Zöhr vә әsr (günоrtа vә ikindi) nамаzlаrını yubаdıb ахşама yахın qılмаq оlаrмı?
Cаvаb: Bilмәliyik ki, zöhr vә әsr nамаzlаrının hәм хüsusi vахtı vаr, hәм dә мüştәrәk vахtı. Хüsusi vахt о dемәkdir ki, hәмin vахtdа uyğun nамаzdаn bаşqа nамаz qılмаq оlмаz. Мәsәlәn, günоrtа аzаnı vеrildikdәn sоnrа dörd rәkәtlik bir мüddәtdә yаlnız vә yаlnız günоrtа nамаzı qılмаq оlаr. Gün bаtмаzdаn qаbаqkı dörd rәkәt vахt isә әsr nамаzınа мәхsusdur. İki vахtın аrаsındа qаlаn vахt мüştәrәk vахt аdlаnır vә hәмin bu мüştәrәk vахtdа zöhr vә әsr nамаzlаrını аrdıcıl qılмаq оlаr. Амма nамаzı fәzilәtli vахtındа qılмаq istәyәnlәr bilмәlidirlәr ki, zöhr nамаzının әn fәzilәtli vахtı günоrtаdаn budаğın kölgәsi özü bоydа оlаnа qәdәrdir. Еlә ki, аğаc budаğının kölgәsi оnun hәqiqi ölçüsü bоydа оldu, zöhr nамаzını fәzilәtli vахtı bitir vә әsr nамаzının vахtı bаşlаyır. Günоrtа nамаzını ахşама yахın qılаn şәхs оnu мüştәrәk vахtındа qılмış оlur. Bu vахt günоrtа nамаzının fәzilәtli vахtı dеyil. Tәbii ki, nамаzı fәzilәtli vахtındа qılмаğа iмkаn tаpмаyаnlаr оnu ахır vахtınаdәk qılмаlıdırlаr...
Nә üçün nамаzdа \"bizi dоğru yоlа hdiаyәt еt” dеyilir?
Cаvаb: Vаrlıq аlәмindә оlаn hәr bir маddi vә мәnәvi şеy dәyişkәnliyә мәruz qаlır. İstәnilәn bir hаdisә hаnsısа şәrаitdә bаş vеrir. Hәr hаnsı bir hаlın dаvам еtмәsi üçün мüәyyәn şәrаit lаzıмdır. Мәsәlәn, оtаqdа еlеktrik lамpаsı yаndırılırsа, bu о dемәk dеyil ki, bu lамpа sönә bilмәz.
Dоğru yоlа hidаyәt мövzusu dа uyğun qаnunа әsаslаnır. Dоğru yоldа оlаn fәrdin vә yа cәмiyyәtin bu yоldа qаlмаsı üçün хüsusi şәrtlәr ödәnмәlidir. Әks tәqdirdә, dоğru yоlu tаpмış şәхs gәlәcәkdә bu yоldаn çıха bilәr. Dемәk, dоğru yоlu tаpdıqdаn sоnrа bu yоlu itirмәk tәbii bir hаldır.
Bu gün dоğru yоldа оlаn fәrdin vә yа cәмiyyәtin gәlәcәkdә hаnsı yоldа оlаcаğı hаqqındа bir söz dемәk оlмаz. Sаdәcә, fәrd әldә еtdiyi vәziyyәtdәn fаydаlаnаrаq, Аllаh dәrgаhınа üz tutub bu мisilsiz nемәtdәn мәhruм оlмамаğını istәмәlidir. Dоğru yоldа оlаn insаnın \"bizi dоğru yоlа hidаyәt еt” dемәsi hәмin yоldаn büdrәмәмәk üçündür. Dоğru yоl böyük bir nемәtdir vә bu nемәtdәn ötrü Аllаhа duа еtмәk zәruridir...
SUAL: Həşəratı öldürmək günah hesab edilirmi?
Cavab: Heyvanlar, insan həyatının qalması və davamı üçün lazım və zəruri bir mövcuddurlar. Allah Taala buyurur: \"Biz göyləri, yeri və onların arasında olanları oyun-oyuncaq (əyləncə) yaratmadıq!\" (\"Duxan\" surəsi, ayə 38). Burdan başa düşürük ki, hər bir şeyin vücudunda hikmət və xeyir qoyulmuşdur. Yenə buyurur: \"Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur (Allahdır)! O, hər şeyi biləndir!\" (\"Bəqərə\" surəsi, ayə 29). Burdan aydın olur ki, hər bir şeyin xeyri insana aiddir və insana qayıdır. Deməli, həşəratlar da insan üçün faydalıdır.
Digər məsələ isə budur ki, dünyada yaşayan bütün heyvanlar da hər biri özlüyündə bir ümmətdir və nəhayət, Allaha tərəf məhşur olacaqlar. Qurani-kərimdə buyurulur: \"Yerdə gəzən elə bir heyvan, qanadları (iki qanadı) ilə uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın...
Sahibi də məlum olmayan və haram yoldan əldə edilmiş pulun xumsu tez bir şəkildə ödənməlidirmi?
Cavab. Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim Haram yol ilə əldə edilən pul əldə edənin şəxsi malikiyyətində deyil. Öz əsas maliki və ya maliklərinə qaytarılmalıdır. Əgər bu mümkün deyilsə, məchulul-malik, yəni sahibi məlum olmayan hökmündədir. Bir sıra təqlid mərcələrinin bu barədə fətvalarını sizə çatdırırıq:
-Ayətullah əl-üzma Sistani: O pulun hamısını seyid olmayan dindar fəqirlərə sədəqə versin, xümsu yoxdur...
Sual : Hansı hallarda qadın şəriət hakiminə müraciət edərək talaq tələb edə bilər?
Cavab:Aşağıdakı hallarda şəri hakimə müraciət edə bilər:
1. Kişi öz həyat yoldaşının nəfəqəsini və yaşayış xərclərini ödəməsə və talaq verməyə də razı olmasa. Həmçinin kişinin ödəməyə imkanı olmasa və talaq da vermək istəməsə;
2. Kişi öz xanımını incitsə və Allahın əmrinə zidd olaraq onunla pis rəftar etsə;
3. Kişi öz xanımını atsa və onun hal və vəziyyətini müəyyənləşdirməsə: Belə ki, qadın ərsiz qalsa.
Əgər kişi qadının cinsi istəklərini kamil şəkildə ödəyə bilməsə, vacib ehtiyata əsasən- hər cür yolla (müalicə ağır və baha olsa belə) qadının istəklərini ödəməli yaxud talaq verməlidir. Hərçənd qadının səbr etməsi müstəhəbdir...
Sual : Namahremlə zarafatlaşmağın hökmü nədir ?
Cavab:Şübhəsiz müxalif cinslə zarafat etmək ədəbsizlik də olmasa, yolunu azma və şeytanın insana qalib gəlməsinə şərait yaradır. Ona görə də İslam dindən uzaqlaşma ilə mübarizədə, ona şərait yaradanların da qarşısını alır. Məsələn kişiləri, qadının yeri soyumadan orada oturmaqdan çəkindirir. Yaxud qadınlara əmr verib ki, naməhrəmlərlə münasibətdə yumşaqlıq göstərməsinlər (\"Əhzab\" surəsi, ayə 32). Nəticədə, ən yaxşısı budur ki, qadın-kişi zarafatdan ədəbsizlik də olmasa çəkinsinlər.
Sonda bir şeyi xatırlatmaq zəruridir: Deyilənlərin hamısı ümumi bir hökmdür, ona görə də zarafatların növü arasında (çat, sms və digər vasitələrlə) və naməhrəmlərin növü arasında (sinif yoldaşı və ondan qeyrisi) heç bir fərq yoxdur...
Xristian dinində şərabın hökmü necədir?
Şərab içmək hələ Həzrət Adəmin (ə) zamanından haram buyurulmuşdur. Mömin insanlar həmişə ondan çəkinmiş və başqalarına da qadağan etmişdilər. İslam dinində də şərab içmək haramdır. Bəs xristian dinində şərabın hökmü necədir?
İndiki xristianlar şərab içməyi caiz bilirlər. Ancaq dinin əsil formasında şərab haram olmuşdur. Allah Təala öz dinini ağıl üzərindən nazil etmişdir. Ancaq şərab ağlı xarab edir. O zaman ki, insanın ağlı xarab olar – hər bir cinayəti etməyə qadir olar. Bu isə Allah dininə uyğun gəlmir. Ona görə də qətiyyən demək olmaz ki, xristian dinində şərab içmək caizdir.
Şərabın bütün dinlərə haram olması ilə bağlı hədislərdə oxuyuruq ki, adətən Allah bir hökmü verən zaman onu cəmiyyətdə tədrici həyata keçirərdi. Eləcə də şərabın haram olmasını. Şərab ümumiyyətlə haramdır. Ancaq onu insanlara birbaşa demək – onlarda əks reaksiya yarada bildiyi üçün Allah onu tədrici olaraq haram buyurmuşdur. Çünki əks halda zəif insanlar dindən xaric ola bilərdilər...
Nə üçün şiələr namaz vaxtı qarşılarından keçən adama mane olmadıqları halda, sünnilər bu işə sərt şəkildə əks-əməl göstərirlər?
Cavab: Şiə fiqhinə görə, gəliş-gediş olan yerdə namaz qılan şəxs müstəhəbdir ki, qarşısına təsbeh kimi bir şey qoymaqla arakəsmə yaratsın. Namaz qılanın bundan başqa vəzifəsi yoxdur. Sünnə əhlinin bir hissəsi isə namaz qılanın qarşısından keçməyi haram bilir, bəzən isə bu namazı batil sayırlar.(\"Səhihe-Buxari”, namaz kitabı, fəsil 100-101)
Hənəfilər və malikilər bildirirlər ki, qarşıdan keçənə mane olmaq lazımdır. Namaz qılanın qarşısından keçməyi şafeilər haram, hənbəlilər isə məkruh sayırlar və deyirlər ki, qarşıdan keçənə işarə ilə mane olmaq lazımdır.(\"Əl-fiqh ələl-məzahibil-ərbəə”, c. 1)
Möminlərə tövsiyə olunur ki, sünnə əhlinin etiqadına hörmətlə yanaşıb, namaz halında onların qarşısından keçməsinlər. Əgər bir sünni müsəlman bu işə görə sizə etiraz edərsə, bu etirazı qərəzli saymayın...
Nə üçün şiələr camaat namazında qabaq cərgədə yer olduğu halda arxada və ya tək dayanıb namaz qılırlar?
Cavab: Şiə fiqhinə görə, sıralarda yer olduqda tənha dayanmaq məkruhdur (bəyənilmir) və namazın savabını azaldır. Eləcə də, müstəhəbdir ki, sıralar nizamlı olsun, çiyin-çiyinə dayananlar arasında məsafə qalmasın. Sünnilər isə bu işləri vacib sayır, bəzən isə tənha duranların namazını batil hesab edirlər.
Bunu da qeyd etməliyik ki, hənbəli məzhəbinə görə, kişilərə gündəlik namazı məsciddə camaatla qılmaq vacibdir, hətta üzrsüz olaraq camaat namazında iştirak etməyənlər cəzaya layiqdirlər.(\"Töhfətul-ixvan”, Ben Baz, s. 96 və \"Əl-fiqh ələl məzahibil-ərbəə”, c. 1 səh-405.)
(Məlum olduğu kimi, vəhhabilər adətən özlərini hənbəli hesab edirlər). Eləcə də, camaatdan arxada tənha dayanan kəsə qarşı şübhə yaranır ki, bu şəxs camaat namazında iştirak etmir. Bir daha qeyd edək ki, möminlər namaz qaydalarına əməl etməli, namazın savabını azaldacaq işlərə yol verməməli, məzhəbə qarşı mənfi fikir yaratmamalı, qabaq sırada yer olarkən ayrıca sıra təşkil etməməli, tənha dayanmamalıdırlar...
Nə üçün həmd surəsindən sonra sünnilər \"amin” deyir, biz isə demirik?
Cavab: İslam hökmlərinə görə şəriətə nə isə artırıb azaltmaq olmaz. Həmddən sonra Peyğəmbər (s) və İmamların \"amin” deməsi barədə sübut olmuş xəbər yoxdur. Amma mötəbər bir rəvayətdə İmam Sadiq (ə) buyurur: \"İmamın arxasında namaz qıldığınız vaxt o, həmdi oxuduqdan sonra \"amin” yox, \"əlhəmdulillahi rəbbil-aləmin” deyin” (\"Vəsailüş-şiə”, fəsil 17, hədis 1) Şiə fiqhində \"amin” kəlməsi namazın mətnindən sayılmır. Bu kəlməni mətndən sayaraq deyən kəs bidətə yol verir və namazı batil edir. Sünnə əhli isə öz kitablarındakı rəvayətlərə əsaslanaraq \"amin” deyilməsini müstəhəb sayır və deyirlər ki, Peyğəmbər (s) bu işi özü görmüş və digərlərinə də əmr etmişdir...