Evlənməzdən əvvəl özünüzə bu sualları verin!


Evlilik hər bir insanın həyatında baş verən ən mühüm hadisələrdən biridir. Evlilik insanı kamala çatdırar və imanının artmasına səbəb olar. Ancaq evlənməzdən əvvəl yaxşı olar ki, özünüzə bu bir neçə sualı verəsiniz. O zaman başa düşəcəksiniz ki, həmin evliliyə hazırsınız, yoxsa yox.
1. Sevgi hissi sizə xasdır, yoxsa yaddır? Əgər xoşbəxt ailə qurmaq istəyirsinizsə, gərək həm siz və həm də qarşı tərəf sevgi hissinə gərək malik olsun. Bu sualı qəlbinizə də verin, ağlınıza da.
2. Evliliyə hazırsınızmı? Bu sual – evlənməzdən əvvəl cavablandırılması zəruri olan suallardandır. Xoşbəxt ailə qurmaq istəyən cütlər gərək həm ruhi və həm də zehni cəhətdən evliliyə hazır olsunlar...


Evlilikdən öncə aşiq olmaq yaxşıdır, yoxsa sonra?


Eşq, güclü məhəbbət mənasını verir ki, insanda fitri olaraq meydana gələr. Bu hissi heç kəs inkar edə bilməz. Dinimizin nəzərinə görə, əgər mömin evlənməzdən əvvəl pak eşqə malik olarsa, bu əməlin heç bir maneəsi yoxdur. Əgər əksinə, bu eşq həvəs üzərindən və çirkin niyyətlə olarsa, o zaman insanın gözunu və qulağını kor edər. Belə bir eşqi dinimiz bəyənmir. Çünki insana seçim edən zaman məntiqli yol göstərməz, əksinə yanlış seçimlərə üz tutmasına səbəb olar.
... Halbuki, Allah Təala məntiqli seçim etməyi bəyənir və buyurur: “Onların yanında aramlıq tapasınız deyə sizin üçün(mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tövhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır”. (“Rum” 21).


Yaxşı həyat yoldaşı olan xanımın 7 xüsusiyyəti hansılardır?!


Əgər ailə həyatında müvəffəq olmaq istəyirsinizsə, gərək bu yeddi sifətə malik olan xanımla evlənəsiniz. Yaxşı həyat yoldaşı olan bu qadını tanıyaq.
1. Yaxşı qadın ərini heç bir zaman danlamaz. Əgər ərini hansısa yaxşı işə təşviq etmək istəyirsə, bilməlidir ki, danlamaq əlverişli yol deyildir. Ey xanımlar! İnanın ki, danlamaq yaxşı yol deyildir, əslində sizə əks nəticələr də gətirə bilər.
2. Başqalarının yanında həyat yoldaşını təhqir etməz. Əgər həyat yoldaşınıza hörmət etsəniz və onu başqalarının yanında əziz tutsanız, o da sizə ehtiram göstərəcəkdir. Əgər hətta onun dediklərinə razı olmasanız belə, bu məsələni onunla təklikdə həll etməyə çalışın...


Qadının istmətli geyiminin fəlsəfəsi və ona nə faydası nələrdir?


Hicablı qadınlar cəmiyyətdə iffət və ismətlə tanınır... \"Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah Bağışlayandır, Rəhimlidir.\" (Əhzab, 59).
İzah: Quranda hicab və naməhrəmə baxmağın haram olması haqqında ondan çox ayə vardır. “جلباب” (cəlbab) – çadra kimi – bütün bədəni örtən geyimdir. Qadının şəxsiyyətinin qorunması, onun cəmiyyətdə layiqli şəkildə hazır olması üçün uyğun zəmin yaradılması, ... hicaba riayət etməyin nəticələrindəndir.
Hədis: İmam Əli (ə): “Qadının örtünməsi və qorunması onun daha çox asayişdə olmasına və gözəlliyinin davamlı olmasına səbəb olur.” (Qürərul-hikəm, c. 4, səh. 200, hədis: 5820)./nur-az


Ailə həyatını çətinləşdirən 8 adətə qalib gəlmək!


Ailə - kiçik bir cəmiyyətdir ki, orada baş verən mənfi və müsbət hallar cəmiyyətə də sirayət edir. Ona görə də ailə quran hər bir insan ailəsinə və cəmiyyətə görə məsuliyyət hiss etməlidir. Üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Bəzən elə adətlərə sahib oluruq ki, müştərək ailə həyatımızı çətinləşdirir. Əgər onlardan əl çəkə bilsək, ailə həyatımız daha səfalı və mehriban olar. Bunlara nəzər salaq:
1. Qarşı tərəfin zati adətlərini dəyişdirməyə səy göstərmək. Bəzən cütlər bir-birinin bəyənmədiyi adətlərini dəyişdirməyə səy göstərərlər. Ancaq insan qəbul etməlidir ki, heç kəs ideal və kamil deyildir. O, özü olmaq istəyir və deməli, özü qərar verməlidir ki, hansı adətlərini dəyişdirə bilər.
2. Ailədə problem axtarmaq. Əgər qarşı tərəfin ailəsində və ya ailə üzvlərində hansısa səhvləri üzünə vurmaq istəsəniz, o zaman bu, sizə ancaq problemlər yaradacaqdır, ailə həyatınızın hüzurunu pozacaqdır...


Dinimiz qadınlarla məsləhət etməyə necə baxır?


Peyğəmbərimizdən (ə) gələn hədisdə oxuyuruq: “Qızlarınızla bağlımövzularda xanımlarınızla məsləhət edin”. İmam Əli (ə) buyurur: “Qadınlarla məsləhət etməkdən çəkinin, çünki rəyləri süstdür və qərar verən zaman acizdirlər, məgər o qadınlardan başqa ki, kamil ağıla təlim görmüşdülər”.
Beləliklə deyə bilərik ki, dinimiz qadınlarla məsləhət etməyə pis baxmır. Ancaq müəyyən çərçivələri vardır ki, onlara riayət etmək lazımdır. Əgər qadında iman, ağıl, bilik, xeyirxahlıq, Allah qorxusu olarsa, təqvaya malik olarsa, səbirli və sirк saxlayan olarsa – o zaman onunla mühüm mövzuları məsləhət etmək olar. Necə ki, İmam Əli (ə) bu cür mövzuları Xanım Zəhra (s.ə) ilə məsləhət edərdi.


Ərinə bir qurtum su içirdən xanım, 1 il ibadətin savabını qazanar!


Ərinə bir qurtum su içirdən xanım, 1 il ibadətin savabını qazanar! Ayətullah Müctehidi Tehrani buyurur: “... Aqibətin xeyirli olması deyildikdə İlahi rəhmətə, feyzə qoşulmaq, İlahi qürb məqamına çatmaq nəzərdə tutulur. Bir müsəlmanın həyatdakı əsil hədəfi bu olmalıdır. “Kişi və ya qadınlardan mömin olaraq yaxşı işlərdən (bir şey) yerinə yetirən kəslər, Cənnətə daxil olacaqlar və onlar hətta xurma çərdəyinin arxasındakı nöqtə qədər zülmə məruz qalmayacaq və haqlarından kəsilməyəcəkdir”. (“Nisa” 124). Hz Peyğəmbər (s) qadınların aqibətinin xeyirli olması üçün 6 yol tövsiyə edir ki, onlara nəzər salaq. 1. Həzrət Peyğəmbər (s) buyurur: “Elə bir qadın yoxdur ki, ərinə bir qurtum su içizdirsin, məgər o halda ki, bu əməli onun üçün bir il gündüzləri oruc tutmaqdan və gecələrini ibadətlə keçirtməkdən daha yaxşıdır. Allah ərinə içizdirdiyi hər qurtuma görə onun üçün behiştdə şəhər salar və 60 günahını bağışlayar”...
2. Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Elə qadın yoxdur ki, ərinə paltar geyindirsin, məgər o halda ki, Allah Qiyamət günü behiştin 70 xələtini ona geyindirər. Həmçinin Qiyamət günü ona hurilərdən 40 kəniz verilər ki, xidmət etsinlər”...


Qadınların ömrünü nə uzadır?


Qadınların ömrünü nə uzadır? Britaniya alimləri bildirirlər ki, alış-veriş etmək qadın sağlamlığına müsbət təsir göstərir. Son tədqiqatlar nəticəsində məlum olmuşdur ki, əgər düzgün yanaşılarsa alış-verişin təsiri fitnesdən heç də az olmayacaq. İl ərzində qadınlar ticarət mərkəzlərində 330 km dən çox yol gedir, bu halda 14 min kkal. əridir ki, bu da 67 plitka şokolada bərabərdir. Bununla bağlı keçirilən testdə iştirak etmiş 20 könüllü maqazinlərdə alış veriş edərkən hər 4 həftədə gedilmiş məsafəni fiksə etmişdir. Alimlər alış-verişin faydasını onda görürlər ki, qadınlar buna öz vaxtlarını effektiv sərf etməyi bacarırlar, bir məntəqədən digər bir məntəqəyə tez hərəkət edirlər və s...


Sosial şəbəkələrdə fotolarını paylaşan xanımlara maraqlı sual?


Sosial şəbəkələrdə fotolarını paylaşan xanımlara maraqlı sual? Sosial şəbəkələrin son illər ərzində dünya insanın həyatına yüksək sürətlə daxil olması və sanki artıq insan həyatının ayrılmaz bir hissəsinə çevrilməsi günü-gündən daha da ciddi sosial və psixoloji problemlərə yol açır. İslaminSesi.info - Xüsusilə bu problem xanım istifadəçilərin həyatlarında özünü daha da qabarıq göstərir. Sanki virtual aləmin içərisində qərq olmağımız, real həyatı bizlərə unutdurub və real həyatda görməsi mümkün olmadığımız işləri aldanaraq virtual həyatda, xüsusilə sosial şəbəkələrdə çox rahat formada görürük. Buna misal olaraq xanım sosial şəbəkə istifadəçilərinin hər cür tipə, sinifə və xüsusiyyət sahib milyonlarla insanın olduğu virtual mühitdə öz fotolarını çox rahat formada paylaşmasıdır...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter