüseyn ibni Xalid nəql edir: “Həzrət Rzanın (ə) xidmətində ərz etdim: “Bizim üçün nəql edilibdir ki, Peyğəmbər (s) buyurmuşdur: “O kəs ki, şərab içər, namazı 40 gün qəbul olunmaz”. Bu hədis doğrudurmu?”. İmam (ə) buyurdu: “Hədisi nəql edənlər doğru nəql ediblər”. Ərz etdim: “Bəs niyə namazı 40 gün qəbul olmaz, nə az və nə də çox vaxtda deyil?”. Həzrət (ə) buyurdu: “Ona görə ki, Allah Təala insanın xilqətini bu cür təqdir etmişdir: nütfəni 40 gündən sonra icad edər və sonra onu sonrakı mərhələyə keçirər. 40 gündən sonra ələqəyə (qan laxtasına) çevirər və sonrakı mərhələyə keçirər. 40 gün sonra muzğəfəyə (ət parçasıdır ki, üzərində yaşıl damarları olar) çevirər və bu cür son mərhələsinə qədər...


Namazı əvvəl vaxtda qılana Peyğəmbərimizin (s) hansı 3 zəmanəti verir?


Namaz – dinin sütunudur və ibadətlərin şahıdır. Hər kim namazının vaxtına və şərtlərinə əməl edərək yaşayarsa, həm dünya və həm də axirət səadətinə çatar. Namazı əvvəl vaxtda qılmaq – ən çox bəyənilən əməllərdəndir. Məsumlarımız (ə) da bizləri davamlı olaraq bu işə dəvət edirlər.
Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, namazı əvvəl vaxtda qılmağa əhəmiyyət verər, üç şeyi onun üçün zəmanət edərəm:
1. Çətinlik və narahatlıqların aradan qalxması.
2. Ölən zaman rahat olmaq.
3. Cəhənnəmdən nicat tapmaq”...


Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?


Bu barədə İmam Sadiq (ə) buyurur: “Sileyi-rəhm (qohumları yoluxmaq, münasibət saxlamaq, hal-əhval saxlamaq) əxlaqı gözəl, əli bağışlayan, qəlbi və canı xoş edər. Ruzini artırar, əcəli və ölümü təxirə salar”. İmam, “bəzi qohumlarımın təfəkkürü başqadır. Mənim fikirlərimdən qeyrisinə malikdirlər. Onların mənim üzərimdə haqları vardırmı?” sualına isə belə cavab verir: “Bəli, qohumluq haqqını heç bir şey əvəzləyə bilməz. Əgər səninlə eyni əqidədə olsalar, sənin üzərində iki haqları olar: biri qohumluq haqqıdır, o birisi isə İslam və müsəlmanlıq”.
Bir nəfər Peyğəmbərin (s) hüzuruna gəlir və deyir: “Ya Rəsulallah! Mənim qohumlarım vardır ki, mən onlarla rabitə qururam, ancaq onlar mənə əziyyət verirlər. Qərara almışam ki, onlardan uzaqlaşam”. Həzrət (s) buyurur: “O zaman Allah da səni tərk edər. Səni məhrum edənə əta et, səninlə əlaqəsini kəsənlə rabitə qur, sənə zülm edənə güzəşt et. Nə zaman belə etsən, Allah sənin arxan olar”...


Səkkizinci İmam Əli ibn Musadan (ə) nəsihət dolu səkkiz hədis!


1.İmam Rza (ə) buyurmuşdur: \"Mömin üç xislətə sahib olmayınca mömin ola bilməz: 1. Rəbbinin bir adətinə sahib olsun; 2. Peyğəmbərinin (s) bir adətinə sahib olsun; 3. İmamının bir adətinə sahib olsun. Amma Rəbbinin adəti sirri qorumaq və faş etməmək, Peyğəmbərin adəti insanlarla gözəl və mülayim davranmaq, İmamın adəti isə yoxsulluq və çətinlik zamanı səbirli olmaqdır.”(\"Tuhəful-uqul”, səh.442.)
2.İmam Rza (ə) buyurmuşdur: \"Allah-Taalanın dərgahında vacib əməllərdən sonra möminin qəlbini sevindirməkdən dəyərli əməl yoxdur.”(\"Əl-fiqhul-mənsub iləl-İmamir-Riza (ə)”, səh.339.)
3.İmam Rza (ə buyurmuşdur:\"Yaxşılıq edən məxluqa təşəkkür etməyən böyük Allaha da şükür etməz.”(\"Mizаnul-hikmәt”, 5-ci cild, sәh.153.)...


“Bismillah”ı niyə demək lazımdır? İmam Əlinin (ə) hədisi


Abdullah ibni Yəhya, Əmirəl-möminin (ə) yanındakı kürsüdə əyləşir. “Bismillah” deməmiş sözünə başlayır. Bu zaman stuldan yerə yıxılır və başı yarılır. Qan axmağa başlayır.
İmam Əli (ə) buyurur: “Bilirsənmi ki, Peyğəmbər (s) mənə Allah Təala tərəfindən olan belə bir hədis demişdir: “O iş ki, Allahın adı orada zikr olunmaz – əbtərdir, yəni aqibəti xeyirli deyildir”. Abdullah deyir: “Ata və anam sənə fəda olsun, bir daha \"Bismillah\"ı tərk etməyəcəyəm”. Həzrət (ə) buyurur: “Bu zaman bəhrə apararsan”.
Abdullah deyir: “Ya Əmirəl-möminin! “Bismilləhir-Rahmənir-Rahim”in təfsiri nədir?”.Həzrət (ə) buyurur: “Bəndə Quran oxuyan zaman və ya hansısa iş görmək istəyən zaman bu adı deyərsə, yəni o deməkdir ki, bu adın bərəkətinə görə həmin işi yerinə yetirir....


İmam Sadiq (ə) buyurur: Üç neməti qazanmaq üçün üç əməli yerinə yetirmək lazımdır!!


Müaviyət ibn Vəhəb deyir: Bir gün İmam Sadiq (ə) mənə buyurdu: Ey Müaviyə! Hər kim üç əməli yerinə yetirə bilərsə, üç nemətdən məhrum qalmaz.
1-Hər kim dua etməyə müvəffəq olarsa, duanın qəbul olunmasından məhrum qalmaz. Çünki Allah-Taala (c.c) buyurur:
“Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”. –Ğafir-60
2-Hər kim şükür etmək bacarığını əldə edərsə, nemətin çox olmasından məhrum qalmaz. Çünki Allah-Taala (c.c) buyurur:
“O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”.- İbrahim surəsi ayə-7...


İmam Əlinin (ə) möminlərə nəql etdiyi son hədisdə nəyin müjdəsi verilir?


Əsbəğ ibni Nübatə nəql edir: İmam Həsən (ə) daxilə getdi və bir az keçməmiş bayıra çıxdı və mənə buyurdu: “Daxil ol!”.Mən daxil oldum və gördüm ki, Əmirəl-möminin (ə) başına sarı rəngli dəsmal bağlamışdır və üzünün sarılığı dəsmalın sarılığından daha çox idi.
Ağrının şiddətindən mübarək ayaqlarını bir-bir yuxarı qaldırırdı. Sonra mənə buyurdu: “Ey Əsbəğ! Mənim müraciətimi Həsəndən (ə) eşitmədinmi?”.
Dedim: “Bəli, ey Əmirəl-möminin! Ancaq sizi elə halda gördüm ki, sizə baxmaq istədim və sizdən hədis eşitmək istədim”.
Buyurdu: “Əyləş. Ey Əsbəğ! Bil ki, mən Allah Rəsulunun (s) ziyarətinə getmişdim və mənə buyurdu: “Ey Əbəl-Həsən! Get insanları topla və minbər başına çıx. Mənim yerimdən bir pillə aşağıda dayan və insanlara de: “Hər kim ata və anasını narazı edər – Allahın lənəti ona olsun. Hər kim öz sahibindən qaçar – Allahın lənəti ona olsun. Əgər kim tutduğu insanın əcrini verməz – Allahın lənəti ona olsun”. Mən həbibimin sözlərinə əməl etdim və məscidin axırında əyləşən bir kişi ayağa qalxdı və dedi: “Ey Əbəl-Həsən! Üç cümlə dedin və onları bizim üçün şərh et”. Mən heç nə demədim və Peyğəmbərin (s) yanına gedib, həmin kişinin sözlərini dedim...


Ramazan ayının yenə olmasını arzu edənlər nələrdən xəbərdardırlar?!


Həzrət Peyğəmbər (s) buyurur: “Əgər bəndələr bilsəydilər ki, Ramazan ayında hansı bərəkətlər vardır, arzu edərdilər ki, Ramazan ayı bir il olsun”.
Bəs bu bərəkətlər hansılardır?
1. Mömin üçün ilin başlanğıcıdır. İlin başlanğıcı dedikdə, yəni, mömin əməllərini məhz Ramazan ayında təzələməyə başlayar, tövbə edər, paklanar və istiğfar edər. Necə ki, bahar fəsli bitkilər və canlılar üçün yeni həyat deməkdir, Ramazan ayı da mömin üçün yeni mənəvi həyat deməkdir.
2. İlahi qonaqlıqdır. Ramazan ayı möminləri İlahi ziyafətə aparar və İlahi süfrədə əyləşdirər. Həzrət Peyğəmbər (s) buyurur: “Bu, elə aydır ki, onda İlahi qonaqlığa dəvət olunmusunuz. Allahın kəramət əhlindənsiniz. Sizin ondakı nəfəsləriniz – sitayiş, yatmağınız – ibadətdir. Əməlləriniz – qəbul olunan və dualarınız yerinə yetəndir”...


Allah Taala (c.c) dərgahında bəyənilən oruc hansı üç xüsusiyətə malik olmalıdır?!


Həzrət Peyğəmbər (s) buyurur: “Nə qədər oruc tutan vardır ki, oruclarından aclıq və susuzluqdan başqa bəhrə olmaz”. Allah bəyənin orucun 3 xüsusiyyəti:
1. Çox yeməyi tərk etmək.Çox yemək tibbi cəhətdən bədənə ziyanlı olduğu kimi, ruhi cəhətdən də mənfi təsirlər qoyar. Allah yanında dolu mədədən daha xoşagəlməz heç nə yoxdur.
2. Allah qorxusuna malik olmaq. Oruc tutan insan orucunun qəbul olub-olmayacağına görə qorxmalı və ümid bəsləməlidir. Çünki əməlinin qəbul olacağından agah deyildir.
3. Ürəyini Allahdan qeyrisindən təmizləmək. Əgər oruc tutanın ürəyi dünya işləri ilə məşğludursa və fikirləri ancaq dünya ilə bağlıdırsa, orucunun mənəvi fəzilətini azaltmış olar. Çünki ürəyi Allahdan qeyrisi ilə məşğul olar. Lakin əgər bəndənin bütün diqqəti Allahda olarsa və gün ərzində ancaq Allahın razılığını qazanmaq üçün səy edərsə, bu cür orucun fəziləti və məqamını sözlərlə bəyan etmək mümkün deyildir.


Məsumların hədisində orucu batil etməyən amma savabını azaldan beş əməl nələrdir?!


Bəzi amillər vardır ki, orucun dəyərini və məqamını aşağı salar və onu zəiflədər. Bu amilləri tanıyaq ki, onları aradan qaldıra bilək:
1. Nalayiq fikirlər. Zahiri oruc dedikdə, yemək və içməkdən müticəsinə çəkinmək nəzərdə tutulur. Ancaq nəfsin orucu dedikdə 5 hiss orqanını nalayiq işlərdən saxlamaq və qəlbi çirkin niyyətlərdən çəkindirməkdir. Oruc tutan insanın qəlbi, zahiri kimi oruc olmalıdır. Ürək də gərək çirkin və nalayiq fikirlərdən və niyyətlərdən uzaq olsun. Əmirəl-möminin (ə) buyurur: “Qəlbin orucu dil orucundan üstündür. Dil orucu də qarın orucundan üstündür”.
2. Napak tikə yemək. Oruc tutan insan gərək napak və şübhəli tikələrdən uzaq olsun. Əgər insan bu mövzuya diqqət etməzsə və şübhəli yeməklərlə iftar açarsa, orucun dəyərindən bəhrələnməz. Oruc tutan hər bir insan haramdan və napak şeylərdən uzaq olmalıdır. Həzrət Peyğəmbər (s) buyurur: “Vay olsun o kəsin halına ki, orucunu haram yeməklə iftar edər”...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter