“İmam Rzaya (ə) dedim ki, mənə elə bir dua öyrətsin...”?
-Hüseyn ibni Abdullah nəql edir: “Atam İmam Rzaya (ə) məktub yazır ki, mətni belə idi: “Qurban olum! Yaşım artmışdır və gücsüz olmuşam. Gördüyüm bir çox işlərdən qalmışam. İstəyirəm ki, mənə elə bir söz öyrədəsiniz ki, onunla Allaha yaxınlaşam. Elm və dərkimi də artırasınız.
-İmam (ə) cavabında yazır: “Sənə bir məktub göndərmişəm ki, onu oxu və zərrə-zərrə dərk et. Çünki onda əgər Allah şəfasına iradə edərsə, şəfa vardır və o kəsin ki, hidayətini Allah iradə edərsə, hidayət vardır. Ona görə də bu zikri çoxlu de: (“Bismilləhir-Rahmənir-Rahim, lə həvlə və lə quvvətə illə billəhil-aliyyil-azim”).
İsmayil ibni Səhl nəql edir: “İmam Rzaya (ə) dedim ki, mənə elə bir dua öyrətsin ki, nə zaman onu oxusam, dünya və axirətdə onunla birlikdə olum.
-İmam (ə) buyurur: “Qədr” surəsini çoxlu oxu və dodaqlarını istiğfar ilə təravətli saxla”. Hüseyn ibni Səyid nəql edir: “İmam Rzaya (ə) dedim ki, mənə bir dua öyrətsin. İmam (ə) buyurdu: Bu cür de: Ondan sonra Allahdan nə istəyirsənsə, dilinə gətir”...
İmam Əli (ə) kimi ən pis dost olaraq tanıtdırır?
Ən pis yoldaş kimdir sualına İmam Əlinin (ə) cavabı: Səhabələrdən biri İmam Əlidən ən şər və pis yoldaş barədə soruşur. İmam buyurur: “Ən şər yoldaş Allaha günah etməyi sənin üçün bəzəyəndir( Yəni onu yaxşı cilvələndirəndir)\"
Pis yoldaşlar isə istər ki dostları da onların etdiyi səhvləri etsin. Onlar paxıldırlar. Onlar dostların uğuruna sevinmir ki heç narahat da olurlar. Buna görə yoldaşlarını da çəkib getdiyi uçuruma doğru aparırlar.
Həzrət Zəhranın (ə.s) Allah-Taala (c.c) dərgahında olan 9 adının anlamları necədir?
Həzrət Zəhranın (ə.s) 9 adının mənaları: İmam Sadiq (ə)-dan nəql olunub ki, Allah yanında Fatimənin doqquz adı vardır: «Fatimə, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Raziyyə, Rəziyyə, Muhəddəsə, Zəhra.»
İmam Rza (ə)-dan nəql olunub ki, Allah-təala onu Fatimə adlandırdı. Bəli, ilahi insanların bütün şə’ni, hətta adları da ilahidir. Necə ki, həzrət Məhəmməd (s), həzrət Yəhya (s), həzrət Məsihin (s) adları Allah tərəfindən buyuruldu. Rəvayətlərdə həzrət Fatimə (ə) üçün başqa adlar da nəql olunmuşdur. O cümlədən Bətul, Hisan, Hürrə, Səyyidə, Üzra, Hura, Ünsiyyə, Məryəm, Kübra, Səmaviyyə, Ümmül Hüseyn, Ümmül Möhsin və s. ən gözəli isə, Fatimə «Ümmül-fəzail»dir.
Nə üçün Fatimə adlanıb? Bunun səbəbi müxtəlif cür izah edilib. İmam Sadiq (ə)-a görə, xalq onu tanımaqda aciz olduğu üçün Fatimə adlanıb. Əli (ə) həzrət Peyğəmbərdən nəql edir ki, Fatimənin belə adlanmasının səbəbi onun və övladlarının təkallahçı olması, mənə nazil olana iman gətirməsinə görə oddan amanda qalmasıdır...
Günümüzdə Peyğəmbərimizi (s) rahatsız edən beş əməl nələrdir?
Qum Elm hövzəsinin dəyərli alim və ustadlarından olan Doktor Nasir Məhəmmədi Rəfii cənabları:
-Dinin yalnız peyğəmbərin dönəminə aid olmadığını deyən ruhani əlavə edib: Məhəmməd peyğəmbər axır - zamanda baş verəcək bir sıra ictimai durumla bağlı öz nigarançılığını səhabə və ətrafındakılarına söyləyərdi. Bunlar günümüzdə də diqqət mərkəzində saxlanılmalı və ondan çəkinməliyik.
-Allahın Elçisi (s) buyurardı: Mən axır – zamanda 5 şeylə bağlı nigaranam: Din yüngül sayılar, hökm və sərəncamlar satılar, rüşvət alınar, qohum - əqrəba ilə əlaqələr kəsilər, Quranı qina ilə oxuyarlar, bir də layiq olmayan insanları qabağa çəkərlər.
İmam Zaman ağanın (ə.f) mübarək dilindən İmam Hüseynin (ə) 10 xüsusiyyəti hansılardır?
İmam Məhdi (ə.f) cəddi haqqında buyurur: “Sən, ey Hüseyn! Allahın Rəsulu (ə) üçün övlad, Quran üçün sənəd, ümmət üçün qol idin. Allaha itaətdə çalışqan, əhd və peymana qarşı hafiz idin. Fasiqlərin yolundan üz çevirmisən, ah çəkmisən, zəhmət və əziyyətə düşmüş insanın ahını. Sənin səcdə və rükuların uzun idi, dünyada zahid və təqvalı idin”. İmam (ə.f) bu dəyərli kəlamları ilə bizə İmam Hüseynin (ə) on xüsusiyyətini tanıtmışdır.
1. İmam Hüseyn (ə) Peyğəmbərin (s) övladı idi. 2. O, Quranın sənədi və dayağı idi. Qurani-Kərim, İmam Hüseynin (ə) müqəddəs varlığına söykənərək yayılmağa başladı. 3. İmam (ə) ümmətin sınmaz qolu idi. İslam ümməti onun varlığı ilə daha qüdrətli və güclü idi. 4. İmam (ə) itaət yolunda çox çalışqan və səy göstərən idi.
5. Həzrət (ə) verdiyi sözə və bağladığı əhdə həmişə vəfalı olmuşdur. 6. O, fasiqlərin yolundan üz çevirmişdi və heç bir zaman onlara tərəf meyl etməmişdir. 7. İmam (ə) dərdli halda ah çəkir və onun bu ahı – zəhmətə və əziyyətə düşən insanın naləsi idi. 8. İmamın (ə) səcdə və rükusu uzun olardı və uzun müddət səcdə və rükuda qalardı. Belə görünür ki, İmam Zaman ağamız (ə.f) bu sözləri ilə İmam Hüseynin (ə) Məbuduna qarşı nə qədər aşiq olduğunu bildirmək istəmişdir...
Tanınmış səhabə İbni-Abbasın ən çox bəhrələndiyi hədis hansı rəvayətdir?
İslaminSesi – İnsanlar həyatda sevinc və kədərlə qarşılaşırlar. Onların sevinc meyarı, kədər və narahatçılıq meyarı da şəxsiyyətlərinə görə dəyişir. İnsanları əksəriyyətinin sevinc amili dünya və dünya malıdır. Bunu əksi də doğrudur. Onların kədər amillərinin əksəriyyəti də dünya və dünya malına görədir.
Bəs Allaha inanclı olan şəxs hansı işlərə sevinməli və hansı işlərdə kədərlənməlidir. Nəhcül-Bəlağədə 221-ci xütbədə deyilir:
“İbni Abbas deyir: Əmirəl-möminin Əli ibni Əbi-Talib həmişə bunu deyərdi və mən peyğəmbərin kəlamlarından sonra bunun qədər heç bir hədisdən bəhrə ala bilməmişəm. O (İmam) deyərdi: Bəzən kişi elə bir şeyin əldə edilməsinə görə sevinir ki onsuzda onu əldə edəcəkdi və bəzən də elə bir şeyə görə narahat olur ki onsuzda onu əldə edə bilməyəcəkdi (yəni insanın dünya malına görə boş yerə canfəşanlıq etməsi əbəsdir). Ey ibni Abbas sənin sevincin axirət üçün nəyisə əldə etdiyinə görə olsun! Və təəssüfün də axirət yolunda nəyisə itirdiyinə görə olsun”
Bütün şəhidlərin qibtə etdiyi insan kimdir?
Abbasın Ulu Allah yanında elə bir məqamı vardır ki qiyamət günündə şəhidlərin hamısı onu görüb qibtə edərlər! İslaminSesi xəbər verir ki bu hədisi Şeyx Səduq əl-Əmali əsərində İmam Səccaddan (ə) nəql edibdir.
İmam buyurur ki həzrət Əbul-Fəzl Abbas Kərbəlada etdiyi şücaətlər və fədakarlığa görə Allah ona özünəməxsus dərəcə veribdir ki bu bütün şəhidlər üçün əlçatmazdır
On ikinci İmam həzrət Əbul-Fəzlə belə salam göndərir: “Salam olsun Əbəl-Fəzlə! Salam olsun Əmirəlmöminin oğlu Abbasa! Qardaşının dərdinə şərik olan böyük şəxs ki canını ona fəda etdi. O dünənki günündə sabahkı gününü təmin etdi. Qardaşına fəda olub onu qoruyan insan. Suyu çatdırmağa çalışdı, amma əlləri qələm oldu.”
İmam Sadiq buyurur: “Əmim Abbasın bəsirəti və möhkəm imanı var idi. Qardaşı Hüseynlə cihada getdi. İmtahandan çox yaxşı çıxdı. Dünyadan şəhid getdi.”...
İmam Baqirin (ə) onu sevənlərə xüsusi tövsiyəsi nə olmuşdur?
İslaminSesi – Quranla yanaşı Əhli-beytə itaət etmək dinin əsaslarından biridir. Əhlibeytin fəzilətlərini inkar edən münafiq hesab edilirsə, onları sevmək də cənnəti müjdələyən vədlərdən biridir. Əhli-beyti sevmək Quranda və hədislərdə o qədər tövsiyə edilib ki, bəziləri bunu səhv anlayaraq, vacib əməllər olmadan sırf Əhli-beyt məhəbbətinin qiyamətdə insanı xilas edəcəklərini düşünüblər.
İ. Baqir (ə) Xeysəmə adlı səhabəsi vasitəsi ilə ondan uzaqda olan şiələrə xüsusi tövsiyəsi və sifarişini bu şəkildə göndərib. “Bizim şiələrimizə çatdır ki, Allahın yanında olanlara yalnız əməllə nail olmaq olar. Onlara çatdır ki, qiyamətdə ən çox həsrət çəkən insan ədalət etməyi tövsiyə edib, öz işlərində isə onun əksinə əməl edən adamdır”
Ümumiyyətlə İmamlardan və peyğəmbərin özündən şiələrə edilən xüsusi tövsiyələr müxtəlif hədislərdə yer almışdır. Məhəmməd peyğəmbər (s) həqiqi şiələr haqda İ. Əliyə (ə) buyurdu: “Ey Əli Sənin şiələrin həm aşkarda həm də gizlində Allahdan qorxanlardır. Ey Əli sənin şiələrin mənəvi dərəcələr məsələsində bir-birini qabağlayanlardır. Onlar Allahla mülaqat edəndə (görüşəndə) onların hesab-kitabı qalmaz. Ey Əli sənin şiələrinin əməlləri hər cümə mənə göstərilir. Sən onların saleh əməlləri ilə sevin! Pis əməllərinə görə isə onlar üçün istiğfar et!”
Cənnətin yolunu tapmaq üçün Həzrət Peyğəmbərin (s) tövsiyə etdiyi əməllər nələrdir?
-Behişt yolunda hərəkət etmək üçün İslam Peyğəmbərinin (s) əmli tapşırıqları:
-Cәnnәtin yоluBir nәfәr Pеyğәmbәrdən (s) sоruşdu: Cәnnәtә nеcә dахil оlа bilәrәm? Buyurdu: Bеş vахtın nаmаzlаrını qıl, Rаmаzаndа оruc tut, cәnаbәt qüslünü unutmа vә Әli (ә) vә övlаdlаrını sеv. Mәni pеyğәmbәrliyә sеçәn Аllаhа аnd оlsun, min rәkәt nаmаz qılsаn, min dәfә hәccә gеtsәn, min dәfә mühаribәdә iştirаk еtsәn, min qul аzаd еdib, dörd sәmаvi kitаbı охusаn, bütün pеyğәmbәrlәrlә görüşüb оnlаrlа ibаdәt еtsәn vә hәr bir pеyğәmbәrlә min mühаribәyә gеdib, min hәcc vә ümrә еtsәn dә, әgәr qәlbindә Әli (ә) vә övlаdınа mәhәbbәtin оlmаsа, cәhәnnәmliklәrlә birlikdә cәhәnnәmә dахil оlаcаqsаn. Bu хәbәri burаdа оlаnlаr оlmаyаnlаrа çаtdırsınlаr. Çünki bu sözü Cәbrаil Аllаh tәrәfindәn gәtirmişdir.
İmam Rizanın (ə) ziyarətçisinə hansı müjdə verilmişdir?
İmam Rza (ə) buyurub:\"Hər kəs məni uzaq evimdə ziyarət edərsə, mən üç yerdə onun köməyinə çataraq onu (o) yerlərin çətinliklərindən xilas edərəm:
1. Xalqın əməl kitabları özlərinə verildikdə.
2. Sirat körpüsündən keçdikdə.
3. (Bəndələrin əməlləri) hesablanan halda.(Biharul-ənvar, cild 99, səh. 34)
-Yasir Xadimdən nəql olunub ki, İmam Rza (ə) buyurmuşdur:\"Agah ol və bil ki, mən məzlum halında zəhərlə öldürülüb qərib bir yerdə dəfn olunacağam. Beləliklə hər kəs məni ziyarət etmək üçün səfərə çıxarsa, duası qəbul olub, günahı bağışlanar.\"(Biharul-ənvar, cild 99, səh. 36)