Hz Zəhra (ə.s) hansı xüsusiyyətlərinə görə bütün xanımlara örnək ola bilər?!


Həzrət Siddiqeyi-Kubra (s.ə) bütün dünya insanları üçün örnək həyata malik olmuşdur. Xanımın (s.ə) mübarək həyat tərzi ilə tanış olaq:
1. İctimai həyatı. Xanım (s.ə) kamil bir insan kimi ictimai həyatda fəal olmuşdur və cəmiyyətin böhrana düşdüyü hallarda əlindən gələni etmişdir ki, onu ayaqda saxlasın. Bu sahədə həm atasına və həm də həyat yoldaşına möhkəm dayaq olmuşdur.
2. Xanım (s.ə) – kamil insandır. Həzrət Peyğəmbər (s) buyurur: “Mən sizin üçün iki dəyərli şey buraxıram: biri Quran və o birisi itrətim olan Əhli-Beytdir (ə). Siz o zamana qədər ki, bu ikisinə söykənərsiniz – yolunuzu azmayacaqsınız”.
Həzrət Rəsuli-Əkrəm (s) bu hədisdə buyurur ki, Həzrət Zəhra (s.ə) – kamil bir insandır və hər kim onun davamçısı olar – səadət yolunda irəliləmiş olar...


Hz Peyğəmbər (s) Hz Xədicənin məqamı haqqında nələr buyurmuşdur?!


Həzrət Xədicə haqqında Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in kəlamı
1. Xədicə birinci qadın idi ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ə iman gətirdi.
2. Xədicə behiştin ən fəzilətli qadınlarındandır.
3. O bir qadın idi ki, Allah-Taala Cəbrail vasitəsi ilə ona salam göndərmişdir.
4. Xədicə elə bir qadın idi ki, hər zaman Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) onu yad edər və ağlardı.
5. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) sair qadınlarına onun haqqında belə buyurmuşdu: \"Xədicə mənə iman gətirəndə siz hələ kafir idiniz...


Həzrəti Peyğəmbərin (s) yaxşı həyatyoldaşı haqda 4 hədisi...


Pеyğәmbәr (s) bu bаrәdә buyurmuşdur: \"Cәhәnnәm оdu üç nәfәri yаndırmаz: 1. әrinә itаәt еdәn qаdını; 2. әrinin çәtin vахtlаrındа sәbir еdәn qаdını; 3. аtа-аnаsınа yахşılıq еdәn övlаdı.”
Аllаhın qәzәbi: Pеyğәmbәr (s) buyurub: \"Әrindәn icаzәsiz еvdәn çıхаn qаdın әrini rаzı еdәnә vә еvә qаyıdаnа qәdәr Аllаhın qәzәbinә düçаr оlаr.” \"Sәbәbsiz әrindәn bоşаnmаq istәyәn qаdınа cәnnәtin iyi hаrаmdır. Әri rаzı оlаn qаdın cәnnәtlikdir.”


Hicab tamamaq üçün bəhanə gətirənlərə cavab!!


Yalan: Başımı örtmək istəyirəm, amma qabaqcadan buna əmin olmalıyam. Cavab: Quranda bu haqda qəti əmir var, məgər bu, səni qanə etmir?
Yalan: Örtünməli olduğumu bilirəm, ancaq gələcəyimi dədüşünməliyəm. Cavab: Gələcək ölümdür, heç onu düşündünmü?
Yalan: Allah məni başı açıq olsam belə, yenə sevəcək. Cavab: Səni sevsə də, sənə günahkar qulum deyəcək və sən Onun yanında günahkar bir bəndə olaraq qalacaqsan
Yalan: Bası örtülüyəm, ancaq ailəm məktəbə getməyim üçün başımı açmağımı istəyir. Cavab: Unutma! Ailən səni cəhənnəm atəşindən xilas edə bilməyəcək...


Həyatı cənnətə çevirəcək həyat yoldaşın qismət olması üçün necə dua edək?!


REBBIM bir insan qoy qelbime!! Amma o insan Senin de sevdiyin olsun Ve mene ele bir insan sevdir ki,O insanin ureyi Seni seven bir mebed olsun.
Meni ele bir insanla goruwdur ki, Menden evvel onunla goruwmuw olan Sen olasan Onunla el-ele tutdugumuzda Ikimizin uzerinde Senin elin olsun
Mene ele gozler goster ki, Men o gozlerden Sene baxim Mene ele bir sevgili ver ki, O gozler Cennete acilan iki pencere olsun
Onunla ele bir yolda gedek ki, Beledcimiz Sen olasan ey REBBIM Ele bir sevgili ver ki mene, Ona sarildigimda kainat bize baxsin Bir-birine sarilsin
Sevgimiz qurdla quzulari bariwdirsin Bize baxib weytan Ademe secde etsin Gunah savab ugrunda ozunu feda etsin.
Bize ele bir sevgili ver ki, Sevgimizde Mehemmed (s.a.s) sevilsin Ele sevek ki bir-birimizi Hz. Xedice goylerden bize seslensin Ve desin ki,
Ya Mehemmed bax bu sevgililere. Onlar bizde, bizde onlardayiq.Bax Ewqimiz bir daha yawanir yer uzunde...


Xanımların behiştə getməsi üçün... – Həzrət Zeynəbdən (s.ə) hədis


Xanım Zeynəb (s.ə) buyurur: “Əziz Muhəmməd (s) biz qadınlar üçün elə bir hüquq müəyyən etmişdir ki, həyat yoldaşlarımız gərək ona riayət etsinlər.
Necə ki, onlar üçün hüquq təyin etmişdir ki, onlara riayət etmək bizim üçün lazımlıdır”.
Xanım Zeynəb (s.ə) buyurur: “Əziz Muhəmməd (s) buyurmuşdur: “O zaman ki, doğru düşünən və doğru əxlaqa malik olan qadın beş vacib namazını qılarsa, Ramazan ayının orucunu tutarsa və ətəyini pak və pakizə saxlayarsa və həyat yoldaşı ilə həmahəng olarsa, onun hüququna riayət edərsə – ona deyilər ki, behiştin hansı qapılarından istəsə, birindən Allahın gözəl və bol nemətli behiştinə daxil olsun”.


Nə üçün Imаm Hüsеyn (ə) Hz Zеynəb əlеyhа sаlаmın övlаdlаrının cəsədlərini хеyməyə gətirəndə, хаnım хеymədən çölə çıхmаdı?


Cаvаb: Şəhidlərin cənаzəsini gətirəndə qаdınlаrın hаmısındаn əvvəl Zеynəb əlеyhа sаlаm qаrşılаrınа çıхаrdı, аmmа öz оğlаnlаrının cənаzəsini gətirəndə хеymədən çölə çıхmаdı, çünki məbаdа gözləri оğlаnlаrının qаnlı bədənlərinə düşə, dözə bilməyə və Ilаhi sаvаbı аzаlа və həmçinin məbаdа qаrdаşı оnu bu hаldа görüb utаnа.


Naməhrəmə əl verənin aqibəti haqda məsumlar nə buyurmuşlar?!


Əziz Peyğəmbərimiz (ə) buyurur ki, naməhrəmlə haram rabitə qurmaq həyanın aradan getməsinə səbəb olar. O zaman ki, cavanlar bir-birinə baxır və görürlər ki, rahat şəkildə haram rabitə qura bilirlər – bu zaman onlar həyanın aradan getməsinə rəvac verirlər.
O zaman ki, cavanların təqvası az olar, dini bilgiləri olmaz və şeytanın vəsvəsələrinə məruz qalaraq – bu cür işlər görərlər. O zaman ki, cəmiyyətdə bu hal yayılar, mömin və təqvalı insanların işi çətinliyə düşər. Əslində cəmiyyət elə xəstəliyə tutulmuş olar ki, müalicəsi heç də asan deyildir. Necə ki, Qərb ölkələri bu xəstəliyə tutulmuş və ağıllı insanlar ondan xilas olmaq üçün yollar axtarırlar.
Həzrət Peyğəmbər (s) qadınla kişinin haram rabitələri barəsində buyurur: “Naməhrəm qadın kişi arasında məsafə yaradın. Çünki o zaman ki, onlar üzbəüz qərar tutarlar, cəmiyyət elə bəlaya düçar olacaqdır ki, müalicə ola bilməyəcəkdir”....


Həyat yoldaşına yardım etməyin savabı haqda hədis...


İmam Əli (ə) buyurur: “Bir gün Peyğəmbər (s) bizim evə gəlmişdi və Fatimeyi-Zəhra (s.ə) qazanın kənarında əyləşmişdi. Mən də mərcini təmizləməklə məşğul idim. Peyğəmbər (s) məni qızına yardım edən halda görəndə sevindi və buyurdu: “Ey Əbul Həsən!”. Ərz etdim: “Ləbbeyk, ya Rəsulallah!”.
Buyurdu: “Sənə deyəcəyim sözlərə qulaq as, mən hər nə deyirəmsə, Allahımın əmridir. “Heç bir kişi evdə xanımına yardım etməz, məgər o halda ki, onun üçün bədənində olan tüklərin sayı qədər bir ilin ibadəti yazılar”. Baxın görün ətrafımıza nə qədər savab tökülübdür, ancaq biz çox vaxt onları toplamırıq!


Xanımların kişilərdən gözlədiyi davranışlar nələrdir?!


Hisslər xanımlar üçün geniş bir məna kəsb edir. Xanım öz həyat yoldaşına etimad etmək istəyir. Əmin olmaq istəyir ki, onu qoruya və onun üçün əmin bir məkan hazır edə biləcəkdir. Xanım istəyir ki, sevdiyi insan hər bir şəraitdə, çətin və böhranlı anlarda belə, onu müdafiə və himayə etsin.
Xanımların nəzərinə görə, kişi öz ayaqlarının üzərində dayanmağı bacarmalıdır. Maddi vəziyyəti normal olmalıdır və himayə göstərmək baxımından kifayət qədər gücə malik olmalıdır. Əgər xanım bilsə ki, həyat yoldaşı ona həqiqi məhəbbət bəsləyir – bu zaman dünyanın heç bir neməti gözündə dəyər əldə etməz.
Xanım istəyir ki, həyat yoldaşı:
1. Qulaq asmağı bacaran olsun. O zaman ki, kişi xanımının sözlərinə səbirlə qulaq asar – bu, bir növ sübut olar ki, həm sevir, həm də hörmət edir. Adətən xanımlar kişilərdən daha çox danışarlar. Onlar bu danışıqları ilə aralarında olan rabitəni əslində möhkəmləndirmək istəyərlər...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter