Haram musiqiyə qulaq asmağın mənfi təsirləri haqda məsumlar nə buyurmuşlar?!


Ğina (haram musiqi), rəqs - haram əməllərdəndir ki, bəzi insanlar aldadıcı ruhi rahatlıq tapmaq üçün onlara üz tutur. Bu vasitə insanda aldadıcı müvəqqəti rahatlıq imitasiyası yaradar, ancaq ona həqiqi rahatlıq verə bilməz. Bu gün dünyanın çox yerində ğinanın və rəqsin minlərlə növündən istifadə edirlər. Bunlar rahatlıq verəndirsə, nədən dünyada iztirab və narahatlıqlar baş alıb gedir? Ğina nəinki bəşəri rahatlada bilmir, bəlkə insanı bir çox ruhi xəstəliklərə düçar edər.
Həzrət Peyğəmbər (s) buyurur: \"Ğina - zinanın müqəddiməsidir və ona səbəb olar”. İmam Sadiq (ə) buyurur: \"Ğina - nifaqa və ikiüzlülüyə səbəb olar, ardınca yoxsulluq gələr”. Həzrət (ə) başqa yerdə buyurur: \"O evdə ki, ğina oxunar, qəflət gələn bəladan amanda olmaz. Orada dualar qəbul olmaz, mələklər ora daxil olmaz”.


Hz Peyğəmbərin (s) hədisinə əsasən hansı 10 düşüncə duaların qəbul olunmamasına səbəb olur?!


Bir nəfər ALLAHın Rəsulundan (s) soruşdu ki, niyə bizim duamız qəbul olunmur. Bir halda ki, ALLAH-təala buyurub ki, mənə dua edin qəbul edim. ALLAHın Rəsulu (s) buyurdu: \" 10 şeyə görə dualarınız qəbul olunmur.”
1.ALLAH-təalaya inandız amma bəndəçilik vəzifənizi yerinə yetirmədiz.
2.Quranı oxuduz amma əməl etmədiz.
3.Peyğəmbərin (s) dostluq təklifini qəbul etdiz amma övladları ilə düşmənçilik etdiz.
4.Şeytanla düşmənçilik iddiası etdiz amma onun dediklərinə əməl etdiz.
5.Behişti sevdiyinizi dediniz amma bir əməl etmədiniz.
6.Cəhənnəmdən qorxduğunuzu dediniz amma öz bədənlərinizi ora atdınız...


Hz Peyğəmbərin (s) hədisinə əsasən günün hansı vaxtlarında yatmaq ziyanlıdır?!


Peyğəmbər (s.v.s) buyurdu: ”Əsrdən sonra kim yatarsa və ağlını əldən verərsə yalnız özünü danlasın”. Əsr vaxtında məqsəd odur ki, hər şeyin kölgəsi özündən iki bərabər ötüb keçə və bu vaxt əsr namazının ən fəzilətli vaxtıdır. Şam və xiftən namazının arasında yatmaq ruzinin kəsilməsinə səbəb olur.
Peyğəmbər (s.v.s)-dan rəvayət edilmişdir ki, gün ərzində yatmaq 5 qisimdir.
1. Əylulə yuxusu: Bu yuxu yuxarıda deyildiyi kimi, yəni sübh namazı ilə günəş çıxan zaman arasında olan fasilədə yatmaqdır. Bu yuxu məkruhdur.
2. Fəylulə yuxusu: Bu günəş çıxandan sonra günün əvvəlində yatmaqdır. Hədisdə deyilmişdir ki, bu yuxu insanın zəifliyinə səbəb olur.
3. Qəylulə yuxusu: Bu zöhr namazından qabaq yatmaqdır. Hədisdə bu yuxu bəyənilmiş və faydalı olduğu bildirilmişdir...


Hz Peyğəmbər (s) Cəbrail (ə)-dan soruşur Mələkələr nəyə gülür və aöalayırlar?!


Peyğəmbər (s) Cəbraildən soruşdu: \"Məlaikələr də gülüb-ağlayırlarmı?” Dedi: \"Bəli. Üç nəfərə təccüblənib gülürlər və üç nəfərə də mərhəmət və ürəyiyananlıq edib ağlayırlar. Güldükləri kəslərdən birincisi odur ki, bütün gün ərzində pis-pis danışır, axşam olanda da elə ki, işa namazını qılır, yenə boş-boş və lazımsız söhbətlərə başlayır bu zaman məlaikələr ona gülüb deyirlər: \"Ey bixəbər! Səhərdən axşama qədər doymadın, indi doyacaqsan?!”
İkincisi əlinə bel və külüng götürüb torpağını şumlamaqdan ötrü öz tarlasına gedən tamahkar kəndlidir. O, öz payını artırmaq məqsədilə qonşu tarla ilə öz tarlasını ayıran torpaq sahəsini də belləyib öz sahəsinə qatmaq istəyərkən məlaikələr ona gülüb deyərlər: \"Bu genişlikdə torpaqdan gözün doymadı, bu kiçik hissədən doyacaq?!” Üçüncüsü özünü naməhrəm kişilərdən örtməyən qadın barəsindədir. Elə ki, ölən zaman onu kəfənə büküb qaranlıq və gözlərdən gizlin olan yerə – qəbirə qoyarlar, məlaikələr gülüb deyərlər: \"Rəğbətə səbəb olduğu zaman onu gizlətmirdiniz, indi gizlədirsiniz?! Halbuki, indi ona yalnız nifrət və ikrah olunar...


\"Bismillah\" zikrini deməyin savabı haqda üç hədis...


Peyğəmbər (s)buyurub:\"Əgər Muəllim dərs deyəndə uşağa \"Bismillahir-rəhmanir-rəhim\" öyrətsə, uşaq bunu oxusa, Allah o uşağın ata-anasına və məllimə cəhənnəm odundan nicat verər\" Peyğəmbərdən (s) soruşdular ki, şeytanda insanla yemək yeyirmi? Buyurdu;
\"Bəli əgər \"Bismillah\"sız yemək yeməyə başlasa, şeytan da insanla yemək yeyər və Allah o süfrədən bərəkətini götürər.
hər kim yatanda \"bismillahir-rəhmanir-rəhim\" desə allah mələklərə əmr edər ki,onun nəfəslərinin sayı miqdarında sübhə qədər ona savab yazsınlar\"


İmam Baqirin (ə) hədisinə əsasən hansı üç əməl günahların kəffarəsi hesab olunar?!


İmam Baqir (s) buyurur: Üç şey günahların kəffarəsi olar:
1.Qışda şad halda dəstamaz almaq; 2.Gecə-Gündüz məscidə getmək; 3.Camaat Namazı. \"Namazda ətir vuranın hər rükətinin savabı min bərabər olur\"
Peyğəmbər (s) buyurub: \"Hər kəs hər bir namazdan sonra \"Ayətəl-kürsünü\" oxusa, onunla cənnət arasında ölümdən başqa heç nə fasilə salmaz, Əgər yatmazdan qabaq oxusa, Allah onu və qonşularını bəladan qoruyar.\"


Namazın həqiqəti nədir?! Hədislərə əsasən 26 cümlədə cavab


NAMAZ = Namaz: Peyğəmbərlərə öyrədilən ibadətlərin ilkidir.
Namaz: Qiyamət günü hesabı soruşulan vəzifələrin ilkidir.
Namaz: Quran-i Kərimdə ən çox zikr edilən əmrdir.
Namaz: İnsanı Allaha bağlayan və iman mənalarını ürəkdə canlandıran əsas nöqtədir.
Namaz: Cəhənnəmdən nicat bir vəsilədir.
Namaz: Cənnətin açarıdır.
Namaz: Yoxsulların həccidir...


İmam Rza (ə) cümə gününün əzəmət və təsiri haqda nə buyurmuşdu?!


İmam Rizadan (ə.) nəql olunur, Peyğəmbərimiz (s.a.a.s) belə buyurmuşdur: \"Cümə günü, günlərin ağasıdır. Allah, o gündə yaxşılıqların savabını qat-qat artıq verər. Pislikləri və günahları silər. O gündə dərəcələr yüksəldilir, dualar qəbul edilir, bəla və müsibətlər aradan qaldırılır, böyük ehtiyaclar ödənilir.
Allah, o günün hörmətinə bir çoxlarını cəhənnəm atəşindən uzaqlaşdırar. Kim o günün haqqını gözləyərək, o günə lazım olan hörməti göstərərək Allaha ixlasla dua edərsə, həmin şəxsi cəhənnəm atəşindən qurtarmaq Allahın üzərində bir haqdır...


Quran və hədislərə əsasən: Salam insanlar arasında dostluq üçün bir yoldur!


Əksər insanlar görüşdükləri vaxt bir-birlərinə məhəbbətlərini bildirir, bir-birlərinə dua edib sağlamlıq arzulayırlar. Bu münasibət bəzən sözdə, bəzən əməldə özünü göstərir. İnsan qarşı tərəfə öz dili, əli ilə və ya başqa bir şəkildə məhəbbətini bildirir. Dostluq əlaqəsini bildirmək üçün müsəlmanlar arasında daha çox müraciət olunan yollardan biri salamlaşmaqdır. \"Salamun ələykum” yəni Allah səni salamat etsin. Bu mübarək və pak bir salamdır. Qurani- kərimdə də salam məhəbbəti bildirmə vasitəsi kimi təqdim olunur. Saleh əməl sahibləri behiştdə bir-birlərini salamlayırlar.
Salam təkcə müsəlmanlara xas deyil. İslamdan öncəki qövmlər arasında da salamlaşma olmuşdur. Mələklər naməlum qiyafədə həzrət İbrahimin görüşünə gəldikləri vaxt onu salamladılar və həzrət İbrahim də onların salamını aldı. Bu mövzuda bir neçə hikmətli buyuruğu nəzərdən keçirək: Həzrət Peyğəmbər (s) buyurur: \"Sözə salamla başlayın, salamsız sözə başlayana cavab verməyin.” İmam Sadiq (ə) buyurur: \"Salam verməkdən çəkinən şəxs paxıldır...


Məsumların hədisinə əsasən Allah yanında fəqirin məqamı nə həddədir?!


Bir gün Әli (ә) kаsıblаr üçün bir аz хurmа göndәrmәk istәdi. Bir nәfәr Hәzrәtә dеdi: Yа Әli! Оnlаr sizdәn хurmа istәmәyib. Bununlа bеlә оnlаrа хurmа göndәrirsiniz? Buyurdu: Аllаh sәnin kimilәri möminlәrin аrаsındа çохаltmаsın. Mәn istәyirәm öz mаlımdаn еhsаn еdim. Sәn niyә pахıllıq еdirsәn?! Әgәr istәyәndәn sоnrа хurmа göndәrsәm, хәcаlәt çәkәrlәr. Оnа görә dә istәmәmişdәn qаbаq хurmа göndәrirәm.
İmаm Kаzim (ә) buyurub: “Аllаh-tәаlа buyurur: Әgәr kаsıblаr оlmаsаydı, vаrlılаr cәnnәtә gеtmәzdilәr.
İmаm Sәccаd (ә) bir dilәnçini görüb buyurur: “Аfәrin о kәsә ki, mәnim аzuqәmi cәnnәtә аpаrır...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter