İslam əxlaqına görə Qonaqdan ac olduğunu soruşmaq olarmı?


Qonağa böyük əhəmiyyət verilməsi ilə yanaşı, onu təmtəraqla qəbul etmək nəhy olunur. İslam qonağın sadə şəkildə qəbul edilməsini tövsiyə edərək məsləhət görür ki, ev sahibi olanını müzayiqə etməsin, qonaq bunda artıq qəbulun intizarında olmasın.
İmam Sadiq (ə) buyurur: «Qonaqdan yemək yeyib- içməyəcəyini soruşmayın. İmkan çatan həddə süfrə açın». Açılmış süfrəni kasıb bilərək, təhqir etmək caiz deyil. «Sizə layiq süfrə aça bilmədim» demək olmaz. İmam Sadiq (ə) buyurur: «Açılmış süfrəni əskik bilən ev sahibi və qonaq azğındır».
Qonağın da öz vəzifələri vardır. Qonaq ona göstərilən yerdə oturmalı, ev sahibinin narahatçılığına səbəb olacaq hərəkətlərə yol verməməlidir...


İslam maarifinə əsasən Nasaleh ata-ana ilə nə etməli?


İmam Sadiq (əleyhissalam) buyurur: \"Üç şey var ki, onları yerinə yetirməkdə heç bir bəhanəyə yol verilmir:
1- Əmanəti öz sahibinə qaytarmaq, istər sahibi yaxşı adam olsun, istərsə də pis adam;
2- Əhd-peymana vəfadar qalmaq, istər əhd bağladığın adam yaxşı əməl sahibi olsun, istərsə də pis əməl sahibi;
3-Valideynə ehsan və yaxşılıq etmək, istər onlar əməlisaleh olsunlar, istərsə də olmasınlar.” Bu hədisə azacıq diqqət yetirməklə başa düşmək olar ki, ata-ana ilə yaxşı rəftar etmək vacib və onlarla pis rəftar etmək isə heç bir vəchlə caiz deyildir. İmam (əleyhissalam) buyurur ki, \"onlara ehtiram etmək vacibdir, hətta fasiq və qeyri-saleh olsalar belə.” Xatırlatmaq lazımdır ki, ata-anaya qarşı xoşrəftar olmaq məsiyət və günaha gətirib çıxaran hallar onlara itaət etməməklə tamamilə başqa-başqa şeylərdir, yəni əgər onlar İlahinin göstərişlərinin əksinə əmr versələr, həmin halda onlara itaət etmək olmaz, lakin onların məhəbbət və ehtiramları da unudulmamalıdır. Allah taala bu məsələyə toxunaraq buyurur: \"Əgər ata və anan sənin, Mənə qarşı şərik qoşmağına səy etsələr (həqiqət yolundan azdırmağa çalışsalar), onlara itaət etmə, amma dünyada onlarla yaxşı, gözəl rəftar et.”


İslam maarifinə əsasən \"Silеyе-rәhм” hаnsı şәrаitdә vаcibdir?


Cаvаb: Bilirik ki, аilә kiçik bir cәмiyyәtdir. Böyük bir cәмiyyәtin inkişаf еtмәsi üçün оnun fәrdlәri аrаsındаkı isti мünаsibәtlәrin rоlu böyükdür. Аilә bаğlаrının мöhkәмliyi tәkамülә böyük tәsir göstәrir. İslам ictiмаi bir din оlduğundаn silеyi-rәhмә böyük әhәмiyyәt vеrмişdir. Silеyе-rәhм vаcib sаyılмış vә оnun tәrk еdilмәsi böyük günаhlаrdаn hеsаb еdilмişdir. Qurаni-kәriмdә bildirilir ki, qiyамәt günü uyğun мәsәlә hаqqındа sоrğu-suаl аpаrılаcаqdır. Аyәdә buyurulur: \"Qоhuмluq әlаqәlәrinizi kәsмәkdәn hәzәr еdin. Şübhәsiz ki, Аllаh sizin üzәrinizdә nәzаrәtçidir. Bir şәхs hәzrәt Pеyğәмbәrin (s) хidмәtinә gәlib dеdi: \"Yахınlаrıм qоhuмluq әlаqәlәrini kәsib, мәni tәrk еtdi. İndi vәzifәм nәdir? Мәn dә оnlаrlа әlаqәмi kәsiммi?” Hәzrәt (s) buyurur: \"Әgәr sәn dә bu işi görsәn, Аllаh hамınızı tәrk еdәcәk vә hамınız Оnun мәrhәмәtindәn мәhruм qаlаcаqsınız.” Sоnrа hәzrәt Pеyğәмbәr (s) bu şәхsә üç мühüм göstәriş vеrdi: \"Әgәr bir şәхs sәninlә әlаqәsini kәsirsә, sәn оnun әksinә rәftаr еt, qоhuмluq vә dоstluq bаğlılığını unutма; bir şәхs sәni hаnsısа nемәtdәn мәhruм еtsә, sәn оnа yахşılıq еt vә оnu мәhruм qоyма; sәnә zülм еdәni bаğışlа...


İslam əxlaqında Həsəd ilə qibtənin fərqi nədir?!


Həsəd – xarlıq və özünü alçaq görməkdir ki, həsəd aparan özündə hiss edər. Onun ardınca arzu edər ki, başqaları malik olduqları nemətdən məhrum olsunlar. Həmin nemət ona çatsa da, çatmasa da. Bəs həsəd ilə qibtənin fərqi nədədir? Qibtə – elə bir ruhiyyədir ki, insan istəyir ki, başqalarının malik olduqları yaxşı sifətlərə o da malik olsun. Ancaq həmin şəxsin və onun malik olduqlarının məhv olmasını arzu etməz. Bəs həsədin amilləri hansılardır?
1. Batini xəbislik. Bəzi insanların batini o qədər xəbisdir ki, başqalarını nemət içində görməyə taqətləri yoxdur.
2. Xarlıq hiss etmək. Özlərini xar və kiçik hesab edərlər. Başqalarının kamalını görməyə taqətləri olmaz...


Başqalarının sirrini öyrənmək olarmı?


O kəs ki, insanlara qarşı bədgüman olar, onun sirlərini öyrənməyə çalışar ki, öz bədgümanlığı üçün şahid əldə etsin. O, bu yolla başqalarının əmin-amanlığını xətərə salmış olar.
İnsanların sirrini açmağa çalışmaq, əslində sui-zəndən qaynaqlanır. Nəticədə sui-zənni gücləndirər.
Həzrət Peyğəmbər (s) buyurur: “Ən pis insanlar – bəd güman bəsləyənlər və bədgümanların ən fasidi isə insanların sirrini açmağa çalışanlardır. İnsanların sirrini açmağa çalışanların ən alçağı – onların ən çox danışanıdır”. İnsanların sirrini açmağın təsirləri. İnsanların sirrini açmağın həm fərdi və həm də ictimai təsirləri vardır. Bu təsirlərə nəzər salaq. 1. Cəmiyyətin əmin-amanlığı təhlükəyə düşər. Əgər cəmiyyətdə insanların sirrini açmaq hissi güclənərsə, insanların ictimai əmin-amanlığı təhlükəyə düşər. Etimad, dostluq və qardaşlıq insanları tərk edər. O kəs ki, başqalarının eybini açmağa çalışar – özünə dost tapa bilməz. İmam Sadiq (ə) buyurur: “İnsanların sirrini açmağa çalışma ki, dostsuz qalacaqsan”...


Çirkin sözlər və söyüş insana birinci hansı pislikləri gətirər?!


Çirkin sözlər çirkin insanları cəzb edər! Söyüş söymək və dilə pis söz gətirmək – rəzil sifətlərdəndir ki, möminin şəninə yaraşmır və onun məqamını aşağı salır.
Və əgər hansısa cahil pis sözü Məsumların (ə) ünvanına söyləyirsə, bu, artıq ağır cinayətdir, küfrdür. Dinizmiz buyurur ki, Məsumların (ə) ünvanına layiq olmayan sözü demək – Allaha pis söz deməyə bərabər edilir. Hər kim Allaha pis söz deyər – şirk edər, hər kim Peyğəmbərə (s) pis söz deyər – Allaha küfr edər. Bu səbəbdəndir ki, Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Əlini (ə) söyər – məni söymüş olar. Hər kim məni söyər – Allahı söymüş olar”.
Dinimiz ölülərə belə pis söz deməyi qadağan edir. Belə ki, Peyğəmbərimiz (s) buyurur: “Ölülərinizə söyməyin. Çünki onlar qabaqcadan göndərdiklərinə çatıblar. Əgər mömindirsə, dirilər kimi ona söyüş söymək caiz deyildir...


İnsanda hansı əxlaqi xüsusiyyətlər onu peşiman və başı aşağı olmaqdan qoruyar?!


İmam Cavad (ə) buyurur: “Üç şey vardır ki, hər kim ona malik olar, peşman olmaz:
1. Tələsməkdən çəkinmək. 2. İşlərdə məsləhət etmək. 3. Bir işin qərarını verən zaman Allaha təvəkkül etmək”.
Mübarək dinimiz bizə ən yaxşı və ən pis insanları tanıdır.İmam Həsən Müctəba (ə) buyurur: “İnsanlar dörd dəstədirlər:
1. O dəstə ki, əxlaqları vardır, ancaq dünyadan (bəhrələri) yoxdur. 2. O dəstə ki, dünyadan bəhrələri vardır, ancaq əxlaqları yoxdur.
3. O dəstə ki, nə (dünyadan) bəhrələri vardır, nə də əxlaqları. Onlar – ən pis insanlardırlar. 4. O dəstə ki, həm əxlaqları vardır və həm də dünyadan bəhrənirlər – onlar ən yaxşı insanlardırlar”....


İslam maarifinə əsasən İnsanlarla münasibəti yaxşı etmək üçün 6 tövsiyə nələrdir?!


Gözəl əxlaqa malik olmaq üçün bəzi məharətləri əldə etməyə çalışmaq lazımdır. Bu məharətlər ilə tanış olaq:
1. Qulaq asmağı bacarmaq. İnsanın nəfsini islah etməsində qulaq asmağı bacarmağın rolu böyükdür. Biz qarşı tərəfə cavab vermək üçün, onun dediklərinə diqqətlə qulaq asmağı bacarmalıyıq. Nə zaman kiminsə bizimlə dərdləşməyə ehtiyacı olur, o zaman həm gərək ona qulaq asaq və həm də onunla həmdərd olmağa çalışaq. \"Onların bəziləri Peyğəmbəri incidir və «o, (başdan-başa) qulaqdır (hər bir kəsin sözünü qəbul edir)!» deyirlər. De: «O, sizin üçün yaxşı bir qulaqdır, (bütün danışıqlarında) Allahı təsdiqləyir, möminlərə etimad göstərir və sizdən iman gətirənlər üçün bir rəhmətdir». Allahın Peyğəmbərini incidən kəslər üçün ağrılı bir əzab olacaqdır”. (“Tövbə” 61).
Bu ayə bizə örnək olaraq Həzrət Peyğəmbəri (s) tanıtmışdır ki, qulaq asmağı bacaran insan idi...


İblis (lən) imanlı şəxsin hansı iki halında onu yolundan azdıra bilir?!


İslam Peyğəmbəri Hz Muhəmməd (s) buyurdular: “Hz Musa ibn İmran (ə) bir yerdə əyləşmişdi ki, İblis (lən) ona tərəf gəldi.
Hz Musa (ə) Şeytandan (lən) soruşdu: Hansı günahdır ki, imanlı şəxsi sənin qarşında məğlub və səni ona qalib edər?!
Şeytan (lən) Hz Musanın (ə) cavabında dedi:
1-Mən imanlı şəxsə o zaman qələbə çalaraq haqq yoldan azdıra bilirəm ki, Öz əmələrini hamının əməllərinə nisbətdə böyük və daha yaxşı hesab edə!
2-Mən imanlı şəxsə o zaman gələbə çala bilirəm ki, kiçik günahlarını dəyərsiz hesab edir və Allahın əzəmətindən günahlarına görə qoruxmayır...


İmam Səccad (ə) oğlu Muhəmməd ibn Əlini (ə) hansı beş dəstə insanlarla dost olmaqdan çəkindirir?!


İmam Saqiq (ə) atasından nəql edir ki, İmam Baqir (ə) buyurdu: “Atam Əli ibn Hüseyn (ə) mənə belə buyurdu:
-Oğlum! Beş dəstə insanlara diqqət et, onlara yaxınlaşma və dost olma! Ərz etdim: Atacan! Onlar kimlərdirlər?! Buyurdu:
1-Yalançılarla dostluq etmə, axar suya bənzəyər ki, uzağı yaxın, yaxını isə səndən uzaqlaşdırar! (Həqiqətləri olduğu kimi göstərməz)
2-Fasiq və pis işlər görmək adəti olandan kənar gəz, çün səni bir tikəyə və ya ondan azına satar!
3-Xəsis insandan ehtiyatlı ol! Çünki sənə ehtiyacın olduğu zaman imkanları ilə kömək verməkdən çəkinərək səni çarəsiz qoyar!
4-Ağılsızlarla dostluq etməkdən uzaqlaş, çünki sənə kömək etmək istədikdə sənə ziyan verər!...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter