Bütpərəstin İmam Zaman ağadan (ə.f) xahişi nə olmuşdur?!


Hindistanda yaşayan Əhli-Beyt (ə) davamçılarından olan bir seyid nəql edir: “Bir gün insanlar arasında etibara malik olan bütpərəst bir kişi mənə dedi: “Məni qətl etməklə ittiham edirlər. Hər nə qədər səy göstərdimsə, günahsız olduğumu sübut edə bilmədim. Məni bazar ertəsi günü edam edəcəklər. Əlimi hər şeydən üzmüşəm. Siz mənə yardım edə bilərsinizmi?”. Seyid deyir: “Öz-özümə düşündüm ki, axı bu insan bütpərəstdir, ancaq İmam Zaman ağa (ə.f) – hamının İmamıdır. Bu şəxs də insan olduğu üçün İmamın (ə.f) rəhmət bulağından bəhrələnə bilər. Ona görə də ona dedim: “Cümə gününün səhəri əyninə təmiz paltar geyin və müsəlmanların qəbiristanlığına get. Orada səslə: “Ya Əba Saleh Məhdi (ə.f)!”. Bizim əqidəmizə görə, hər kim çətinliyə düşərsə, İmam (ə.f) ona yardım edər. Sən də Həzrətə (ə.f) təvəssül et ki, nicat tapasan”. Bütpərəst belə də edir və sonra seyidə deyir: “Mən sənin dediklərini etdikdən sonra yanıma bir nəfər gəldi və buyurdu: “Çətinliyin nədədir?”. Ona başıma gələnləri danışdım. Dedim: “Məni Seyyid adlı bir nəfər sizə yönəltmişdir ki, sizə təvəssül edəm”...


İmam Zaman ağanın (ə.f) tövsiyəsi ilə yazılan kitab hansıdır?!


Əhməd Abadi -alimin İmam Zaman ağaya (ə.f) böyük eşq və əlaqəsi var idi. O, bir gecə yuxuda Həzrəti (ə.f) görür. İmam (ə.f) ona bir kitab yazıb çap etdirməyi tövsiyə edir. Hətta kitabın adını da özü qoyur: “Mikayil Məkarim fi fəvaidi dua Lilqaim”.
Seyyid yuxudan ayılır. Ancaq onu yazmaq üçün tövfiq əldə edə bilmir. O zamana qədər ki, 1330-cu ildə həccə gedir və bu səfərdə hacıların əksər hissəsi vəba xəstəliyinə düçar olur. Alim, Allahla əhd bağlayır və deyir ki, əgər bu səfərdən sağlam geri qayıtsam, İmam Zaman ağa (ə.f) haqqında olan o kitabı yazacağam.
Səfərdən sağlam qayıdır və öz əhdinə vəfa edir. Bu kitabda İmamı (ə.f) tanımağa aid geniş məlumatlar və onun davamçılarının boynuna düşən vəzifələr bəyan edilmişdir.
Bu kitab səkkiz hissədən ibarətdir. Orada Quran ayələrinə və hədislərə istinad edilmiş məlumatlar vardır. Bu kitab Əhli-Beyt (ə) məktəbi üçün çox dəyərli olan kitablardandır. Ona görə də alimlərin və tədqiqatçıların nəzərini özünə cəlb etmişdir.


İmam Zaman ağanın (ə.f) ata ilə bağlı alimə tövsiyəsi nə oldu?!


Seyyid Muhəmməd Musəvi Nəcəfi-Hindi adı ilə məşhur olan Əmirəl-möminin (ə) hərəminin İmam-cüməsi və böyük alimdir.
Bu alim Şeyx Baqirdən nəql edir ki, etimad olunan və mömin insanlardan olmuşdur. Onun qoca bir atası var idi ki, daima xidmətində durmaq üçün səy göstərirdi. Məgər çərşənbə günündən başqa ki, həmin gündə Səhlə məscidinə gedər və gecəni orada ibadətlə məşğul olardı. (Tebyan)
Ancaq bir müddət sonra məscidə getməyi tərk etdi. Ondan bunun səbəbini soruşan zaman demişdi: “40 gün çərşənbə axşamı oraya getdim. 40-cı gecə təxirə düşdü. Günəş batan zaman yola düzəldim və yolun üçdə biri qalmışdı ki, mehtab yolumu işıqlandırdı. Bir nəfər ərəbi gördüm ki, ata minmişdi. Mənə tərəf gəlirdi. Ürəyimdə dedim ki, bu şəxs yəqin ki, quldurdur və məni soyacaqdır...


Zühur zamanı Həzrət İmam Məhdinin (ə.f) edəcəyi ilk işlər nələr olacaq?!


Zühur zamanı əziz İmamın (ə.f) Məkkə şəhərində edəcəyi ilk işlər:
1. Tanıtmaq. İmam Səccad (ə) buyurur: “O Həzrət danışacaq və deyəcəkdir ki, ey insanlar, mən filankəsəm, filankəsin oğluyam. Mən Peyğəmbərin (s) övladıyam. Sizi o şeyə dəvət edirəm ki, Allahın Peyğəmbəri (s) dəvət etmişdir”.
2. Təcavüzkarlara qarşı müdafiə. Hədisin ardınca deyilir: “Ona hücum ediləcəkdir ki, onu öldürsünlər. 313 nəfər onu müdafiə edəcəkdir”.
3. İbadət. Müdafiə olunduqdan sonra rüknlə məqam arasında dörd rükət namaz qılacaqdır.
4. Beyət almaq. İmam Sadiq (ə) buyurur: “Bu zaman səmadan onun adına nida gələcəkdir və o, məqamın arxasında olacaqdır. Səhabələri ona deyəcəklər: “İndi sizin adınızla nida olundu, nəyi gözləyirsiniz?”. Bu zaman onun əlindən tutub ümumi beyət üçün gətirərlər. Həzrət gələr və Həcərul-əsvədə söykənər”...


İmam Zaman ağa (ə.f) hansı silah ilə zühur edəcəkdir?


Hədislərdə oxuyuruq ki, İmam (ə.f) zühur edən zaman qılıncla zühur edəcəkdir. İmam Zaman ağanın (ə.f) zühur edən zaman hansı silahla gələcəyi barəsində iki nəzər vardır:
1. Qılınc deyildikdə həqiqi qılınc nəzərdə tutulmur. Bəlkə məqsəd həmin dövrün silahlarıdır.
2. İmamın (ə.f) silahı qılınc olacaqdır, müasir silahlar deyil.
Bu dəstə insanlara sual verilir ki, bəs Həzrət (ə.f) ancaq qılıncla müasir silahların qarşısında nə edəcəkdir? Bunun üçün bir neçə ehtimal irəli sürülmüşdür:
1. Baxmayaraq ki, İmam (ə.f) qılıncla zühur edəcəkdir, Allah həmin qılıncda elə qüdrət və möcüzə qoyacaqdır ki, bütün müasir silahları məhv edəcəkdir.
2. Allah, zühur əsrində bütün müasir silahları işdən salacaq və insanlar məcbur olub qılıncla vuruşacaqlar...


Həzrət Məhdinin (ə.f) qurduğu cəmiyyətdə hansı özəlliklər olacaqdır?


Quran və hədislərimizin nəzərinə görə, Həzrət Məhdinin (ə.f) quracağı cəmiyyət ən kamil bir cəmiyyət olacaqdır ki, hamı maddi və mənəvi nemət içərisində qərq olacaqlar. Bəs bu cəmiyyətin ən bariz sifətləri nə olacaqdır?
1. Ədalət. Ədalət elə bir məfhumdur ki, bəşər, tarix boyu onun həsrətində olmuşdur. Hədislərimiz onu ədalətin mücəssiməsi kimi tanıtmışdılar. Mübarək Ramazan ayının duasında oxuyuruq: “Məhdəvi ədaləti sayəsində heç bir insan qul olaraq qalmayacaqdır və hər kəsin haqqı ona veriləcəkdir”.
2. Rifah və rahatlıq. Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətim İmam Zamanın (ə.f) dövründə elə rifah və nemət əldə edəcəklər ki, ondan əvvəl heç bir dövrdə əldə etməmişdilər”. Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Mənim Əhli-Beytimdən (ə) olan kişi qiyam edəcəkdir və səmadan ona bərəkət nazil olacaqdır. Torpaq öz bərəkətlərini onun üçün üzə çıxardacaqdır”.


İmam Məhdinin (ə.f) kitab əhli ilə rəftarı necə olacaqdır?


Bəs İmam Zaman ağa (ə.f) öz dövlətini qurandan sonra kitab əhli ilə necə rəftar edəcəkdir? Bu haqda bir çox təxminlər ürəli sürülmüşdür ki, onların bəzisi ilə tanış olaq.
Bu təxminlərdən biri budur ki, bütün kitab əhli İslam dinini qəbul edəcək və müsəlman olacaqdır. Bu əqidənin tərəfdarları çoxdur və məntiqli bir nəzəriyyə hesab olunur. Ayətullah Məkarim Şirazi bu haqda yazır: “Bu böyük insanın dövründə hökumət və bütün inkişaf etmiş vasitələrin onun əlində olmasını nəzərə alaraq, deyə bilərik ki, İslam dininin cazibəsi çox olacaqdır. Qabaqcadan söyləmək olar ki, İslam məntiqli təbliği ilə insanların əksər hissəsinin qəlbini fəth edəcəkdir”.
O zaman ki, İmam (ə.f) zühur edəcəkdir, əvvəlki peyğəmbərlərin (ə) təhrif edilməmiş və dəyişdirilməmiş səma kitablarını da özü ilə gətirəcəkdir. Bu kitablarda İmam Sahibəz-Zamanın (ə.f) müjdəsi verilmişdir. İmam Muhəmməd Baqir (ə) buyurur: “Onu Tövrat və İncildə yazılmış halda görəcəklər”. Yəni, İmam (ə.f) bu səma kitablarından İslam dinini yaymaq üçün istifadə edəcəkdir.


İmam Zaman ağa (ə.f) kimləri əziyyət verən adlandırır?


İmam Zaman ağa (ə) buyurur: “Əhli-Beyt (ə) davamçılarının nadanları və ağılsızları və o kəslər ki, ağcağanadın qanadları onun dindarlığından daha möhkəm və üstündür – bizə əziyyət verərlər”. İmam Məhdi (ə.f) bu nurani sözləri Muhəmməd ibni Əli ibni Hilalın məktubuna cavab olaraq bəyan etmişdir. Əhli-Beyt (ə) davamçısının vəzifələrindən biri budur ki, İmamlarını (ə) olduqları kimi tanımalıdırlar. Yəni, nə onları adi insanların səviyyəsinə salmalıdırlar, nə də qüdrətdə Allaha şərik qoşmalıdırlar. Əmirəl-möminin İmam Əli (ə) “Nəhcul-bəlağə”də buyurur: “İki kəs mənim barəmdə həlak olacaqdır: biri o kəsdir ki, məni sevməkdə ifrat yolunu gedər. Biri də odur ki, mənimlə düşmənçilikdə təfritə düşər”.


İmam Məhdi (ə.f) tərəfdaşlarının “bulud kimi toplaşması” nə deməkdir?


İmam Əli (ə) “Nəhcul-bəlağə”də İmam Zaman ağanın (ə.f) dostlarının və tərəfdaşlarının sifətlərini bəyan etmişdir ki, onlarla tanış olaq:
İmam Əli (ə) buyurur: “Onun davamçıları payız buludları kimi toplaşarlar”. Təfsirçilərin nəzərinə görə, İmam işarə edir ki, İmam Məhdinin (ə.f) tərəfdaşları mənəvi cəhətdən o qədər yüksələcəklər ki, teyyul-ərz vasitəsilə özlərini Kəbə evinə çatdıracaqlar. İmam Əli (ə) payız buludu dedikdə, onların sürətini də nəzərdə tutur ki, necə sürətlə İmamın (ə.f) ətrafında toplaşacaqlar. Həzrət (ə) başqa yerdə buyurur: “Bir dəstə fitnələri əzmək üçün hazır olacaqdır və qılınc kimi cilalanmışdılar. Gözləri Quranla aydınlanıbdır. Qulaqlarında Quran təfsiri səslənər. Səhər və axşam cağı hikmət libasını başlarına çəkərlər”...


Peyğəmbərimiz (s) Qədir-Xumda İmam Məhdi (ə.f) barədə nə dedi?


Həzrət Peyğəmbər (s) Qədir-Xum çölündə öz məşhur xütbəsini söyləmişdir ki, bu xütbədə İmam Məhdiyə (ə.f) işarə edərək, onu müsəlmanlara tanıtmışdır. Həzrət Peyğəmbər (s) buyurur: “Bu İmamət onların arasında qalıcıdır. Onların sonuncusu Məhdidir (ə.f). Agah olun, həqiqətən də axırıncı İmam bizdən olan Qaim Məhdidir (ə.f)”.
Həzrət (s), İmamı (ə.f) tanıtmaqda davam edərək buyurmuşdur: “O, bütün dinlərə hakim olacaqdır. Agah olun! Odur zülmkarlardan intiqam alan! Agah olun! O, yer üzərində Allahın vəlisidir. İnsanlar arasında hakimi və aşkar və gizli məsələlərin əmanətdarıdır”. O zaman ki, Peyğəmbər (s) Qaim Məhdinin (ə.f) adını çəkir, belə görünür ki, artıq hamı onun kim olduğunu bilirdi. Çünki Peyğəmbərimiz (s) 23 illik nübuvvət zamanında onun haqqında çox söhbətlər etmişdi. Həzrət Qədir-Xumda buyurur: “İmamlarımızın (ə.f) sonuncusu vardır ki, siz hamınız (onu) tanıyırsınız. O, Qaim Məhdidir (ə.f) və bizim ailəmizdəndir”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter