Hz Əli (ə) Cəməl müharibəsindən sonra Bəsrə xalqını hansı nəsihətlərlə möizə etdi?!


Təlhə, Zübeyr və s. Bəsrədə Əli (əleyhissalam)-ın əleyhinə Cəməl müharibəsinə başladıqda Bəsrə camaatı da kor-koranə ara qızışdıranların ardınca düşərək haqsızların tərəfində durdular. Döyüş bitdikdən sonra İmam Əli (əleyhissalam) şəhər əhalisini şiddətli tənqid atəşinə tutaraq onları üzləşəcəkləri böyük bəlalardan uzaq olmağa çağırırdı. Çünki Bəsrə camaatı öz fikirlərini şeytana ov etdilər və eləcə də öz qüdrət və imkanlarını dünya pərəst günahkarların ixtiyarında qoydular. Həzrət onlara buyurdu: \"Siz filan arvadın qoşunu, eləcə də heyvan (dəvə) dalınca düşənlər idiniz, sizin əxlaqınız pozğun, əhdinizsə tapdanmış yalan idi.
Allah əzabının göy və yerdən sizlərin üstünə enməsini sanki hiss edir və hamınızın məhv olmasını görürəm...


Hz Fatimeyhi Zəhranın (ə.s) haqqı olan Fədək bağı necə Peyğəmbərin (s) əli ilə fəth olundu?!


HİCRƏTİN 7-Cİ İLİNDƏ Xeybərin fəthindən sonra təqribən Peyğəmbərin (S) vəfatindan 4 il qabaq Cebrail nazil oldu.O fədəyin fəth olunmasıhökmünü Allah tərəfindən Peyğəmbərə (s) catdırdı.Bu hökümdə acıq aşkar əmr olunmuşdu ki,Fədəkin fəthi yalnız Peyğəmbər (s) və Əmirəl möminin (ə) vasitəsi ilə icra olunmalı,Müsəmanlar isə bu işdə iştirak etməməlidirlər.Peyğəmbər (S) və Əli (ə) lazim olan silahlarla silahlandılar.Öz atlarına minib gecənin zülmət qaranlığında qoşundan ayrıldılar.Xeybərdən hərəkət edib Fədək torpağına çatdılar.hər ikisi fədəyin torpağının kənarında dayandılar.
İki nəfərin bir qalanı fəth etməsi adi bir iş deyildi.Bu iş dəqiq plan və məharətlə icra olunmalı idi.Allah -təala həmişəki kimi Peyğəmbərin (s) işini öz qaydasında qələbəyə doğru aparırdı. Fədək xalqı Xeybərin böyük qalasının fəth olunmasını eşitdilər: Onlar vəhşət içində fədəyin qalasına sığınmış və qalanın qapılarını möhkəm bağlamışdılar.Gecədən sübhədək istirab içində qərq olmuşdular...


Həzrət Peyğəmbər və səhabələrin birinci döyüşü olan Bədr müharibəsində nələr baş vermişdir?!


Bədr döyüşündən qabaq müsəlmanlarla müxaliflər arasında kiçik qarşıdurmalar baş versə də, yalnız Bədr döyüşünü birinci mühüm savaş saymaq olar. Bu döyüşdə müşriklərdən çəkinən, onlarla qarşılaşmaq istəməyən müsəlmanlar sınağa çəkildilər.
Bu barədə Allah-təala Qur’anda buyurur: «Mö’minlərdən bir dəstəsinin xoşuna gəlmədiyi halda, Rəbbin səni müşriklərlə döyüş üçün evindən bayıra çıxardı».Bu döyüşdə müşriklərin minə yaxın döyüşçüsü yaxşı silahlanmış və təchiz olunmuş halda Əbu-Süfyanın başçılığı altında hərb meydanına girmişdilər. Hansı ki, müsəlmanlar yalnız üç yüz on üç nəfər idi. Onların çoxu silahsız idi.
Düşmən yeyin atlara süvar olduğu halda müsəlmanların cəmi yetmiş dəvəsi və bir neçə atı vardı. Bir sözlə, hicri ikinci ildə , ramazan ayının on yeddisində bu iki qrup Məkkə və Mədinə arasında yerləşən «Bədr» adlı quyunun kənarında üz-üzə gəldilər. Allah-təala mö’minlərə öz mələkləri ilə yardım göstərdi. Qur’anda oxuyuruq: «Həqiqətən, siz Bədrdə az və zəif olduğunuz halda Allah sizə yardım etdi»...


Cinayətkar Yezid İslam tarixində hansı cinayət və pis əməlləri ilə tanınır?!


...Tarixə əsasən, Yezidin heç bir şəxsiyyəti və dinə əlaqəsi yox idi. Eyş-işrətdən və şəhvətdən başqa iş tanımırdı. O, üç illik hökuməti dövründə misli görünməyən cinayətlər etdi. Birinci il həzrət Hüseyn ibn Əlini (ə), övladlarını, qohumlarını və dostlarını faciəli şəkildə öldürdü, qadınları, uşaqları və Peyğəmbərin (s) əhli beytini şəhidlərin kəsilmiş başları ilə birlikdə şəhərləri dolandırdı. Hökumətinin ikinci ilində, Mədinə camaatını qılıncdan keçirdi, mal və namuslarını üç gün qoşununun ixtiyarında qoydu. Üçüncü ildə Müqəddəs Kə’bə evini dağıdıb, ona od vurdu. Rəvayət olunub ki, Mədinə hadisəsindən min nəfər ərsiz qadından zinadan yaranmış övlad dünyaya gəldi və onları \"Hərrə övladları\" adlandırırdılar. Başqa bir xəbərdə gəlib ki, əməvi hücumçuları Mədinədə min nəfər bakirə qızla zina etdilər. Peyğəmbərin (s) mənbərində oturub, özünü onun canişini adlandıran, hər bir hökmü, İslam hökmü kimi qəbul edilən Yezidin cinayətləri bir həddə çatdı ki, hətta Peyğəmbər (s) məscidində də zina edildi.


Təbii müsibətlə dünyasını dəyişmiş cavanın anası təsəlli üçün xəbər gətirəndən nə istədi?!


Səhrada yaşayan \"ÜMMİ ƏQİL\"adlı bir xanım var idi.Bir dəfə iki nəfər onun qonağı olur.Qadının yeganə oğlu səhrada dəvələrlə birlikdə idi.Bu zaman anaya xəbər verdilər ki, hürkmüş dəvə oğlunu quyuya atmış və oğlu həyatı ilə vidalaşmışdır.
İmanlı qadın oğlunun ölüm xəbərini gətirən şəxsə dedi: \"Minikdən düş və qonaqlara qulluq göstərməkdə mənə kömək et.\" Ana ona bir qoyun kəsdirdi.Nəhayət,yemək hazır oldu və qonaqların qarşısına qoyuldu.Qonaqlar yemək yeyir və qadının səbr və dözümü qarşısında heyrətdə qalırlar.Qonaqlardan biri deyir:Yemək yedikdən sonra,imanlı xanım yanımıza gəldi və soruşdu:Sizin hansı birinizin Qurandan yaxşı məlumatı vardır?Onlardan biri dedi:Bəli,mənim məlumatım var.
Dedi:Oğlumun ölümünün qarşısında mənə təsəlli olmaq üçün Qurandan müəyyən ayələr oxu.Qonaq deyir:Mən onun üçün ayələri oxudum.\"...Ey Peyğəmbər!Səbr edənlərə müjdə ver.Onlar o kimsələrdir ki,başlarına bir müsibət gəldiyi zaman:\"Biz Allaha aidik və əlbəttə ona tərəf qayıdacağıq\",deyərlər...


Ömər ibn Səəd kərbəlada törətdiyi cinayətlər hansı istəyinə görə idi?!


Kərbəla cinayətkarlarından olan Ömər ibn Sədin həyatından ibarətdolu dərs...
Kərbəla hadisəsində İmam Hüseynin (ə) düşmənlərində dünyapərəstlik və dünya məhəbbəti görsənməkdə idi!
Kərbəla hadisəsi göstərdi ki, hər nə zaman dünya məhəbbəti ortaya gələrsə haqq rəhbərlərlə düşmənçilik etmək öz zirvə həddinə çatar!
Dünyapərəstliyin bir nümunəsi isə məqampərəsətlikdən ibarətdir.
İmam Sadiq (ə) buyurur: “Hər kim məqampərəstlik arxasıyca olarsa həlak olmuşdur!...


Müaviyə tərəfindən cümə namazlarında İmam Əli (ə) nifrin və lənət oxuma bidətini kim və nə səbəblə yığışdırdı?!


Sualın cavabı budur ki, Ömər ibn Əbdüləzizin uşaqlıq illərində zahirən iki kiçik hadisə onun ümumi fikirlərini tə’sir altına almış və fikir yolunu dəyişmişdir. Onun hakimiyyət dövründəki bu böyük iş əslində oradan nəş’ələnmişdir. Birinci hadisə Ömər ibn Əbdüləzizin Übeydullah adlı Allahı tanıyan, agah və imanlı bir kişinin yanında dərs öyrəndiyi vaxt baş vermişdir. Bir gün Ömər Bəni-Üməyyədən olan öz tay-tuşları ilə birlikdə oynayırdı. Uşaqlar oynaya-oynaya öz adət-ən’ənələrinə sadiq qalıb kiçik bir bəhanə taparaq Əli əleyhissəlamı lə’nətləyirdilər. Ömər də onlara qoşulub Həzrət Əli əleyhissəlamı söyürdü. Elə bu vaxt onun müəllimi uşaqların yanından keçərkən onun da digər uşaqlar kimi Əli əleyhissəlamı söydüyünü eşitdi. Ağıllı müəllim heç bir söz deməyib məscidə getdi. Dərs vaxtı çatanda, Ömər də məscidə getdi. Müəllim onu görcək namaz qılmağa başladı...


İmam Səccadın (ə) hansı iki duası Muxtar səqəfinin əli ilə həyata keçdi?!


Cаvаb: Imаm Zеynəlаbidin əlеyhissаlаmın Muхtаrın vаsitəsi ilə qəbul оlunmuş iki duаsındаn biri məl`un ibni Ziyаdın ölümüdür. Muхtаr Ibni Ziyаdın murdаr bаşını kəsib Imаm Zеynəlаbidin əlеyhissаlаm üçün göndərdi.
Imаm Zеynəlаbidin əlеyhissаlаm bu zаmаn yеmək yеyirdi. О Həzrət bu hаdisəni görüb şükr səcdəsi yеrinə yеtirdi və buyurdu: Bizi bu kаfirin məclisinə gətirən zаmаn о yеmək yеyirdi və mən Аllаhdаn istədim ki, öz yеmək məclisimdə bu kаfirin bаşını müşаhidə еtmədən məni dünyаdаn аpаrmаsın...


Nə üçün İmam Səccad (ə) Şam əsirliyindən qayıdandan sonra Yəzidə qarşı qiyam etmədi?!


İmam Səccad əleyhissəlamın dövrünün siyasi aləmi bir az aydın olduqdan sonra o Həzrətin nəyə görə qiyam etməməsini çox yaxşı başa düşmək olar. Cəmiyyət arasında hökm sürən qorxu diktatura və zalım Əməvi hökumətinin camaat üzərindəki güclü nüfuzu hər hansı bir hərəkat və silahlı mübarizəni məğlubiyyətə məhkum edirdi. Hətta kiçik hərəkatlar belə Əməvi casuslarının gözündən qaçmırdı. Necə ki bir gün Əbdülməlikin Mədinədəki casusu ona xəbər verdi ki Əli ibn Hüseyn əleyhissəlamın (İmam Səccadın) bir kənizi var idi. O kənizi azad etmiş sonra isə onunla evlənmişdir. Əbdülməlik İmam Səccad əleyhissəlama yazdığı məktubda bu işi İmam (əleyhissəlam) üçün nöqsan saymış və etiraz etmişdi ki nəyə görə İmam özünə tay olan bir qüreyşli qadınla evlənməmişdir? İmam Səccad (əleyhissəlam) onun cavabında yazdı: \"Peyğəmbərdən böyük və üstün bir şəxs yox idi...


Ərəb təqvimi kimin təklifi ilə təyin olundu və məhərrəm ayı nə üçün birinci ay olaraq hesaba gəldi?!


İkinci xəlifənin zamanında 16-cı hicri ilində İmam Əlinin (ə) təklifi ilə İslam tarixi təyin edildi. Bu təqvimə görə, Həzrət Peyğəmbərin (s) hicrət etdiyi ay, ilk ay olaraq təyin edilir. Həzrət Peyğəmbər (s) Məhərrəm ayında hicrət etdiyi üçün İslam tarixinin ilk ayı məhz bu ay olur. Bu ayı ona görə haram ay adlandırırlar ki, hələ qədim zamanlarda bu ayda müharibə etmək haram edilmişdi.
İmam Rza (ə) bu ay barəsində buyurur: “Cahiliyyət dövründə bu ayın hörməti saxlanılırmış. Bu ayda vuruşmurdular. Ancaq bu ayda bizim qanımızı tökdülər və bizə qarşı hörməti aradan apardılar. Övladlarımızı və xanımlarımızı əsir götürdülər. Xeymələri yandırdılar, qarət etdilər, Peyğəmbərin (s) nəsli ilə bağlı hörmətə riayət etmədilər”...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter