Fərəc duasını oxumağın nə belə faydaları var?
İmam Cəfəri Sadiq (ə) buyurur: \"Hər kəs mənim övladım Mehdi (ə) fərəci üçün dua edərsə, oda onun üçüm dua edər və xoş olsun zəmanəsinin İmamı haqqında dua edən şəxsin halına\". Həmçinin (fərəc üçün dua etməyin) bir çox faydaları da vardır ki, burada Quran ayələri və hədislər ilə uyğun olan bir neçə faydanı \"Mikyalul-məkarim\" kitabından nəql edirik:
1-Lənətlənmiş şeytanı narahat edir.
2-Duanın qəbul olunmasına səbəb olur.
3-Axirəz-zamanın fitnələrindən nicat tapmağa bais olur.
4-Günahların bağışlanmasına səbəb olur.
5-Həzrətin şəfaəti qiyamət günündə ona şamil olacaqdır.
6-İntizar çəkmək əlamətidir.
7-Həzrəti Sahibəzzaman (ə) zuhurunu tez yetirir.
8-Ömrün uzanmasına səbəb olur.
9-Ölümünün vaxtı ona müjdə verilir və onunla yaxşı rəftar edilir.
10-İmam (ə) nurunun onun qəlbinə daha çox saçmasına səbəb olur....
Mərhum Behçətin baxışında İmam Zamanla (əc) görüşə bilməməyin səbəbi nədir?
-Mərhum Ayətullah Behcət İmam Zamanla (əc) görüşə bilməməyin səbəbini belə açıqlayır: \"Günahlarımız (Vacibləri tərk etməyimiz və haramlardan uzaq durmamağımız\" Əsrin İmamı ilə görüşməyə ən böyük maneədir\"
-Mərhum Behcət (r) belə sual verir: \"Əgər günahlardan çəkinsək, və həqiqi onun yolunu gözləyənlərdən olsaq İmam Zaman (əc) bizi görməyə gəlməzmi?!
-Şübhəsiz ki, günahlarımız səbəb olmuşdur ki, əsrin İmamı bizlərə diqqət etməsin. İmam Zaman (əc) Şeyx Mufidə (r) yazdığı məktubunda belə buyurur: \"Bizi şiələrimizdən heç bir şey uzaq salmamışdır, məgər bu ki, onlar günah və çox ağır səhvlərə üz gətirirlər, ki bizlərə bu əməllər çatdırılır. Biz onların bu əməllərini sevməz və onlara bu işlərini (günahlarını) yaraşdırmarıq.\"
-İmam Sadiq (ə) buyurur: \"İmam Zamanın (əc) həqiqi dostlarından olmaq istəyən şəxs gərək həqiqi ədalət gətirəcək şəxsin intizarında olsun. Və müntəzir olduğu müddətdə təqvalı olub bəyənilmiş əxlaqa yiyələnməlidir.\"
Məhdəvi həyat tərzinin şərtləri hansilardir?
Bütün ilahi dinlərdə xilaskarın zühuruna etiqad var. Bəşəriyyət yarandığı gündən ədaləti bərpa edəcəyinə ümidlidir. Məhdəvi həyat tərzinin şərtləri:
1-Xilaskarın intizarında olan insan özünü islah etməlidir. 2-İntizarda olan (müntəzir) insanın əsas xüsusiyyətlərindən biri onun cəmiyyətdə mövcud vəziyyətdən razı olmamasıdır. İnsan o zaman narazı olur ki, ideal cəmiyyət haqqında təsəvvürü olsun. 3-İctimai-siyasi durumdan, ilahi normalar və meyarlardan agah olmayan insan necə intizar çəkər?! İnsan “cəmiyyət necə olmalıdır” sualının cavabını bilməsə mövcud vəziyyətdən nigaran olmaz. İmam Xomeyni (r) “Amerika İslamı” ifadəsini gündəmə gətirməklə Məhəmməd (s) İslamının çizgilərini çəkmiş oldu: biri mövcud vəziyyətlə barışmış İslam, o biri zülmə müqavimət göstərən İslam. İslam zülmə qarşıdır, 4-Xilaskarın zühuru yalnız ilahi qanunlar çərçivəsində gerçəkləşə bilər. Şiə məktəbi ardıcılının vəzifələrindən biri İmam Mehdinin (əc) zühuru üçün şərait yaratmaqdır. Həqiqi mömin fərd bu yolda özünün və cəmiyyətin islahına çalışmalı, ...
Nimeyi Şəban (İmam Zamanın (əc) doğum) günündə xüsusi əmələr varmı?
Şaban ayının on beşi \"Nimeyi Şəban\"da (İyul ayının 4-dən 5-nə keçən gecə) Zamanın sahibi Həzrəti Məhdi (ə.f) dünyaya gəlmişdir. Bu gecə üçün bir çox əməllər zikr olunmuşdur:
1. Qüsl, 2. Əhya saxlamaq (istiğfar, dua və s.) 3. Ziyarət İmam Hüseyn (ə) ziyarəti, Ən azından üstü açıq bir yerə çıxaraq belə ziyarət edin: \"Əssəlamu Əleykə ya Əba Əbdillah, əssəlamu əleykə və rəhmətullahu və bərəkətuhu\"). 4. Şaban ayının salavatı (\"Məfatihul-Cinan\" kitabında qeyd edilib), 5. Kumeyl duası, 6. Bu zikrləri ardıcıl olaraq demək: \"Subhanəllah\", \"Əlhəmdulillah\", \"Allahu Əkbər\", \"La İlahə İlləllah\" (hərəsi 100 dəfə), 7. İki rəkət namaz (1-ci rəkətdə \"Həmd\"+ \"Kafirun\", 2-ci rükətdə \"Həmd\" + \"İxlas\"). Namazdan sonra deyilir: \"Subhənallah\" 33 dəfə, \"Əlhəmdulillah\" 33 dəfə, \"Allahu Əkbər\" 34 dəfə. 8. Cəfər-Təyyar namazını qılmaq, 9. Yüz rəkətli namaz (hər rəkətdə \"Həmd\" + 10 \"İxlas\"), 10. Səcdədə bu duanı oxumaq: \"Səcədə ləkə səvadi və xəyali və amənə ...
Zühur zamanı Qaimin (ə.f) çətinliyi olacaqmı?
Həzrət Mehdinin (ə.f) zühur dövründə əsas çətinliklərindən biri də cəmiyyətdə Allah dini ilə bağlı yanlış düşüncənin rəvac tapmasıdır. Bu sayaq yanlışlıqlar əsrlər boyu cəmiyyətdə kök atmışdır. Müsəlmanlıq iddiasında olub, dini təlimləri təhrif edən şəxslə mübarizə aparmaq kafirlə mübarizədən daha çətindir. Quran ayələri və hədisləri yanlış təfsir edənlər üç hissəyə bölünür: 1. Dünyapərəst və asılı ruhanilər; 2. Sərmayədarlar və kübarlar; 3. Adı müsəlman olan hökumətlər.
İmam Sadiq (ə) buyurur: “Zühuru zamanı Qaimin (ə.f) cahillərdən çəkdiyi əziyyət Peyğəmbərin (s) cahil xalqdan çəkdiyi əziyyətdən də ağır olacaq. Peyğəmbər (s) zühur edən vaxt xalq daşa-taxtaya pərəstiş edirdi. Qaim zühur etdikdə isə insanlar öz mövqelərini Quran ayələri ilə sübut etmək istəyəcək.”
İmam Mehdiyə (ə.f) ilk kim beyət edər?
Sualın cavabı hədislərdə gəlmişdir: İmam Sadiq (ə) buyurmuşdur: “Həqiqətən, Həzrətə ilk beyət edən Cəbraildir”.
Təbərsi nəql edir ki, Əbu Abdullah (ə) buyurmuşdur: “Allah-taala Cəbraili göndərər ki, ondan soruşsun: “(İnsanları) nəyə dəvət edirsən?” Qaim ona öz dəvətinin mahiyyətini bildirər. Cəbrail deyər: “Mən sənə beyət edən ilk kəsəm”. Sonra onun əlini əlinə alıb beyət edər...”
Cəbrailin beyəti ilə bağlı iki ehtimal var: 1. Rəmzi məna: Cəbrailin beyəti Allahın təsdiqi mənasındadır. Çünki o, Allahın ən böyük nümayəndəsidir. 2. Geniş yayılmış məna: Cəbrailin beyəti insanların xəlifəyə beyəti kimidir. Bunun iki faydası var: Xalqın diqqətini beyətin zəruriliyinə cəlb etmək; İmamın hərəkət və qiyamının təsdiqi
Zühur zamanını təxmin etmək mümkündürmü?
Bu haqda bir rəvayətdə gəlmişdir: Məhzəm Əsədi İmam Sadiqdən (ə) soruşdu: \"Canım sənə Fəda Ey Allaha Rəsulunun övladı! Ali Muhəmmədin Qaiminin zuhuru və haq dövlətin qurulması çox çəkdi. Bu İlahi hadisə nə zaman həyata keçəcəkdir?
Həzrət buyurdu: Zühur üçün vaxt təyin edənlər yalançıdırlar. Tələsənlər həlak olarlar, bu hadisə qarşısında razı olub təslim olanlarl (səbrli olanlar) isə xoşbəxt olarlar\".
Bu hədisə görə deyirik ki, zühur üçün vaxt təyin etmək düzgün deyil. Amma zuhurun həyata keçməsi hər zaman mümkündür və bizim borcumuz budur ki, onun üçün hazırlıqlarımızı edək. İmam Zaman (ə) buyurmuşlar: \"Mənim zühurum üçün dua edin\".
Hz.Mehdinin(ə) Mehdi adlanmasının səbəbi nədir?
Mehdi ləqəbi Hz.Mehdinin(ə) ən məhşur ləqəbidir.Bu ləqəb əziz Peyğəmbərimiz(s) tərəfindən dəfələrlə buyurulmuşdur və Peyğəmbərdən(s) nəql edilən təqribən 89 hədisdə “Mehdi” ləqəbinin qeyd edildiyi bildirilir.“Mehdi” sözünün leksikoloji mənası “hidayət edilmiş” deməkdir.Bu söz özünün ümumi mənası baxımından bütün hidayət edilmiş insanlara aid edilə bilər.Həmçinin bütün peyğəmbər və İmamlar da uca Yaradan tərəfindən hidayət edildiklərinə görə, qeyd edilən sözün ümumi mənası onlara da şamil edilir.Ümumiyyətlə, Allah yaratdığı hər bir varlığı hidayət etmiş, ona doğru yolu göstərmişdir və bu hidayət ümumi hidayət adlanır.Lakin hədislərdə və bir çox islami mənbələrdə xüsusi olaraq vurğulanan “Mehdi” axırzaman Mehdisidir ki, onun əsil-nəsəbi və xarakterik xüsusiyyətləri də geniş surətdə açıqlanmışdır.Buna görə də belə deyə bilərik ki,Mehdi yalnız axırzamanda zühuru vəd edilən islahedici xilaskardır.Hz.Məhəmməd (s) Hz.Əliyə (ə) xitabən buyurmuşdur:“Mehdi ləqəbi ona insanları Allaha doğru hidayət edəcəyinə görə verilib”
İmam Zamanın (ə) öz zühurundan xəbərsiz olması qeybdən xəbərdar olmasına nöqsan deyildirmi?
İmam Zaman (ə) öz zühurunun vaxtından xəbərsizdir. Bu baxış bütün şiə alimləri tərəfindən qəbul olunmuşdur. İmam Zamanın (ə) zuhurdan xəbərsiz olması onun qeybə elmi olmaması demək deyildir. Çünki ilahi övliyaların hamısı Allahın verdiyi həddə qeybi biliyə sahib olurlar. Zuhur vaxtının bilinməməsi də Allahın, bilinməsi istənilməyən məsələlərdəndir. Necə ki, İnsan ruhunun mahiyyəti haqda və eləcə də Qiyamətin nə zaman baş verməsi haqda heç bir peyğəmbər və canişinləari məlumat verməmiş və verməkdə aciz olduqlarını etiraf etmişlər! (Əraf/187) ...
Həzrət Məhdinin (ə.f) 313 səhabəsinin neçəsi qadın olacaq?
Həzrət Məhdinin (ə.f) 313 səhabəsinin 50-si qadın olacaq. İmam Zaman ağa (ə.f) zühur edən zaman 313 nəfərlə zühur edəcəkdir. Hədislərdə bu insanların xüsusiyyətləri və sifətləri zikr edilmişdir ki, onlardan bəzisinə işarə edək.
İmam Baqir (ə) buyurur: “Bədr əhli qədər insan Qaimlə (ə.f) beyət edər. Onların içərisində Misir əhlindən olan nəciblər, Şam əhlindən olan xeyirxahlar, İraq əhlindən olan nəciblər vardır ki, dini Allah istədiyi qədər bərpa edəcəklər”. İmam Əli (ə) Həzrət Məhdinin (ə) dostlarının xüsusiyyətləri haqqında buyurur: “Məhdinin (ə.f) dostları cavandırlar. Onların arasında qoca yoxdur”. İmam Sadiq (ə) buyurur: “Qaim İmamın (ə.f) səhabələri anidən gecə yataqlarından qeyb olar və səhəri Məkkədə olarlar. Onların bəzisi küləklərin arasında hərəkət edər. Adları, atalarının adı, sima və qiyafələri tanınmış olar”. İmam Baqir (ə) buyurur: “Allaha and olsun ki, 313 nəfər onun yanına gələr ki, onun 50-si qadındır”. davamını oxuyun ...