Şübhə-5: Dini və şəxsi həyatda İnanmaq yox, bilmək istəyirəm?!
Cavab: Ruhların, cinlərin, əxlaqın və gözəlliyin elmi şəkildə isbatı olmaması bunların yoxluğunu qəbul etməyə səbəbiyyət vermədiyi kimi, Allahın varlığınıda elmi şəkildə isbat edə bilməmək, Allahın yox olduğu mənasını vermir. Bu kainatın sonu olmadığı üçün kainatın sonu olmayacağına inanmaq kimidir. Biz √2=1.4 etdiyini təbiətdə nəyəsə baxaraq, müşahidə apararaq yaxud laboratoriyada sınaq keçirdərək sübut edə bilmərik. Bu onda √2=1.4 olmadığı mənasınımı verir bizə? Əlbəttə ki, xeyr.
Enis Doko: “Elm səbəbləndirilmiş inancdır”...
ŞÜbhə-4 Deyək ki, Allah var. Bəs niyə sadəcə bizə görə bu qədər zəhmətə girib bu böyüklükdə kainatı yaratdı?
Cavab: Bunu belə açıqlamaq olar: Günəş işıq saçdığı üçün, günəş adlanır. Yəni Allah ən gözəl yaradılışa sahib olduğu üçün, Allah adlanır.
Məsələn: Bülbül oxusada, oxumasada bülbüldür. Amma oxumağı, onun bülbül olmasına məna gətirir. Yəni Allah, yaratmaq qabiliyyəti olduğu üçün yaradar. Əgər yaratmasa idi, qabiliyyətinin mənası qalmazdı.
Nəticə etibarı ilə deyə bilərik ki, ateistlər irrasional inanclarında təkid edirlərsə, Firon kimi qarşısında əsanı əjdahaya çevirən Musanın təbliği kimi teistlərin açıqlamalarıda faydasızdır. Yəni bütün iddialara cavab verilsə belə, iman gətirməyə qarşı olan zehinə sahib insanın özü bunları görmək istəmirsə, iman gətirməsidə mümkün deyil...
İnsanın zati fəqirliyi nə deməkdir?
Rəhmətlik İmamın (r.ə) “Vədeyi didar” kitabında oğluna yazdığı nəsihətlərin birində oxuyuruq: “Oğlum! Əhməd Xomeyni! Allah hidayətini sənin ruzin qərar versin! Dünya istər əzəli olsun, istərsə də əbədi – hamı fəqirdir. Çünki var olmaq onların zatı deyildir. Əgər fəqir olan bu cahana xitab edərək desən ki: “Ey fəqir varlıqlar! Kim sizin ehtiyacınızı aradan qaldıra bilər?”. Hamısı fitrət dili ilə fəryad çəkərlər: “Biz o mövcuda möhtacıq ki, bizim kimi fəqir deyildir və kamil varlıqdır”. Bu fitrət də onların özündən deyildir.
“(Ya Peyğəmbər!) haqqa tapınaraq ürəyini bu dinə sarı döndər. Allah həmin fitri din əsasında insanları yaratmışdır. Allahın xilqətində əsla bir dəyişiklik ola bilməz (və Onun dinində də olmamalıdır). Sabit və möhkəm olan din – budur. Lakin camaatın əksəriyyəti (bunu) bilmir”. (“Rum” 30).
Tövhid fitrəti Allahdandır və fəqir məxluqlar zatən fəqir və möhtacdırlar. Onların fitrətinin fəqir olması həmişəlikdir. İstər əzəli olsun, istərsə də əbədi. Ondan başqası işləri aça bilməz. Hər kimin camalı və kamalı vardır – özündən deyildir, Ondandır...
Qəlbimizdə imanı necə gücləndirə bilərik?
Qəlb imanını gücləndirmək üçün müxtəlif yollar tövsiyə edilir ki, onlarla tanış olaq:
1. Qəlb imanını gücləndirməyin ən yaxşı yolu – davamlı olaraq Allahı yada salmaqdır. Allahı yada salmaq – qəlb əminliyinə gətirib çıxardar və qəlb sahibi əminlik əldə edər.
2. Dini düzgün tanımaq – imanı gücləndirməyin başqa yoludur. İnsan hər nə qədər dini düzgün tanıyarsa, dini inancı da düzgün formalaşar. O, dinin əleyhinə olanların təbliğatı qarşısında daha müqavimətli olar.
3. Qəlb imanını gücləndirməyin başqa yolu – eşq və məhəbbətdir. Allahı sevmək, Peyğəmbəri (s) sevmək, Əhli-Beyti (ə) sevmək – insanın imanına böyük təsir qoyur.
Şəhid Mütəhhəri bu haqda buyurur: “Əhli-Beyt (ə) – məktəbinin başqa məktəblərdən üstünlüyü bundadır ki, əsil bünövrəsini məhəbbət təşkil edir. Əhli-Beyt (ə) məzhəbi – eşq məzhəbidir”....
Bəzi insanlar niyə dindən qaçırlar?
Bəzi insanların dindən qaçmağının səbəblərini bilmək üçün onların şəxsiyyətini tədqiq etmək lazımdır. Onlarla rabitə ikitərəfli olmalıdır. Yəni, onlara sual verilməsi, tənqid etməkləri, seçim etməkləri üçün icazə verilməlidir. Onlar təhqir olunmamalı və məcburiyyət qarşısında qalmamalıdırlar.
Həzrət Peyğəmbər (s) buyurur ki, Qiyamət günü ən çox sual olunacaq dövr - cavanlıq dövrüdür. Ona görə də Həzrət (s) belə tövsiyə verir: “Cavan yaşında Allah bəndəsi olan cavan abidin, qoca yaşında ibadətə üz çevirən yaşlılardan üstünlüyü, İlahi mələklərin başqa insanlardan üstünlüyü kimidir”.
Qurani-Kərim Peyğəmbərin (s) şəxsiyyəti haqqında buyurur: “Həqiqətən sizə (mələklərdən və cinlərdən deyil) özünüzdən olan bir peyğəmbər gəlib ki, sizin əziyyət və zərərə düşməyiniz ona ağırdır; o, sizi(n iman gətirməyinizi və kamala çatmağınızı) çox istəyir və möminlərə qarşı çox mərhəmətli və mehribandır”. (“Tövbə” 128)....
Ramazan ayının başqa aylara nisbətdə hansı 7 mənəvi üstünlüyü vardır?!
O zaman və məkan ki, Uca Allahın adına aid olar – xüsusi əzəmət və məqama malik olar. Kəbəni, Allahın evi adlandırırlar. Ona görə də ora xüsusi əzəmətə və müqəddəsliyə malik olan məkandır. Ramazan ayı Allaha məxsus olduğu üçün, xüsusi əzəmətə malikdir. Bu ayın fəzilətləri başqa aylardan fərqlənir. Bu mübarək ayın fəzilətləri ilə tanış olaq:
1. Günahların məhv olduğu aydır. Həzrət Peyğəmbər (s) buyurur: “Ramazan ayı ona görə belə adlandırılmışdır ki, günahları yandırar”.
2. Atəşdən nicat ayıdır. Peyğəmbər (s) buyurur ki, Ramazan ayı elə aydır ki, əvvəli – rəhmət, ortası – bağışlanma və sonu –cəhənnəm atəşindən nicatdır. İmam Sadiq (ə) buyurur ki, bu ayın hər gecəsində cəhənnəmdən günahkar bəndələr nicat taparlar.
3. Behiştin qapılarının açıldığı aydır. Həzrət Peyğəmbər (s) buyurur: “Ramazan ayının hilalı görünən zaman səmanın qapıları, behiştin qapıları, rəhmət qapıları açılar. Cəhənnəmin qapıları bağlanar”...
Ramazan ayında yemək və içməkləri tənzimləmək üçün hansı 5 məsləhət diqqət etmək lazımdır?!
Ramazan ayında yemək və içməkləri tənzimləmək üçün bir neçə tövsiyətə diqqət edək:
1. Çay və qəhvə içəcəklərinin sayını azaltmaq. İftar və obaşdanlarda bu nöqtəyə diqqət etsək, bədənimizi susuzluğa vərdiş etdirmiş olarıq.
Həmçinin həkimlər tövsiyə edir ki, Ramazan ayı boyunca çaydan daha çox, su içməyə meyil edilsin. Çünki çayın və qəhvənin tərkibində olan kofein insanı gün ərzində daha çox susuzlada bilər.
2. Yeməyin həcmini azaltmaq. Çalışmaq lazımdır ki, Ramazan ayı müddətində bədənə daxil olan qidanın həcminə nəzarət edək. Çünki gün ərzində ac qalan mədə, çox həcmli qida ilə qarşılaşan zaman çox əziyyət çəkir və bu, insanın sağlamlığı üçün faydalı deyildir. Bizi doyuzduracaq və gümrah saxlayacaq həddə yesək, kifayətdir....
Ramazan ayında Allaha itaət olan oruc tutmaqdan qaçmaq istəyənlərin 7 bəhanəsi!!
Bəhanə: Mən hesab edirəm ki, ən başlıcası – insanın qəlbinin təmiz olmasıdır. Oruc tutmaq isə o qədər də vacib deyil.
Cavab: Mübarək dinimiz də qəlbin təmizliyini əsas amillərdən sayır. Amma məhz elə oruc həmin bu qəlb təmizliyinə nail olmağın zəruri elementlərindəndir.
Bəhanə: Mən Allaha inanıram və məncə bu kifayətdir. Oruc tutmağa isə ehtiyac görmürəm.
Cavab: Çox gözəl. Amma iş burasındadır ki, sənin inandığın o Uca Allah oruc tutmağı sənə vacib bilir. “Ey, iman gətirənlər! Sizdən əvvəlkilərə yazıldığı kimi, sizə oruc yazıldı və qərara alındı ki, bəlkə təqvalı olasınız” (Qurani-Kərim, 2:183-184).
Bəhanə: Yayda oruc tutmaq mümkün deyil.
Cavab: Bəs onda, orucluğun yay aylarına təsadüf etdiyi saysız-hesabsız hallar necə olsun? Bəs, isti iqlimi olan ölkələrdə oruc tutanlar necə? Sözsüz ki, milyardlarla oruc tutan insanın nümunəsi dediyinizin əksini sübut edir...
Ramazan ayında şeytanın zəncirə vurulması nə deməkdir?
Sonra üzünü insanlara tutub buyurardı: “Ey müsəlmanlar! O zaman ki, Ramazan ayının hilalı görünər, qovulmuş şeytan zəncirə vurular. Səmanın qapıları, behiştin qapıları və rəhmət qapıları açılar. Cəhənnəmin qapıları bağlanar. İstəklər yerinə yetər. Hər iftar zamanında Allahın azad etdikləri vardır ki, onları cəhənnəm aətşindən azad edər. Hər axşam carçı car çəkər: “İstəyən vardırmı? Bağışlanma diləyən vardırmı?”””. Bu hədisdə də gəldiyi kimi, Ramazan ayı başlayan kimi insanlara tələ quran şeytanlar zəncirə vurular. Bunu qeyd etmək lazımdır ki, şeytanın zəncirə vurulması o demək deyildir ki, onun tərəfindən bizim əleyhimizə heç bir iş görülməyəcəkdir. Peyğəmbərin (s) kəlamı bir metafora ola bilər və bu mənaya işarə edir ki, bu mübarək ayda şeytanın fəaliyyəti məhdud olduğu üçün əvvəlki kimi vəsvəsə edə bilmir. Lakin buna baxmayaraq, o lənətliyin ardıcılları çox olduğu üçün, şeytanın işini yerinə yetirə bilirlər. İnsan bu hədisə görə arxayın olmamalı və diqqətini əldən verməməlidir.
Sadəcə, bu ayda şeytan (ə) zəiflədilir və insanın islahı üçün maneələr azalır. Yəni, insanın vücudi fürsətləri artır...
Hansı zaman və məkanlarda dua və zikr etmək insanın ziyanlardan amanda saxlayar?!
Ariflərin nəzərinə görə, zikr qəflət meydanından çıxıb məhəbbətin çox olduğu səhnəyə daxil olmaqdır. Zikr və dua etmək bu zaman və məkanlarda tövsiyə olunur:
1-Qəm qərar verən zaman. Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman qəmgin olsan, Allahı öz qəminin yadına sal. Nə zaman hökm vermək istəsən, Allahı dilinin yadına sal. Nə zaman bir şeyi bölmək istəsən, Allahı əlinin yadına sal”. Bu 3 hal insanı büdrədə bilən hallardır və insan Allahı yada salaraq, həmin büdrəmələrdən xilas ola bilər. İnsan Allahı yada salaraq ümidsizlikdən xilas olar, rahatlıq tapar.
2- Qəzəblənən zaman. Həzrət Peyğəmbər (s) buyurur: “Allah peyğəmbərlərindən (ə) birinə vəyh edir ki: “Ey Adəm övladı! Qəzəblənən zaman Məni xatırla ki, Mən də qəzəblənən zaman səni xatırlayım və səni başqaları ilə həlak etməyəm””...