İmam Əlinin (ə) hədisinə əsasən Rükuda boyunu aşağı salmağın sirri nədir?!


Bir nəfər Əmirəl-mömininə (ə) deyir: “Ey Allahın ən yaxşı məxluqunun əmisi oğlu! İlk təkbirdə iki əli yuxarı qaldırmağın mənası nədir?”.
Həzrət (ə) buyurur: “Mənası Allahu Əkbərdir. Və “Allahu Əkbər”in mənası odur ki, Allah vahiddir və təkdir ki, heç bir şey Onun kimi deyildir və heç bir şeylə müqayisə oluna bilməz. Hiss orqanları ilə dərk edilməz”. Həmin şəxs deyir: “Bəs rükuda boyunu aşağı əyməyin mənası nədir?”.
Həzrət (ə) buyurur: “Mənası budur ki, آمنت بوحدانیتک و لو ضربت عنقی Yəni, sənin vahidliyinə iman gətirdim, baxmayaraq ki, boynumu vursan belə”.



İmam Əli (ə)-ın hədisinə əsassən dünya və axirət xeyri hansı əməllərdən asılıdır?!


İmam Əli (ə) buyurmuşdur: Dörd şey vardır ki, hər kəsə onlar verilmişdirsə dünya və axirət xeyrinə sahib olmuşdur:
1-Düz danışmaq xasiyyəti,
2-Əmanəti sahibinə geti qaytarmaq,
3-Qarının iffəti (haram yeməklərdən çəkinmək)
4-Gözəl əxlaqla insanlarla rəftar etmək.
Mənbə: Qərərul-hikəm kitabı, cild-2, səh-151 hədis: 2142


Azanın fəlsəfəsi barədə İmam Rzanın (ə) mübarək açıqlaması


Azan namaz zamanı bir növ şüar rolunu oynayır. İmam Rzadan (ə) soruşurlar ki, azanın fəlsəfəsi nədir? İmam (ə) buyurur: “İnsanların azan deməyə vəzifələndirilməklərinin bir çox dəlilləri vardır. O cümlədən: Unudanın yadına salsın. Qafilləri ayıltsın. Vaxtla tanış olmayanı, peşəsi ilə məşğul olanı, namazın fikrindən xəbərsiz olanı xəbərdarlıq edər və vaxtı tanıdar. Azan deyən şəxs dediyi azan ilə bəndələri Allahın ibadətinə və pərətişinə çağırar. İbadəti yerinə yetirmək üçün təşviq edəndir. Cəlal və Əla Allahın vahid olmasını etiraf edər, imanı aşkara çıxardar, salamı zahir və əyan edər. kəslər ki, şəhadəti və namazı unudublar, azan deyən yadlarına salar. Azan deyəni ona görə muəzzin adlandırırlar ki, azan vasitəsilə insanlara elan edir ki, namaz qılsınlar. Ona görə də azan təkbir ilə başlayır və təhlil (“Lə iləhə illəllah”) ilə sona çatır ki, Allah Təala iradə buyurmuşdur ki, Onun adı ilə başlanılsın.


Dünyaya yenidən gəlsəydin, nəyi istəyərdin? – yaxşı cavabın mükafatı


Nəql edirlər ki, bir yoxsul insan İmam Kazımın (ə) yanına gəlir və deyir: “Mən yoxsul insanam və mənə yoxsulluqdan nicat ver. Əgər yüz dinarım olsa, ticarət edərək, özümü yoxsulluqdan qurtararam”.
İmam (ə) gülümsəyən mübarək simasıyla ona baxaraq, buyurur: “Mən sənə bir sual verəcəyəm. Əgər ona düzgün cavab versən, sənə istədiyinin on qatını verəcəyəm”.
İmam (ə) ona buyurur: “Əgər dünyada nəyisə arzu etməli olsan, nəyi arzu edərsən?”.
Yoxsul şəxs deyir: “Arzu edərəm ki, din qardaşlarımın haqqını əda etmək tövfiqinə nail olum, dini və din qardaşlarımı qorumaq üçün təqiyyəyə riayət edim”.


Həzrəti Əlidən (ə) tövsiyə: \" Sizi dünyadan çəkindirirəm, çünki...\"


Sizi dünyadan çəkindirirəm, çünki dünya sabit yer deyil. Ora su və bitki istəyəcəyiniz eniləsi yer deyil. Özünü aldadıcı şeylərlə bəzəmiş və öz bəzək-düzəyi ilə (camaatı) aldatmışdır. Allahının yanında xar və alçaq bir saraydır. Onun halalını haramla, yaxşısını pislə, həyatını ölümlə və şirinini acı ilə qarışdırdı. Allah-təala onu dostları üçün saf və sağlam yaratmamış və onu düşmənlərinə verməyə xəsislik etməmişdir. Xeyri və yaxşılığı az, şəri və pisliyi hazırdır. Başına toplaşanlar fani və məhv, abadlığı xarab olar, dövləti əldən çıxar. Uçuq-sökük bina kimi dağılacaq sarayda nə xeyir və yaxşılıq olar? Bəs o sarayda azuqəsi yeyilib qurtaran kimi başa çatan ömürdən necə? Bəs yolun keçilməsitək sonu yetişən müddətdən necə? Allahın sizə vacib qıldığını öz istəklərinizə çevirin. Sizdən istədiyini yerinə yetirmək üçün Ondan kömək və yardım istəyin. Ölümün dəvətini, sizləri çağırmamış öz qulaqlarınıza eşitdirin. Zahid insanlar bu dünyada (zahirdə) gülsələr də, ürəkləri (Allah xofundan) ağlayar, (nəzərlərdə) şad görünsələr də (ilahi əzabdan) kədər və hüznləri ağırdır.


İşin ən yaxşı başlanğıcı və sonu nədədir? İmam Huseynin (ə) izahı


Həzrət İmam Hüseynə (ə) sual verirlər ki, insanın fəzilət və kəraməti nədədir?
Həzrət (ə) buyurur: “Dili nəzarətdə və ixtiyarda saxlamaqda və səxavətə malik olmaqda”.
Sual verirlər ki, bəs insanın naqisliyi nədədir?
Buyurur: “Özünü faydalı olmayan şeyə məcbur etməkdə”.
Özünü lazımsız yerə əziyyətə salmamaq barədə Həzrət Mövladan (ə.f) da buyuruş var. Belə ki, İmam Zaman ağa (ə.f) buyurur:“Sizdən istənilməyən şeyləri öyrənməyə görə özünüzü əziyyətə salmayın”...


İslam dini 6 cümlədə - İmam Baqirin (ə) mübarək dilindən


Əbi Carud nəql edir: “İmam Baqirə (ə) dedim: “Məni sizin və nəslinizin o dinindən agah et ki, ona əsasən Allaha ibadət edirsiniz? Mən də ona əsasən Allaha dindarlıq edim”.
İmam (ə) buyurdu: “Kiçik cümlə ilə böyük sual verdin. Allaha and olsun ki, mən və atalarımın Allaha dindarlıq etdiyimiz dini sənə söyləyirəm:
1. Allahın yeganəliyinə və Peyğəmbərin (s) risalətinə şəhadət vermək.
2. Peyğəmbərin (s) Allah tərəfindən gətirdiklərinə etiraf etmək.
3. Bizim dostumuza məhəbbət göstərmək və düşmənimizə düşmənçilik etmək...


Su içəndə İmam Hüseyni (ə) yada salmağın savabı haqda hədislərdə nə buyurulmuşdur?!


Davud Rəqqi nəql edir: “Həzrət İmam Sadiqin (ə) xidmətində idim və Həzrət (ə) su istədi. Suyu içən zaman gördüm ki, İmamı (ə) ağlamaq tutdu. Mübarək gözlərinin ikisi də göz yaşına qərq oldu. Sonra mənə buyurdu: “Ey Davud! Allah Hüseynin (ə) qatilinə lənət etsin. Elə bir bəndə yoxdur ki, su içsin, Hüseyni (ə) yada salsın və qatilini lənətləsin, məgər o halda Mənnan Allah onun üçün yüz min həsənə yazar, yüz min günahını məhv edər və dərəcəsini yüz min dərəcə qaldırar. Sanki yüz min qul azad etmişdir. Allah Təala onu Qiyamət günü aram və əmin qəlblə məhşur edəcəkdir”.


Beş şeyin qədrini beş şeydən əvvəl bil hədisindən hansı mühüm işarələr vardır?!


Ey Əbazər! Beş şeyin qədrini beş şeydən əvvəl bil: 1. Cavanlığın qədrini qocalıqdan əvvəl 2. Sağlamlığını xəstəlikdən əvvəl. 3. Zənginliyi yoxsulluqdan əvvəl.
4. Boş vaxtını məşğuliyyətdən əvvəl. 5. Həyatını ölüm yetişməzdən əvvəl. Həzrət Peyğəmbər (s) bu nurani hədisdə cavanlara tövsiyələr vermişdir ki, onlara işarə edək:
1. Həzrətin (s) ilk tövsiyəsi budur ki, cavanlar Allahın onlara verdiyi iki nemətin – yəni salamatlığın və boş vaxtlarını necə keçirəcəklərinin qədrini bilməlidirlər.
2. İkinci tövsiyəsi budur ki, insan gəncliyinin qədrini bilməlidir. Qocalan zaman deməli deyildir ki, ey kaş, yenə gənc olaydım. Əgər qocalıqdan qabaq həyatını qura bilsə və hədəflərini həyata keçirə bilsə, qocalan zaman onun meyvəsini yeyəcəkdir.
3. Həzrət (s) buyurur ki, ey zəngin insanlar, bu nemətin qədrini bilin. Çünki sizi qarşıda yoxsulluq gözləyir. Əgər neməti hədər versəniz və Allah buyuran kimi xərcləməsəniz – sizi yoxsulluq gözləyir...


İmam Rza (ə): Mömini sevindirmək ibadətdir!


İnsan ictimai varlıq olduğundan, təbii ki, qarşılıqlı kömək və həmkarlığa möhtacdır və onsuz ictimai həyat mümkünsüzdür. İnsan həyatının bütün sahələrini ehtiva edən İslam dini uyğun mövzuya da xüsusi yer ayırmış, onu fitri ehtiyacla yanaşı, mənəvi ölçülərlə düyünləmişdir. Möminin qəlbini sevindirmək, qəm-qüssəsini aradan qaldırmaq başqalarına yardım məsələsində daha geniş və dolğun bir təbirdir. İmam Rza (ə) mömini sevindirmək haqda belə buyurur: “Allah-Taalanın dərgahında vacib əməllərdən sonra möminin qəlbini sevindirməkdən dəyərli əməl yoxdur.” (“Əl-fiqhul-mənsub iləl-İmamir-Riza (ə)”, səh.339.) Bu məsələnin əhatəsi uyğun zarafatdan tutmuş maddi və mənəvi yardımlar, maddi və mənəvi çətinliklərin aradan qaldırılmasına qədər genişdir. Necə ki, İmam Rza (ə) başqa bir hədisdə buyurur: “Hər kim bir möminin qəmini aradan qaldırsa, Allah-Taala qiyamət günü onun qəlbinin qəmini aradan qaldırar.” (“Əl-kafi”, 3-cü cild, səh.510.)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter