Qiyamət günü məscid, Quran və alim nədən şikayət edəcək?


Ustad Ənsarian buyurur: “Həzrət Peyğəmbərdən (s) belə bir hədis vardır: “Qiyamət günü üç şey insanlardan şikayət edəcəkdir.
Biri – məsciddir ki, deyəcəkdir: “Allahım! Mən inşa edilmişdim, təmiz və gözəl idim. Ancaq insanlar gəlmirdilər”.
İkinci şikayətçi – Qurandır ki, deyəcəkdir: “Allahım! Mən bu insanların arasında idim. Mənə əməl etmədilər”.
Üçüncü şikayətçi – alim olacaqdır ki, deyəcəkdir: “Allahım! Mən uzun illər dərs oxumuşam, halal və haram mövzuları öyrənmişəm.
Əllamə Cəfəri buyurardı: “Mən uzun illər Qumda və Nəcəfdə dərs oxumuşam. Ancaq dərs oxumağıma görə heç bir zaman rahat olmamışam. Çünki ümidim yoxdur ki, Qiyamət günü mənə desinlər ki, ey Muhəmmədtəqi, gəl və dərs dediyin üçün nicat dəstəyin vardır.


Quran ayələrinə əsasən Həqiqi nicat tapanların 8 qrupu hansı əmələ sahibdirlər?!


İslam dini nicatı insanın öz cövhərində axtarır və buyurur ki, əgər insanın Allahla aşiqcəsinə rabitəsi olarsa, ehtiyaclı insanlara zəkat verərsə, cəmiyyətdə əhdinə vəfa edər və əmanətdar olarsa, öz istək və meyillərini kontrol edə bilərsə – bu insan nicat tapanlardan olar. Həqiqi nicat tapanları tanıyaq:
1. Onlar ibadət əhli və saleh əməl sahibidirlər. “Ey (Bizim peyğəmbərimiz Muhəmmədə (s)) iman gətirənlər, rüku və səcdə edin, Rəbbinizə ibadət edin və xeyir iş görün ki, b bəlkə nicat tapasınız. (Bu ayə bütün şəriətlərin və ictimai xeyir əməllərin xülasəsidir)”. (“Həcc” 77).
2. Simiclikdən uzaqdırlar. “Nəfsin xəsisliyindən qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapanlardır”. (“Həşr” 9).
3. Qafil deyildirlər və Allahı çoxlu zikr edirlər. “Ey iman gətirənlər, (düşmən ordusundan olan) bir dəstə ilə qarşılaşarkən möhkəm durun və Allahı (dildə və qəlbdə) çox zikr edin, bəlkə nicat tapdınız”. (“Ənfal” 45).


Behiştin ali dərəcəsini əldə etmək üçün ən sadə yol hansıdır?!


Ailə kiçik bir cəmiyyət olaraq, insanların daha tez islah olunmasına yardım edən bir məkandır. İnsan öz ailəsində mənəvi nuru əldə edər və kamil olmağa çalışar. Bu yolda ona bütün ailə üzvləri yardım edərlər. Ancaq bir cəmiyyətin bu cür islah olması və kamala çatması daha çətin bir mövzudur. Bir insan tək halda özünü islah etmək istəsə, yenə də çətin olar. İmam Rza (ə) buyurur: “Əgər kişi ona məhrəm olan qadınlardan birini sevindirərsə, Allah Təala Qiyamət günü onu sevindirər”. Bəzən insanlar behiştin ali dərəcəsinə çatmaq üçün çox ağır yollar seçirlər. Ancaq bilmirlər ki, bu dərəcəni əldə etməyin asan yolu da vardır. Əgər siz ailə üzvlərinizə qarşı diqqətcil olsanız, bu əməl sizə böyük nuraniyyət bağışlaya bilər. Övladlarınıza və həyat yoldaşınıza etdiyiniz xidmətlər sizə minlərlə savab qazandırar. Hz Peyğəmbər (s) buyurur: “Kişinin həyat yoldaşının yanında əyləşib söhbət etməsi Allah yanında həmin kişinin Kəbə evinin kənarında etikaf etməsindən daha üstündür və savabı da daha çoxdur”.


Hansı 7 əməl insanı peyğəmbərlər (ə) və şəhidlərlə məhşur edər?!


Həzrət Peyğəmbər (s) buyurur: “7 əməl vardır ki, ümmətimdən hər biri (ona) əməl edərsə, Allah Təala onu peyğəmbərlər (ə), siddiqlər, şəhidlər, salehlərlə məhşur edər”. Soruşurlar ki, onlar hansılardır? Buyurur: “1. Kimisə həccə göndərər. 2. Yardım istəyənə kömək edər. 3. Yetimi böyüdər. 4. Yolunu azmışı hidayət edər.
5. Susuza su verər. 6. Acı doyuzdurar. 7. İsti havada oruc tutar”./Deyerler.


Allah-Taalanın (c.c) hikməti dedikdə nə başa düşülür?!


Ancaq dinimizin nəzərinə görə, hikmətin bir neçə sahəsi və mənası vardır. O cümlədən:
1. Elmi hikmət. Bu, ən üstün elmdir ki, Allahın zatına aiddir. Belə ki, hikmət Allahın elmindən və İlahi sevgidən mənbələnir.
2. Dünyanın tədbiri. Belə ki, varlıq aləmi xüsusi qanunlar əsasında xəlq olunmuşdur. Bu dünyanın planı o qədər dəqiq qurulmuşdur ki, hər bir şey öz yerində ən yaxşı şəkildə qərar verilmişdir.-Səcdə/7
3. Allahın hər bir əməlinin hədəfi vardır. Allah heç bir zaman yersiz və boş işlər yerinə yetirməz. Quran bu haqda buyurur:“Biz göyü, yeri və onların arasında olanları bihudə və əbəs yerə yaratmamışıq. Bu, küfr edənlərin zənnidir. Buna görə də(cəhənnəm) od(un)dan vay olsun kafirlərin halına!”. (“Sad” 27)...


Qiyamətdə Günəş, Ay işıq saçmayacaq. Bəs işıq verən nə olacaqdır?


Qiyamət günü fəzanı işıqlandıracaq Günəş, Ay, ulduzlar olmayacaqdır. Qiyaməti aydınlandıran nur – insan nəfsinin nuru olacaqdır. Bu nur – həmin bəsirət nurudur. O günü insana doğru yolu göstərəcəkdir. Qurani-Kərim bu haqda buyurur: “Mömin kişi və qadınların nurlarının qabaqlarında və sağ tərəflərində irəlilədiyini görəcəyin gün, (onlara) «bu gün sizə altından çaylar axan, əbədi qalacağınız Cənnət və bağlarla müjdə olsun» (deyiləcəkdir). Bu, həmin böyük uğur və qurtuluşdur!
İmam Sadiq (ə) bu ayənin təfsirində buyurmuşdur: “Qiyamət günü imanlı insanların nuru onların qarşılarında hərəkət edəcəkdir. O zamana qədər ki, behiştdəki mənzillərinə daxil olarlar”. Hz Peyğəmbər (s) buyurur: “Allah Qiyamət günü hər kəsə əməlinə görə nur inayət edər”. O kəslərin ki, imanı güclüdür – əlbəttə ki, onların nuru başqalarından daha çox olacaqdır. Beləliklə deyə bilərik ki, bəsirət çırağı elə bir nur saçar ki, insana həm dünyada və həm də Qiyamət günü doğru yolu göstərər və məqsədinə, əsil mənzilinə çatdırar. İnsan bu nuru ancaq qəlb gözü ilə görə bilir...


Qiyamət günü hesabsız behiştə gedənlər olacaqmı?


İmam Sadiqin (ə) nəzərinə görə, Qiyamət günü insanlar üç dəstəyə bölünəcəklər ki, onlar ibarətdir:
1. Bir dəstə o kəslərdir ki, başqa insanlar hesab verməklə məşğul olduqları halda onlar İlahi qürb məqamında qərar tutar və onların bu hesaba ehtiyacı olmaz. Çünki bu mərhələləri dünyada olan zaman keçmişdir.
2. Bir dəstə o kəslərdir ki, Qiyamət günü gərək hesab versinlər və onun dayanacaqlarından keçsinlər. Hesab verdikdən sonra əməllərin savab və ya cəzasına çatarlar.
3. Bir dəstə isə o kəslərdir ki, dünyada Allahdan qaçdıqları üçün cəhənnəm quyusuna enərlər.
Beləliklə deyə bilərik ki, Qiyamət günü o kəslər ki, xalis mömindirlər – onlar hesab vermədən, birbaşa behiştə daxil olarlar. Çox təəssüf ki, bu cür insanların sayı həddən artıq azdır.


Ölənlərimizin dəfn olunduqları gecədə bizdən gözlədikləri 11 əməl hansılardır?!


Məsumlarımız (ə) məhz bu gecədə ölənləri gözləyən qəbir sıxıntısından xəbər vermişdilər ki, onlara dua və namazlarımızın yardımı ilə kömək edə bilərik. Bu əməllər ilə tanış olaq.
1. Həzrət Peyğəmbər (s) buyurur: “Meyitə elə hədiyyə və töhfə göndərilməmişdir, məgər o halda ki, istiğfar və tövbədən üstün olsun. Əgər övladı vardırsa, onun istiğfarı hər bir başqa şəxsdən daha üstündür”. Ona görə də Məsumlarımız (ə) tövsiyə edirlər ki, yaxınlarının öldüyü gecə bir çıraq və ya işıqlandırma ilə qəbirlərinin üstünə gedib, onlar üçün bağışlanma istəsinlər.
2. Meyitin öldüyü gecədə sədəqə verin. Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, insan, öz öləninin niyyəti ilə sədəqə verər, Allah Cəbrayilə (ə) əmr edər ki, 70 min mələk həmin sədəqəni onun qəbrinə aparsınlar. Hər bir mələyin əlində bir qab olar ki, onu qəbrə aparar. Deyər: “Salam olsun sənə! Bu filankəs tərəfindən olan hədiyyədir ki, sənin üçün gəlmişdir”. Sonra qəbri nurani olar”...


Niyə ölümün həqiqəti sirr olaraq qalır?


Ölüm – elə bir hadisədir ki, hamı onun həqiqətindən agah olmaq istəyir. Ancaq öləndən sonra insanın nə hiss etdiyi və nələri gördüyü məchuldur. Amma bu həqiqətlər barədə bəzi Quran ayələri və Məsumların (ə) verdiyi xəbərlərdən müəyyən qədər agah olmaq olur. Ancaq bu məlumatlar da ölümün həqiqətini bizə izah etməyə kifayət etmir. Bəs nə üçün ölümün həqiqəti bizim üçün müəyyən mənada gizli saxlanılır? Əmirəl-möminin (ə) “Nəhcul-bəlağə”nin 20-ci xütbəsində ölümün sirr halda qalmasına işarə etmiş və buyurmuşdur: “O şeyi ki, ölülər görüblər, əgər siz görsəydiniz, səbirsiz olar və qorxardınız. Eşidib itaət edərdiniz. Ancaq o şeyi ki, onlar müşahidə edirlər sizin üçün gizlidir. Pərdələrin aşağı düşməsi yaxındır. Həqiqəti dünyada insana nişan veriblər. Əgər doğru şəkildə baxarsa, haqqın səsinə qulaq asarsa, bu dünyada da ibrətverici mövzuları bütün insanlar görə bilər. Qiyamət sizin qarşınızdadır və ölüm sizi arxadan qovar. Yükünüz yüngül olsun ki, ...


Qiyamətin ən çətin hesabı nədən ibarətdir?


Ayətullah İbrahim Əmini “Məad” adlı kitabında Qiyamətin ən çətin hesabı barəsində söz açmışdır ki, onunla biz də tanış olaq. Alimin nəzərinə görə, Qiyamət günü ən çətin hesab verən insanlar – zalımlar və insanların haqlarını tapdalayanlar olacaqlar. İnsanlar bir-birinin yanında yaşadıqları üçün, bir-birlərinə qarşı haqları vardır. İlahi peyğəmbərlər (ə) bu haqları tanıtmış və zalımlara əzab vəd etmişdilər. Başqa sözlə desək, ər və arvad, ana və ata, övlad, qohumlar, yaxınlar, qonşular, həmvətənlər, cavanlar və qocalar, zənginlər və yoxsullar... bunların hamısının bir-birinə qarşı haqları vardır. Allah Qiyamət günü ola bilsin ki, Öz haqqından keçsin, ancaq insanların bir-biri üzərində olan haqqından heç bir zaman keçməyəcəkdir. Əmirəl-möminin (ə) buyurur: “Zülm üç cürdür: Birinci zülm odur ki, bağışlanılmaz. İkinci o zülmdür ki, məhkəməsiz xilas olmaz. Üçüncü zülm odur ki, bağışlanar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter