İmam Zaman ağanın (ə.f) qonaqlığında təam edən mömin kim olub?


İmam Zaman ağanın (ə.f) qonaqlığında təam edən mömin kim olub?Məşhur Əhli-Beyt (ə) alimlərindən biri olan Əbu Muhəmməd İsa ibni Məhdi Cövhəri nəql edir: “268-ci ildə eşitmişdim ki, İmam Zaman ağa (ə.f) İraqdan Mədinəyə köçmüşdür. Mən də Həzrəti (ə.f) ziyarət etmək və həcci yerinə yetirmək niyyətilə yola düşdüm. Mədinəyə gəlib çatdım və dostlarımla görüşdüm. Mənə bir evi göstərib dedilər ki, İmam (ə.f) orada sakin olur. Həmin evin yanına getdim və gözlədim ki, məğrib namazı gəlib çatsın. Namazı qıldım, Allahımla raz-niyaz etdim və dua etdim ki, Mövlamla (ə.f) görüşə bilim. Bu zaman evdən bir xidmətçi çıxdı və mənə yüksək səslə dedi: “Ey, İsa ibni Məhdi Cövhəri! Evə daxil ol!”. Mən çox sevindim və Allaha həmd edərək, evə daxil oldum. Mən evə daxil olan zaman böyük bir süfrə açıldığını gördüm və xidmətçi məni süfrənin yanında əyləşdirib, dedi: “Mövlam buyurmuşdur ki, bu yeməklərin hansından istəsən, ye”...


İmam Mehdinin (ə.f) doğulmasını necə sübut edək?


İmam Mehdinin (ə.f) doğulmasını necə sübut edək?İmam Mehdinin (ə.f) doğulması mövzusunda yəqinə çatmaq üçün aşağıdakı amillər nəzərə alınır:
1. İmam Mehdinin (ə.f) dünyaya gəlişi və bunula bağlı müjdəverici (insanları müjdələyən) xəbərləri uyğun (mütabiq) dəlillə sübut edilən hədislər. Onların toplusu 214 hədisdən ibarətdir (“Kəmalud-din” səh.407-408, 424-426 və 430-433).
2. İmam Mehdinin (ə.f) doğum ili barədə nəql edilmiş hədislər (“Biharul-ənvar”, c.51, səh.422).
3. Həmin ilahi şəxsə istinad edilən məktublar. Bu məktubların sayı onlarlarladır ki, bu haqda gələcək məqalələrdə danışacağıq.
4. Bəni-Abbas hakimiyyəti tərəfindən İmam Mehdini (ə.f) ələ keçirmək və onu qətlə yetirmək kimi siyasi təzyiqlərin müşahidə edilməsi.
5. Qısamüddətli qeyb dövründə dörd naibin varlığı və insanların onlar vasitəsi ilə İmam Mehdi (ə.f) ilə əlaqə saxlamaları...


Zühur zamanı Həzrət İmam Mehdinin (ə.f) edəcəyi ilk işlər nələr olacaq?


Zühur zamanı Həzrət İmam Mehdinin (ə.f) edəcəyi ilk işlər nələr olacaq? Zühur zamanı əziz İmamın (ə.f) Məkkə şəhərində edəcəyi ilk işlər:
1. Tanıtmaq. İmam Səccad (ə) buyurur: \"O Həzrət danışacaq və deyəcəkdir ki, ey insanlar, mən filankəsəm, filankəsin oğluyam. Mən Peyğəmbərin (s) övladıyam. Sizi o şeyə dəvət edirəm ki, Allahın Peyğəmbəri (s) dəvət etmişdir”. 2. Təcavüzkarlara qarşı müdafiə. Hədisin ardınca deyilir: \"Ona hücum ediləcəkdir ki, onu öldürsünlər. 313 nəfər onu müdafiə edəcəkdir”. 3. İbadət. Müdafiə olunduqdan sonra rüknlə məqam arasında dörd rükət namaz qılacaqdır...
4. Beyət almaq. İmam Sadiq (ə) buyurur: \"Bu zaman səmadan onun adına nida gələcəkdir və o, məqamın arxasında olacaqdır. Səhabələri ona deyəcəklər: \"İndi sizin adınızla nida olundu, nəyi gözləyirsiniz?”. Bu zaman onun əlindən tutub ümumi beyət üçün gətirərlər. Həzrət gələr və Həcərul-əsvədə söykənər”...


İmam Zamanın (ə.c) həyatı neçə dövrədən ibarətdir?


İmam Mehdinin (ə) həyatı üç dövrdən ibarətdir:
1. Gizli həyat dövrü: Həzrətin gizli həyat dövrü doğum günündən atası İmam Həsən Əskərinin (ə) şəhadətinə (beş yaşına) qədər müddəti əhatə edir.
2. Qeyb dövrü: İmam Həsən Əskərinin (ə) şəhadətindən başlayıb, İmam Mehdinin (ə) Allahın icazəsi ilə zühur edəcəyi dövrə qədər müddəti əhatə edir. Əlbəttə, qeyb dövrü iki hissəyə bölünür: ...
3. Zühur dövrü (əsri): Qeyb dövrü bitdiyi zaman on ikinci İmam (ə.c.) Allahın icazəsi ilə zühur edəcək və dünyanı yaxşılıq, gözəllik, haqq və ədalətlə dolduracaqdır. Heç kim o İmamın (ə.c.) nə vaxt zühur edəcəyini bilməz və rəvayətlərdə onun zühur zamanını təyin edənlərin və “zühur vaxtını bilirəm” deyənlərin yalançı olduqları nəql edilmişdir.


İmam Mehdi (ə.f) üçün hansı məkanda dua etmək tövsiyə edilib?


İmam Mehdi (ə.f) üçün hansı məkanda dua etmək tövsiyə edilib? Nəql olunan hədislərə əsasən, bəzi müqəddəs məkanlarda İmam Mehdi (ə.f) üçün dua oxumaq xüsusi olaraq təkidlə tövsiyə edilmışdir. O cümlədən, Məscidül-həram (Məkkə), Kufə və Səhlə məscidləri (Kufə), Cəmkəran məscidi (Qum) və s. kimi həzrətə aid yerlər; İmam Hüseynin (ə) hərəmi (Kərbəla); İmam Rzanın (ə) hərəmi (Məşhəd); İmam Əskərinin (ə) (və İmam Hadinin (ə)) hərəmi (Samirə); ümumi şəkildə İmamlardan hər hansı birinin hərəmi; Vüquf məhəllində (Ərəfatda) qeyd edilən məkanlara aiddir.


İmam Məhdi (ə.f) tərəfdaşlarının “bulud kimi toplaşması” nə deməkdir?


İmam Əli (ə) “Nəhcul-bəlağə”də İmam Zaman ağanın (ə.f) dostlarının və tərəfdaşlarının sifətlərini bəyan etmişdir ki, onlarla tanış olaq: İmam Əli (ə) buyurur: “Onun İmam Məhdi (ə.f) tərəfdaşlarının “bulud kimi toplaşması” nə deməkdir? davamçıları payız buludları kimi toplaşarlar”. Təfsirçilərin nəzərinə görə, İmam işarə edir ki, İmam Məhdinin (ə.f) tərəfdaşları mənəvi cəhətdən o qədər yüksələcəklər ki, teyyul-ərz vasitəsilə özlərini Kəbə evinə çatdıracaqlar. İmam Əli (ə) payız buludu dedikdə, onların sürətini də nəzərdə tutur ki, necə sürətlə İmamın (ə.f) ətrafında toplaşacaqlar...


İmam Zamanın (ə.f) evi haradadır?


Bəziləri isə belə güman edir ki, İmamın (ə.f) yaşadığı yer - Bermud üçbucağıdır. Deyirlər ki, çünki bu yerə heç kəs gedib çıxa bilmir. Hər nə qədər ora getməyə cəhd edilibsə də, nəticəsiz qalmışdır. Heç kəs İmamın (ə.f) yaşadığı yeri dəqiq bilmir. İmam Sadiqin (ə) buyurduğuna görə, İmam Zaman ağanın (ə.f) hər il gəldiyi yer - Ərəfat səhrasıdır. İmam (ə.f) hər il həcc əyyamında Ərəfata gəlir. İmam Sadiq (ə) buyurur: “O zaman gəlib çatacaqdır ki, insanlar zəmanələrinin İmamını görməyəcəklər. İmam isə həcc mərasimində onları görəcək. Lakin onlar onu görməyi bacarmazlar”. Böyük alimlərin əksər hissəsi İmamı (ə.f) Kufədə, Nəcəfdə, Kərbəlada, Mədinədə, Məkkədə və müqqədəs şəhərlərdə ziyarət etmişdilər. Hədislərin dediyinə görə, İmam elə yerdə sakindir ki, insanlardan uzaq olan dağlar və səhralardadır...


İmam Zaman ağanın (ə.f) tövsiyə etdiyi dualar hansılardır?


İmam Zaman ağanın (ə.f) tövsiyə etdiyi dualar hansılardır? İmam Zaman ağa (ə.f) buyurur: “Nə zaman bizim vasitəmizlə böyük məqamlı Allaha diqqət etmək istəsəniz, bizə tərəf üz tutmaq istəsəniz, Allah Təalanın buyurduğu kimi deyin: Salamun Ali Yasin سلامٌ علی آل یاسین İsfahan ticarətçilərindən biri ki, alimlər tərəfindən etimad edilən şəxs idi, yuxuda görür ki, İmamın (ə.f) xidmətindədir və Həzrətdən (ə.f) soruşur: “Sizin fərəciniz nə zaman gəlib çatacaqdır?”. İmam (ə.f) buyurur: “Yaxındır, bizim davamçılarımıza deyin ki, “Nüdbə” duasını cümə günləri oxusunlar”.
Mərhum Şeyx Təbrisi yazır: “Əbulhəsən Muhəmməd ibni Əhməd öldürülmək qorxusundan İmam Kazımın (ə) və İmam Cavadın (ə) qəbrinə pənah aparır. Yuxuda İmam Zamanı (ə.f) ziyarət edir və İmam (ə.f) ona “Fərəc” duasını təlim verir. O da bu duanı oxumağın bərəkətinə görə öldürülməkdən nicat tapır”.


Ayətullah Safi Gülpayiqani: “Vəliyyi-Əsrin (ə) razılığını cəlb etmək bütün işlərin başında durmalıdır”


Ayətullah Safi Gülpayiqani: “Vəliyyi-Əsrin (ə) razılığını cəlb etmək bütün işlərin başında durmalıdır” Ayətullah Lütfullah Safi Gülpayiqani Qumda keçirilən görüşlərin birində demişdir: “Cəmiyyətin ruhani təbəqəsindən tutmuş qeyri-ruhani təbəqəsinə qədər hamı gərək Vəliyyi-Əsrin (ə) xidmətində olsun və bu yolda səy göstərməlidir”. Bu mərcəyi təqlid buyurur: “Cəmiyyətdə tərbiyə və mədəniyyət yaratmaq məsələsi cinayət və digər pisliklərlə mübarizədə böyük əhəmiyyətə malikdir. Bütün təşkilatlar gərək öz vəzifələrinə düzgün əməl etsinlər. İnşallah ki, günü-gündən cinayətlər azalacaqdır. Nəzm və intizam - mühüm və əsas məsələlərdən hesab edilir. Təhlükəsizliyi bərqərar etmək və cinayətkarla mübarizə aparmaq sahəsində görülən fəaliyyətlər təqdir edilməlidir”.


Qeyb dövründə Allahın dinində möhkəm olmaq hansı dua və zikri oxuyaq?


Qeyb dövründə Allahın dinində möhkəm olmaq hansı dua və zikri oxuyaq? İmam Sadiq (ə) İbn Sənana xitab edərək buyurmuşdur: “Tezliklə şəkk və tərəddüdə düşəcəksiniz, aydın nişanə və yol göstərən İmamsız qalacaqsınız. Həmin şəkk və tərəddüddən “Ğəriq” duasının oxuyandan başqa heç kəs qurtula bilməyəcək.” (İbn Sənan nəql edir ki,) dedim: “Ğəriq” duası necədir? Buyurdu: Deyirsən: يا اللهُ يا رحمانُ يا رحيمُ يا مُقَلِّبَ القُلُوبِ ثَبِّتْ قَلْبِي عَلي دِينِك (Ya Allahu Ya Rəhmanu Ya Rəhim, Ya muqəllibəl-qulub, səbbit qəlbi əla dinik.) “Ey Allah! Ey Bağışlayan! Ey mehriban! Ey qəlbləri haldan hala salan! Mənim qəlbimi öz dinində möhkəm et!”/Biharul-Ənvar, c.52, səh.149, hədis: 73


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter