Allahın kölgəsində olmaq nə deməkdir?


Allahın kölgəsində olmaq nə deməkdir?Allahın lütfü olmadan hər hansı çətinlikdən qurtulmuş qeyri-mümkündür.
Sözsüz ki, «Allahın kölgəsi» ifadəsi məcazi məna daşıyır. İnsan çətinliklər, gözlənilməz üzücü hadisələr zamanı, yalnız Allaha sığınmalı və ondan yardım diləməlidir. Allahın lütfü olmadan hər hansı çətinlikdən qurtulmuş qeyri-mümkündür. Allah-təalanın lütfünə bu sayaq dərin bağlılıq, insanı əbədi səadətə çatdırır. Dünya həyatı boyu Allahın lütfündən faydalanan insan haqqında məcazi olaraq, «bu şəxs Allahın kölgəsidir», deyirlər...


Yerin yeddi qatı nə deməkdir?


Yerin yeddi qatı nə deməkdir?“Allah yeddi göyü və bir o qədər də yeri yaradandır”. Ona görə də yuxarıdakı ayədə adı çəkilən yeddi qatlı yer dedikdə, üç ehtimal irəli sürülür: 1. Yeddi qatlı yer dedikdə, yeddi səma planetləri nəzərdə tutulur ki, orada da bizim planetdə olduğu kimi torpaq vardır.
2. Məqsəd ancaq bizim yaşadığımız Yerdir ki, yeddi təbəqəyə malikdir. Onun ən sadə təbəqəsi bizim hal-hazırda yaşadığımız təbəqədir.
3. Yeddi qatlı yer dedikdə, yeddi qitə nəzərdə tutulur. Qədim coğrafiya alimləri Yer kürəsini yeddi qitəyə bölmüşdülər.
Hər bir halda əgər İmam Əlinin (ə) “Nəhcul-bəlağə”də xiqətin sirləri ilə bağlı bəyan etdikləri haqqında dərindən düşünsək, görərik ki, hər biri bir tövhid dərsidir və Məsumların (ə) elmi xalis elmdir. Hər kim tərəqqi etmək istəyir və kamala can atırsa, bu faydalı elmdən bəhrələnir və rübubuyyət ilə tanış olur.


Həzrət Peyğəmbərin (s) həmişəyaşar möcüzəsi nədir?


Həzrət Peyğəmbərin (s) həmişəyaşar möcüzəsi nədir?Həzrətin həmişəyaşar möcüzəsi Qurani kərimdir. Quran təkcə söz ustalığı cəhətindən deyil, həm də məna cəhətindən, ilahi əhkam və qanunlar baxımından da əbədi möcüzədir. Bəşər elmi nə qədər inkişaf etsə və təbiətin sirlərini kəşf etsə də, yenə də islamın əbədi rəmzi olan Quranın haqq olması daha da aydın olacaq. Quranda hər şeydən artıq Allaha pərəstiş, Allahın zatda və sifətdə vahid olması, Onun cəlal və cəmal sifətləri, yaranışın əzəməti, haram və halal, təbii elmlər, keçmişdəki ümmətlərin ibrətamiz hadisələri və ictimai qanunlar, hesab günündən (qiyamət) və böyük ilahi peyğəmbərlərin və keçmiş ümmətlərin başına gələnlərdən ibrət və s. bəyan olunur. “Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər.” (İsra/88.)


Niyə ümidsizlik küfrdür?


Niyə ümidsizlik küfrdür? Hz. Yusif (ə) dastanında oxuyuruq ki, Yəqub (ə) oğlanlarına deyir: «Ey mənim oğlanlarım, gedin Yusufu və qardaşını axtarın və Allahın qurtuluş və mərhəmətindən naümid olmayın ki, Allahın mərhəmətindən kafirlərdən başqa heç kim naümid olmaz». (“Yusif” 87). Bu ayə onu demək istəyir ki, ümidsizlik insanı elə quyuya salar ki, insan Allahın rəhmətindən məyus olar və Allahı inkar edər. Bu günah o qədər böyükdür ki, İmam Sadiq (ə) onu kəbirə günah adlandırır. Ümidsizliyin niyə küfr olması ilə bağlı deyə bilərik ki, ümidsiz insan belə düşünər ki, bu aləmdə elə bir kəs yoxdur ki, mənim çətinliklərimi həll etsin və işlərimin düyününü açsın. Bu inancı küfrə çevirən amil odur ki, Allahı və Onun qüdrətini inkar edər və Ona inanmaz. Vacib deyildir ki, dilinə gətirsin, bu fikri əgər qəlbindən keçirərsə, kifayətdir...


\"Ya Əli\" demək şirkdirmi? Ayətullah Sistanidən tutarlı cavab


\"Ya Əli\", - demək şirkdirmi? Əgər deyilsə, bu cür sualları necə cavablandıraq\" sualına Ayətullah Sistani belə cavab verib:
\"\"Ya Əli mədəd!\" deməyimiz, Əmirəlmöminin (ə) - nəyazu billah - Allah olduğuna və ya Allahın istəmədiyi bir işi edəcəyinə inandığımız mənasını vermir. Əksinə, biz İmam Əlinin (ə) dindar, Allahdan çəkinən təqva əhli, Allah yolunda cihad edən və bütün işlərini Allah rizası üçün edən biri kimi gördüyümüzdən onun Allahdan ehtiyaclarımızın yerinə yetirməsi üçün dua etməsini istəyirik. Bu şirk olmamaqla birlikdə tövhid və Allaha inancın da özüdür. Uca Allah bizə Peyğəmbəri Əkrəmə və Allah dostlarına təvəssül etməyimizi (vasitəçi qərar vermək) əmr etmişdir. \"Maidə\" surəsinin 35-ci ayəsində \"Ey iman gətirənlər, Allahdan qorxun, Ona tərəf vasitə axtarın\" buyurmuşdur. \"Nisa\" surəsinin 64-cü ayəsində, \"Biz hər bir peyğəmbəri, yalnız Allahın kömək və izni ilə itaət olunmaq üçün göndərmişdik...


Din nə üçündür və hansı bölümləri vardır?


Din nə üçündür və hansı bölümləri vardır? Din bəşəriyyətə səadət yolunu göstərmək üçün Allah tərəfindən peyğəmbərlər vasitəsi ilə göndərilmiş həyat proqramıdır. Xoşbəxt olmaq istəyən insan bu proqrama əməl etməlidir. Dini əqidə insanın qəlbində yerləşmiş gizli nəzarətçi kimidir. O, insanı çirkin işlərdən çəkindirir, gözəl sifətlərə vadar edir.
İslam təlimləri üç hissədən ibarətdir:
1. Etiqadlar (üsuli-din: tövhid, ədl, nübüvvət, İmamət, məad).
2. Əxlaq
3. Əməllər (fürui – din: namaz, oruc, xums, zəkat, həcc, cihad, əmr be məruf, nəhy əz münkər, təvəlla, təbərra)...


İmamət va yaxud canişinlik nədir?


İmamət va yaxud canişinlik nədir? Qeyd etmək lazımdır ki, İmamətin tə’rifi ilə bağlı fikir ayrılığı var. Bir zümrə müsəlmanın (şiə və Əhli-beyt (ə) məktəbi ardıcıllarının) nəzərincə, İmamət dinin əsası və etiqadın köklərindən olduğu halda, başqa bir zümrə (əhli-sünnə) onu fürui-din və əməli göstərişlərdən sayır.
Məlum olduğu kimi, hər iki qrup məsələyə eyni gözlə baxmadığından, təbii olaraq ona fərqli təriflər vermişlər. Məsələn: Əhli-sünnə alimlərindən biri İmamətə belə tə’rif verir: “İmamət İslam peyğəmbərinin (s) canişinliyi adı ilə din və dünya işlərinə ümumi rəyasət və rəhbərlikdir!” (“Şərhi-təcrid”, Quşçi, səh. 472)
Bu tərifə əsasən, İmamət hökumət rəhbərliyinə aid zahiri məqam və vəzifədir. Bu hökumət dinə əsaslanır və Peyğəmbərin (s) (hökumət işlərindəki) canişini adını daşıyır. Təbii ki, burada “İmam” xalq tərəfindən seçilməlidir.
Şeyx Müfid “Əvailul-məqalat” kitabının “ismət” bölümündə belə yazır: “Peyğəmbərin (s) canişini olan İmamlar hədd (Şəriətdə bəzi günah və pozğun işləri törədənlərin fiziki cəzalanmasına “hədd” deyilir.), hüquq və hökmlərin icrasında, şəriətin qorunması, eləcə də, insanların tərbiyəsində peyğəmbərlər kimi (günah və xətadan) mə’sumdurlar!” (“Müqəddimə”, İbn Xəldun, səh. 191.)


Allahdan nə üçün qorxmalıyıq?


Allahdan nə üçün qorxmalıyıq? \"Allahdan qorxmaq nə deməkdir? İnsan qorxduğu mövcudu sevə bilərmi? Qorxudan qılınan namazdan necə ləzzət almaq olar?
-Qeyd etdik ki, ayə və rəvayətlər Allah qorxusunu müsbət hal kimi tanıtdırırlar. Amma bu məsələyə şübhə ilə yanaşanlar da var. Bəziləri iddia edirlər ki, Allah mərhəmətlidir və Ondan qorxmağa dəyməz. Əslində isə Allahdan qorxan öz əməllərinə görə qorxmalıdır. Allah–təalanın varlıq aləmində hökm sürən qanunlarına görə günah cəza ilə nəticələnir. Qiyamət günü insan Allahın yox, öz günahlarının cəzasına çatır. Təsəvvür edin ki, bir şəxs öz bağına çəkdiyi dəmir hasara cərəyan buraxıb və xəbərdarlıq işarəsi qoyub. Əgər bir kəs xəbərdarlığa məhəl qoymayıb, hasara toxunaraq ölərsə bu hadisənin səbəbkarı bağ sahibi deyil.
-Bu qorxu insanda xüşu halı yaradır və onu müxtəlif günahlardan çəkindirir. Amma qəlbində Allah qorxusu olmayanlar min bir cinayətə əl ataraq, nəhayətdə cəhənnəm əzabına düçar olurlar. Demək, Allah qorxusu insan üçün çox faydalıdır və hər bir insan özündə bu halı yaratmağa çalışmalıdır\". (Ustad Misbah Yəzdi, \"Allaha doğru\" kitabından)


Cəfəri (Şiə) məzhəbi haqqında nə deyə bilərsiniz?


Cəfəri (Şiə) məzhəbi haqqında nə deyə bilərsiniz? 12 İmam şiələri altıncı İmamın (ə) adıyla bağlı və Peyğəmbərin (s) tərəfindən ilahi vəhyə əsasən ardıcıl olaraq təyin olunan 12 İmama tabe olanlar inanclarında, Qurana və Peyğəmbərin sünnəsinə əsaslanırlar. Cəfərilər Peyğəmbər (s) sünnəsini və Quran hökmlərini bəyan edən Peyğəmbər(s)-in və Əhli-Beytinin topladığı hədisləri daha üstün sayırlar. Cəfəri məzhəbi İslamın ilk çağlarında İslam elmini inkişaf etdirmişdir. Onların mühüm dini və elmi mərkəzləri vardır. Bunlardan ən əhəmiyyətlisi və ən qədimi Nəcəfül-Əşrəf elmi mərkəzidir. Bu mərkəz on əsr bundan əvvəl İraqın Nəcəf şəhərində böyük alimlərdən olan Şeyx Tusi adlı şəxs tərəfindən yaranmışdır. Hal-hazırda isə artıq yarım əsrə yaxındır ki, İranın Qum şəhərindəki dini və elmi mərkəz cəfərilərin elm mərkəzidir. Şiə aləmində Əhli-Beytin Peyğəmbər(s)-dən nəql etdiyi hədislər, xüsusilə də İmam Cəfəri Sadiq(ə)-ın hədisləri böyük üstünlük təşkil edir. Cəfəri məzhəbi Quranın axirətə qədər Allah tərəfindən qorunacağı və heç bir dəyişikliyə məruz qalmayacağı inancındadır və bunu dəlillərlə də sübut edir. Biz Cəfəri məzhəbi haqqında qısaca məlumat verdik. Bu məzhəblə maraqlanmaq istəyənlərə \'\'İslamda Cəfəri Məzhəbi və İmam Cəfəri Sadiqin buyruqları\'\' kitabını oxumağı məsləhət görürük, şiələrin tarixi ilə əlaqədar isə \'\' Tarixuş-şiə\'\' kitabına müraciət etmək məsləhətdir. \"14 sual 14 cavab kitabı, səh: 1-2\".


Yehova sahidlərinin əsas inancları nələrdən ibarətdir?


Yehova sahidlərinin əsas inancları nələrdən ibarətdir? Yehova sahidlərinin əsas inancları:
1. Yəhudilərin müqəddəs kitabı olan Tövratda adı çəkilən YAHOVAnın tanrı olduğuna, İSA peyğəmbərin də “Yahova ölkəsi”nin rəhbəri olduğuna inanırlar.
2. Zahirdə xristianların kitabı olan İNCİLə də inanmış görünürlər və onu maraqlarına uyğun olaraq şərh edib, anladırlar. 3. Axirətə - cənnətə inanmırlar, inanclarına görə cənnət dünyada və güman etdikləri məmləkətlərindədir. 4. İsa peyğəmbərin 1914-cü ildən Tanrının krallığını qurmağa başladığına inanır, 5. Ruha və sonsuzluğa inanmırlar. 6. Özlərinə məxsus ibadətləri vardır, buna “Kral Salonu” adı verirlər. 7. İnsan qardaşlığı sadəcə onlara məxsusdur, bu, digər insanlara aid deyildir. “Yahova şahidi”...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter