İmam Mehdinin (ə) qeyb dövründə ümumi vəzifəmiz nədir?


Sahibəzzaman Şeyx Müfidə məktubunda yazır: “Hər biriniz sizi məhəbbət və dostluqda bizə yaxınlaşdıracaq işlər görməli, bizi razı salmayacaq və qəzəbləndirəcək işlərdən çəkinməlisiniz.” (“Ehticac”, c. 2) Aydın məsələdir ki, Əhli-beytə (ə) məhəbbət şəxsi, fərdi bir məsələ deyil. Bu, ilahi bir meyardır. Buna görə də Əhli-beyt məsumları şiələrin pis işdən çəkinib, yaxşı iş gördüklərini müşahidə etdikdə xoşhal olurlar. Əgər Sahibəzzamanın məhəbbətini qazanmaq istəyiriksə, onu narazı salacaq işlərdən çəkinməliyik. Digər bir tərəfdən, çalışmalıyıq ki, bizi həzrətə yaxınlaşdıracaq işlər görək.


İmam Zaman ağanın (ə) günahkar müsəlmanlarla bağlı duası...


Seyyid ibn Tavus buyurur: “Səhər çağı Samirranın müqəddəs hərəmində idim. Anidən mövlam İmam Zamanın (ə.f) səsini eşitdim ki, öz davamçıları üçün dua edir və buyururdu: “Allahım! Bizim davamçılarımızı bizim nurumuzun şüasından və gilimizin qalan hissəsindən xəlq etmisən. Onlar bizim vilayətə və məhəbbətə söykənərək, çox günahlar ediblər.Əgər onların günahları Səninlə bağlı günahlardırsa, onları bağışla ki, bizi razı edərsən. Əgər günahları özləri ilə bağlıdırsa, Özün (onları) islah et. Onlara cəhənnəm atəşindən nicat ver. Onları bizim düşmənlərimizlə birlikdə Öz qəzəbində cəm etmə!”


İmam Zaman (ə.f) ağanın etibar etdiyi bu insanları tanıyırıqmı?


İmam Zaman (ə.f) ağanın etibar etdiyi bu insanları tanıyırıqmı? İmam Zaman (ə.f) ağa iki qeyb dövrü yaşayıb. Kiçik (suğa) qeyb dövründə Onun dörd naibi olub:
1. Osman ibn Səid Əmri. Bəni Əsəd qəbiləsindən olub, şiələr tərəfindən \"Səmman\" (yağ satan) deyə çağırılıb. Öz məxfiliyini qoruyub saxlamaq naminə bu adla məşhurlaşıb...
2. Muhəmməd ibn Osman ibn Səid Əmri. Birinci xas naibin oğlu olmuş, atasının vəfatından sonra naiblik vəzifəsini öz üzərinə götürmüşdür. İmam Zaman (ə.f) İshaq ibn Yəqubun məktubundakı suallara cavab verərkən belə buyurub: \"Allah Muhəmməd ibn Osman ibn Səid və vəfat etmiş atasından razı olsun...


İmama (ə.f) təvəssül etməklə ölümdən nicat tapdı!


O zaman ki, məmurlar Abbasəli Hacı Mömini tutub həbs etdilər, onu edama məhkim etdilər. Atası çox pərişan və ümidsiz oldu. Mərhum Hacı Mömin ona deyir: “Məyus olma. Bu gün bütün işlər on ikinci İmamın (ə.f) əmri altındadır. Bu gecə cümə gecəsidir və o Həzrətə (ə.f) təvəssül edək. Allah qadirdir ki, o Həzrətin (ə.f) bərəkəti ilə oğluna nicat versin”. O gecəni Hacı Mömin, atası, anası əhya saxlayır və namaz qılıb, Həzrətə təvəssül edirlər. Həzrətin ziyarətini oxumaqla məşğul olurlar.
Gecənin sonunda burunlarına qəribə müşk iyi dəyir. Həzrətin (ə.f) nurlu camalını müşahidə edirlər. İmam (ə.f) buyurur: “Sizin duanız yerinə yetdi. Allah oğluna nicat verdi və sabah mənzilə qayıdacaqdır”...


Bəşər nəyin intizarını çəkir?


Bəşər nəyin intizarını çəkir? Bəşər intizardadır. Bəs nəyin intizarındadır? Bir dəyişlikliyin intizarındadır? Bir hadisənin intizarındadır? Hansı mühüm hadisədir ki, bəşəri bu qədər intizarda qoyur? Bu mühüm sual bəşərin əvvəllərindən indiyə qədər aqil və arif insanları düşündürmüşdür. Bəs bu intizarın yaranmasına nə səbəb olmuşdur? İlk növbədə əgər belə bir intizar meydana gəlirsə, deməli insanlar malik olduqları vəziyyətdən razı deyildirlər. Bu intizar insanların haqqının tapdalanmasından və əksər millətlərə qarşı edilən ədalətsizlikdən irəli gəlir. İnsan – ümid bəsləməyi sevən bir varlıqdır...


İmam Baqir (ə) İmam Məhdinin (ə.f) zühuru barədə nə buyurmuşdur?


İmam Baqir (ə) İmam Məhdinin (ə.f) zühuru barədə nə buyurmuşdur?İmam Baqir (ə) nurani kəlamında belə buyurur: “Bil ki, əgər mən o ruzigarı dərk etsəydim (o zaman olsaydım), canımı Həzrət Sahibi-Əmrin (ə) bayrağı altında fədakarlıq üçün təqdim edərdim”. İmam Baqir (ə) başqa yerdə buyurur: “Allah Təala sadiq intizarda olanlara buyurur: “Siz qadın və kişilər – Mənim həqiqi bəndələrimsiniz. Sizin yaxşı rəftarınızı qəbul edirəm. Nalayiq rəftarlarınızı bağışlayıram. Sizə xatir başqa günahkarları da bağışlayıram. Bəndələrimi sizə xatir rəhmət yağışımla sirab edirəm və onlardan bəlanı dəf edirəm. Ey, Mənim ən əziz bəndələrim! Əgər siz olmasaydınız, əzabımı itaətsiz insanlara nazil edərdim”. İmam Baqir (ə) buyurur: “Sanki mən Süfyanini görürəm ki, sizin Kufənin yaşıl diyarında sakindir. Nida edər ki, hər kim Əli (ə) şiəsinin birinin başını gətirər, min dirhəm onun mükafatıdır. Bu zaman qonşu, qonşuya hücum edər və deyər: “Bu şəxs şiədir. Onu öldürər və min dirhəm mükafat alar”...


Zühur üçün dua dilindədir, yoxsa qəlbən dua edirsən?


Zühur üçün dua dilindədir, yoxsa qəlbən dua edirsən?Ayətullah Ələvi Bürucerdi İmam Mehdinin (əc) zühurundan danışarkən buyurub: Həzrət Vəliyyi-Əsr (əc) bütün bəşəriyyət üçündür. Biz zühur hadisəsinə münasibətdə təkcə şiə cəmiyyətini görməməliyik. Zühura hamı hazırlaşmalıdır.
Digər tərəfdən İmam yox, biz qeybdəyik. Zülm, əsarət bizə tuşlanıb. Biz zühur üçün dua edirik. Qəlbən dua edirik, yoxsa dualar təkcə dilimizdədir?
İmamın qeybi onunla rabitənin kəsilməsi mənasına deyil. Belə olsaydı dualar mənasız olardı. Mən İmamla rabitə qura bilmirəmsə, bunun müqəssiri özüməm, özümdə nöqsan var. İmam isə aramızdadır...


Zühur zamanı millətçilik olacaqmı?


Zühur zamanı millətçilik olacaqmı? Həzrət Mehdi (ə.f) zühur etdikdə heç bir milli və irqi ayrıseçkiliyə yol verilməyəcək. Bu müddəanın bir sıra dəlilləri var:
1. Həzrətin dəvəti İslam hökmlərinə əsaslanır və İslam hökmlərində isə nə milli, nə də ki irqi ayrıseçkiliyə yer yoxdur.
2. Həzrət Mehdinin (ə.f) dəvəti ümumbəşəridir. Belə bir dəvətdə milli və irqi ayrıseçkiliyə yol verilə bilməz.
3. Bir çox hədislərə əsasən, Həzrət Mehdinin (ə.f) hakimiyyəti ədalətə əsaslanacaq. Ədalət isə ayrıseçkiliyə ziddidir.


İmami-zamanın (ə) “böyük qeybəti” və “kiçik qeybəti” nə demədir?


İmami-zamanın (ə) “böyük qeybəti” və “kiçik qeybəti” nə demədir? Cavab: XII İmam Həzrət Mehdinin (ə) qeybə çəkildiyi, yəni insanlardan gizli qaldığı müddətə qeybət dövrü deyilir. Qeybət dövrü iki hissəyə bölünür. Kiçik qeybət dövrü hicri-qəməri 260-cı (miladi 874-cü il) ildən hicri-qəməri 329-cu (miladi 941-ci) ilə kimi davam etmişdir. Bu müddətdə Həzrət Mehdi (ə) insanlarla 4 nəfər naib vasitəsilə əlaqə saxlayırdı. Biri vəfat edərkən o biri onu əvəz edən naiblər İmamla şəxsən görüşür, insanların sual və istəklərini Ona təqdim edir, Onun yazılı və şifahi cavablarını camaata çatdırırdılar. 941-ci ildə dördüncü naibin vəfat etməsi ilə kiçik qeybət dövrü başa çatdı və böyük qeybət mərhələsi başlandı. Böyük qeybət dövründə İmam Mehdinin (ə) xüsusi təyin edilmiş naibləri yoxdur. Hər kəs naiblik iddiası ilə çıxış etsə, ona inanmağa vəzifəli deyilik.


Hz. Məhdinin (ə.c) qiyamı zamanı ona dəstək olacaq əsas 3 dəstə insanlar kimlərdir?


Hz. Məhdinin (ə.c)  qiyamı zamanı ona dəstək olacaq əsas 3 dəstə insanlar kimlərdir? İmam Zaman ağanın (ə.f) qiyamı zamanı üç dəstə yardım edəcəkdir: -Birinci dəstə. İmam Zaman ağanın (ə.f) ətrafında toplanıb ilk ona yardım edəcək kəslər – 313 nəfər xüsusi dostlarıdır ki, Həzrətin (ə.f) ordusuna rəhbərlik edəcəklər. İmam Cavad (ə): “Bədr səhabələrinin sayı qədər 313 nəfər səhabələr, Yer kürəsinin uzaq nöqtələrindən onun ətrafında hazır olacaqlar”.
-İkinci dəstə. On min nəfərlik ordudur ki, İmamın (ə.f) ən yaxın tərəfdaşlarından təşkil ediləcəkdir. Bu ordu toplanan kimi, İmamın (ə.f) qiyamı başlayacaqdır. İmam Cavad (ə): “On min kişidən ibarət olan əqd kamil olan kimi, Əziz və Cəlil Allahın izni ilə qiyam edəcəkdir”.
- Üçüncü dəstə. Zülmdən yorulmuş insan toplumudur ki, İmama (ə.f) yardım etmək üçün ona qoşulacaqlar. Hz Peyğəmbər (s): “Yer üzü nuru ilə aydınlanar və hökuməti dünyanın şərq və qərbinə çatar”...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter